Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Azərbaycandakı gürcülər necə təhsil alır? REPORTAJ

Azərbaycandakı gürcülər necə təhsil alır? REPORTAJ

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda hələ sovet dövründən Qaxda yaşayan gürcülərin öz ana dillərini qorumasına xüsusi diqqət yetirilib.

Hazırda Qaxın müxtəlif kəndlərində yaşayan etnik gürcülər - əsasən, inqiloy adı ilə tanınan yerli gürcü icması Azərbaycan dövlətinin dəstəyi sayəsində öz tarixi ənənələrinə, mədəniyyətllərinə və dillərinə sadiq qala biliblər.

Bu gün Azərbaycanda gürcü dilli məktəblərin fəaliyyəti dövlət səviyyəsində bu dilin tədrisinə göstərilən diqqətin nəticəsidir. Qaxda yaşayan gürcülər dövlətin bu dəstəyindən tam olaraq, istifadə edə bilirlər. Rayonda sırf gürcülərin təhsil ala bilməsi üçün xüsusi orta məktəblər fəaliyyət göstərir.

Modern.az xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayonu üzrə təhsil sektorundan verilən məlumata görə, rayonun 7 məktəbində bu etnik icma üzvlərinə gürcü dili öyrədilir. Məktəblərin 6-da tədris tam olaraq, gürcü dilində təşkil edilib ki, onların da biri 9, 5-i 11 illikdir. Həmin məktəblərdə gürcü dilinin əsas dil olmasına baxmayaraq, şagirdlərə dövlət dili kimi Azərbaycan dili də öyrədilir. Eyni zamanda, “Çağırışaqədərki hazırlıq” və “Azərbaycan tarixi” dövlət dilində tədris olunur.

Qax şəhərindəki bir məktəbdə isə gürcü dili bölməsi fəaliyyət göstərir. Burada oxuyan uşaqlar 1-ci sinifdən 11-ci sinfədək gürcü dilində təhsil alırlar.

Dərsliklər və metodik vəsaitlər həm Azərbaycanda, həm də Gürcüstanda nəşr olunur. Gürcü məktəbləri və sinifləri bəzi hallarda Azərbaycan Elm və Təhsil Nazirliyinin Gürcüstan Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində müvafiq tədris və metodik materiallarla təmin olunur.

Gürcüstanda hazırlanan tədris vəsaitləri bu ölkənin təhsil sisteminə uyğun tərtib edilir. Onlar Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən tərcümə edilərək yerli məktəblərə göndərilir.

Gürcü icmasının ehtiyaclarına uyğun olaraq, bəzən rayona gürcü dilini bilən müəllimlər dəvət olunur.

Qaxda yaşayan gürcülərdən ali təhsil almaq istəyənlər ya Azərbaycanın dövlət ali məktəblərinə qəbul olur, ya da Gürcüstanın ali təhsil ocaqlarında təhsil alırlar. İki ölkə arasında mövcud olan mədəni və təhsil əlaqələri gənclərə müxtəlif tələbə mübadilə proqramlarında iştirak etməyə, qısamüddətli təlim kurslarına qatılmağa imkan verir.

Hazırda bu məktəbdə tədris aparan müəllimlərin əksəriyyəti bir vaxtlar həmin məktəblərdə təhsil alanlardır. Müəllimlər gürcü dilində kurikulumla bağlı materialların kifayət qədər olmadığını və bu səbəbdən müəyyən çətinliklərlə qarşılaşdırlarını da dilə gətiriblər. Lakin son illərdə bu istiqamətdə irəliləyiş olduğunu vurğulayıblar.

Hazırda Qaxdakı gürcü məktəblərində dərs deyənlərin əksəriyyəti Gürcüstanda təhsil alan müəllimlərdir. Onların əsas istəklərindən biri Azərbaycan universitetlərində gürcü dili və ədəbiyyatı üzrə ixtisasın yaradılmasıdır.

Ş.Rustaveli adına Əlibəyli kənd tam orta məktəbin direktor əvəzi Aslamazaşvili Maxare bildirib ki, burada “Azərbaycan dili”, “Azərbaycan tarixi”, eləcə də “Çağırışaqədərki hazırlıq” fənlərindən başqa digər fənlərin hamısı gürcü dilində tədris olunur.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi onları hər zaman tədris materiallari ilə təmin edir.

Məktəbin direktor müavini Emraşvili Taliko və gürcü dili müəllimi Barixaşvili Makvala təhsilin gürcü dilində aparılmasının özünəməxsus üstünlükləri və çətinliklərindən danışıblar. Onlar qeyd ediblər ki, gürcü dilinin tədrisi şagirdlərin milli kimliyini qorumağa, bu dildə səlis danışmalarına imkan verir.

Azərbaycan təhsil mühitindən lazımi səviyyədə bəhrələnmək üçün resursların Elm və Təhsil Nazirliyi tərəfindən tərcümə olunaraq məktəblərə göndərilməsi, uyğun dərsliklərin şagirdlərə çatdırılması təmin olunur.

Çaçaşvili Mulia adlı musiqi müəllimi isə bildirdi ki, dərslər gürcü dilində keçirilsə də, musiqi dərslərində şagirdlər həm gürcü, həm də Azərbaycan, həm də dünya mədəniyyətinin musiqi nümunələrini öyrənirlər. Beləliklə, iki mədəniyyətin kəsişmə nöqtəsində dayanan şagirdlər daha zəngin dünyagörüşə sahib olurlar.

Qaxingiloy kənd tam orta məktəbinin direktor əvəzi Buluqaşvili Kaxa ilə söhbət zamanı məlum oldu ki, 150 şagirdin təhsil aldığı bu məktəbdə 30 nəfərlik pedaqoji heyət fəaliyyət göstərir.

Buluqaşvili Kaxa bildirdi ki, müəllimlərin diaqnostika, sertifikatlaşdırma və işə qəbul prosesləri gürcü dilində aparıldığında onlar Azərbaycandakı imtahan və təlim-tədris bazasına tam inteqrasiya ola bilirlər. Məktəbin pedaqoji heyəti ibtidai siniflər də daxil olmaqla ümumi tədris prosesini müasir kurikulum prinsipləri əsasında qurmağa çalışır.

Qaxda yaşayan gürcülər öz ana dillərini qoruyub saxlamaqla, Azərbaycanın tədris standartlarına uyğun təhsil alırlar. Məktəblərdə öz dillərini daha səlis öyrənən gürcü uşaqları Azərbaycan cəmiyyətinin ayrılmaz bir parçası kimi inkişaf edir, öz milli köklərini və mədəni irslərini gələcək nəsillərə ötürməyi bacarırlar.

Bu məktəblərdə təhsil alan şagirdlər və məzunlar üçün müəyyən çətinliklər olsa da, bunlar onların təhsil prosesini əngəlləmir. Bu reallıqlar fonunda həm Azərbaycan, həm də Gürcüstan tərəfi təhsil sahəsində əməkdaşlığını genişləndirən, gürcü dilli məktəblərin inteqrasiyasını və  şagirdlərin təhsilə çıxış imkanlarını artıran addımlar atır.

Reportaj Elm və Təhsil Nazirliyinin "Azərbaycan müəllimi" qəzeti tərəfindən hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:319
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Dekabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see325

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see324

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see319

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see310

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see306

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see304

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see297

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see294

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see289

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see265

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see264

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see263

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see259

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see255

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see251

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see249

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see246

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri