Azərbaycanda yeni xəritə HAZIRLANDI
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda Dünya Geodeziya Qlobal Sistemi (WGS-84) əsasında yeni topoqrafik xəritə hazırlanıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Azər Əliyev dekabrın 3-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclasında məlumat verib.
Onun sözlərinə görə, xəritə Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən Vətən müharibəsindən sonra Müdafiə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə hazırladığı texniki tapşırığa uyğun olaraq tərtib edilib.
A.Əliyev bildirib ki, Azərbaycanda tətbiq olunan rəqəmsal modellər uzun müddətdir müdafiə və təhlükəsizlik sahəsində inkişaf etdirilir:
"Bu sistemlərin əsasında relyefin müəyyən edilməsi, yüksəklik modelləri, ortofoto xəritələr, rəqəmsal sərhəd xəritələri, çoxölçülü məkansal məlumatlar və digər komponentlər dayanır. Bu isə müasir tələblərin dəyişməsini və yenilənməsini zəruri edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 03 Dekabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















