Qəbul imtahanları ilə bağlı yenilik Elektronlaşa bilər
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rezidentura imtahanlarının elektron formatda keçirilməsi, şübhəsiz ki, imtahan sistemində rəqəmsallaşma prosesinin daha geniş miqyas alacağını göstərir. Bu təcrübə uğurla tətbiq olunarsa, gələcəkdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının da tam və ya qismən elektron formada təşkil edilməsi üçün real zəmin yarada bilər. Elektron imtahanlar vaxt və resurslara qənaət, insan amilinin minimuma endirilməsi, nəticələrin daha operativ açıqlanması kimi üstünlüklər təqdim edir. Bununla yanaşı, texniki təhlükəsizlik, infrastruktur və regionlar üzrə bərabər imkanların təmin edilməsi kimi məsələlərin həlli bu keçidin əsas şərtləri olacaq. Ümumilikdə isə bu addım qəbul imtahanlarının gələcəkdə daha müasir və çevik formatda keçirilməsinə doğru atılan önəmli mərhələ kimi qiymətləndirilə bilər.
Bu barədə Demokrat.az-a açıqlamasında Milli Məclisin deputat Ceyhun Məmmədov deyib ki, bu istiqamətdə mühüm addımların atıldığına şahidlik edirik:
“Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan prosesinin rəqəmsallaşdırılması üçün ardıcıl tədbirlər görülür. Bu baxımdan rezidentura imtahanlarının bu ildən etibarən elektron formata keçirilməsi olduqca əhəmiyyətlidir. Bu addım həm dünyada gedən rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda vacibdir, həm də qiymətləndirmə mexanizmini daha çevik və şəffaf edir. Məhz buna görə də bu qərarı çox önəmli hesab edirəm. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tam və ya qismən elektron formatda təşkili məsələsinə gəldikdə isə demək olar ki, bu istiqamətdə artıq müəyyən addımlar atılıb. Elektron sistemə keçid bizə ilk növbədə rəqəmsallaşmanın sürətlənməsini qazandırır ki, bu da son dərəcə vacib məqamdır. Digər tərəfdən isə qiymətləndirmənin operativliyi və şəffaflığı təmin olunur. Bütün bunlar göstərir ki, elektron formatda keçirilən imtahanlar ümumi prosesə ciddi töhfə verir. Bu gün bütün dünya rəqəmsallaşmaya doğru gedir və bu prosesin baş verməsi üçün addımlar atılır. Biz də bu prosesdən kənarda qalmamalı, atılan addımları daha da sürətləndirməliyik”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Qəbul imtahanları ilə bağlı DİM dən müraciət
19 May 2025 11:53
Qəbul imtahanları ilə bağlı VACİB AÇIQLAMA KONKRET
25 Fevral 2026 13:11
Abituriyentlərin DİQQƏTİNƏ Qəbul imtahanları ilə bağlı MÜHÜM AÇIQLAMA
04 Fevral 2026 09:05
2027 ci ilin qəbul imtahanları ilə bağlı xəbərdarlıq
05 Sentyabr 2026 10:02
Buraxılış və qəbul imtahanları ilə bağlı vacib qərar
23 Oktyabr 2026 17:25
Baxış sayı:134
Bu xəbər 06 Fevral 2026 11:42 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları