Icma.az
close
up
RU
Qəbul imtahanlarının onlayn qaydada keçirilməsi mümkün olacaq? AÇIQLAMA

Qəbul imtahanlarının onlayn qaydada keçirilməsi mümkün olacaq? AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İmtahanların onlayn formada keçirilməsi ideyası texnologiyanın təhsilə inteqrasiyası baxımından əhəmiyyətli bir mərhələ kimi görünür. Məleykə Abbaszadənin bu istiqamətdə irəli sürdüyü fikirlər təhsilin rəqəmsallaşması və çevik qiymətləndirmə modellərinə keçidlə bağlı müasir çağırışlarla üst-üstə düşür. Lakin bu prosesin sadəcə texnoloji imkanlarla məhdudlaşmadığı, onun sosial, hüquqi və institusional baza tələb etdiyi nəzərə alınmalıdır. Azərbaycanda bu keçid üçün ciddi hazırlıq və islahatlar zəruridir, çünki cari vəziyyətdə mövcud infrastruktur və idarəetmə sistemi bu tələblərə tam cavab vermir".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 
"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13.2.3-cü maddəsində qeyd olunur ki, təhsil alanların nailiyyətləri onların bilik və bacarıqlarını obyektiv, ədalətli və şəffaf şəkildə qiymətləndirən mexanizmlərlə müəyyən olunmalıdır. Eyni zamanda, 2021-ci ildə qəbul edilmiş “Rəqəmsal transformasiya konsepsiyası”nda göstərilir ki, dövlət orqanları rəqəmsal xidmətləri inkişaf etdirməklə şəffaflıq və səmərəliliyi artırmalıdırlar. Bu yanaşmaların fonunda imtahanların onlayn formatda təşkili üçün həm texniki infrastruktur, həm də hüquqi baza formalaşdırılmalıdır".
O bildirib ki, mövcud vəziyyətə gəldikdə isə, Dövlət Statistika Komitəsinin 2023-cü il üçün məlumatına əsasən, ölkə əhalisinin yalnız 66,7 faizi stabil internetə çıxış imkanı əldə edir:
"Bu göstərici Bakı şəhərində 91 faiz olduğu halda, rayonlarda 43 faizə qədər enir. Bu isə onlayn imtahan sisteminin tətbiqi zamanı regionlararası bərabərsizliyin artmasına səbəb olacaq. Eyni zamanda, hazırda ali və orta təhsil müəssisələrinin əksəriyyətində internet infrastrukturunun səviyyəsi texniki baxımdan böyük miqyaslı onlayn imtahanların aparılmasına imkan vermir. 2023-cü ildə Təhsil Nazirliyinin hesabatına əsasən, ölkədəki ümumtəhsil məktəblərinin yalnız 28%-i sürətli və stabil internetlə təchiz olunub.
Əlavə olaraq, imtahanların onlayn qaydada keçirilməsi üçün istifadə olunacaq platformaların təhlükəsizlik və şəxsiyyəti identifikasiya edə bilən imkanları olmalıdır. Bu sistemlər üçün “proctoring” adlanan nəzarət texnologiyaları tələb olunur. Bu texnologiyalar istifadəçinin üz cizgilərini, səsini, baxış istiqamətini və digər davranış göstəricilərini analiz etməklə imtahanın legitimliyini təmin edir. Hazırda bu cür sistemlər Azərbaycanda mövcud deyil və kənar proqram təminatı almaq üçün ciddi maliyyə və hüquqi tənzimləmə lazımdır. Əgər bu sistemlər olmadan onlayn imtahan keçirilərsə, qiymətləndirmənin obyektivliyi və şəffaflığı təmin olunmayacaq".
Ekspertin sözlərinə görə, dünya praktikasında onlayn imtahan modelləri yalnız hazırlıq mərhələlərindən və sınaqlardan sonra tətbiq olunur:
"Məsələn, ABŞ-da ETS (Educational Testing Service) tərəfindən keçirilən TOEFL və GRE imtahanları onlayn qaydada yalnız rəsmi platformalar və yüksək səviyyəli proctoring sistemi ilə icra olunur. Hindistanda UGC (University Grants Commission) və NTA (National Testing Agency) tərəfindən aparılan imtahanlarda əvvəlcə pilot mərhələ sınaqdan keçirilir, texniki və etik problemlər aşkar edildikdən sonra sistem geniş miqyasda tətbiq olunur. Almaniyada onlayn imtahanlar yalnız tələbənin şəxsiyyət vəsiqəsi ilə real vaxt video nəzarət altında mümkündür. Həmçinin, nəticələrin təsdiqi üçün yazılı təsdiq sənədləri tələb olunur.
Azərbaycanda bu keçidin mümkün olması üçün bir neçə sahədə ciddi dəyişikliklər zəruridir. Əvvəla, ölkə üzrə bütün təhsil müəssisələri sürətli və dayanıqlı internetlə təmin olunmalıdır. Bu yalnız texniki məsələ deyil, eyni zamanda sosial ədalətin təmin olunması məsələsidir. İkincisi, imtahan platformaları milli səviyyədə hazırlanmalı, texniki dayanıqlığı, təhlükəsizlik sistemləri və şəxsiyyəti müəyyən edən alqoritmlərlə təchiz edilməlidir. Bu istiqamətdə yerli İT şirkətləri ilə əməkdaşlıq və beynəlxalq təcrübə inteqrasiyası vacibdir. Üçüncüsü, müəllimlər və şagirdlər üçün genişmiqyaslı rəqəmsal savadlılıq təlimləri təşkil olunmalı, rəqəmsal qiymətləndirmə mədəniyyəti formalaşdırılmalıdır. Son olaraq isə, normativ hüquqi bazada dəyişikliklər edilməli, onlayn qiymətləndirmə hüquqi olaraq legitim tanınmalı, nəticələrə dair mübahisə hallarında rəsmi apellyasiya mexanizmləri yaradılmalıdır.
Əgər bu dəyişikliklər həyata keçirilərsə, onlayn imtahan modeli Azərbaycanda təhsilin çevikliyini və innovativliyini artıracaq, pandemiya və ya fövqəladə hallarda imtahanların dayanmadan keçirilməsinə imkan verəcək. Eyni zamanda, nəqliyyat, logistika və fiziki məkanla bağlı xərc və resurslar optimallaşdırılacaq. Əks halda, tələsik tətbiq olunan onlayn imtahanlar təhsildə bərabərsizliyi artıracaq, imtahan nəticələrinin etibarsızlığını doğuracaq və cəmiyyətdə təhsil sisteminə olan inamı sarsıdacaq.
Texnologiya yalnız vasitədir; əsas məsələ onu hansı şəraitdə, hansı məqsədlə və necə tətbiq etməkdir. Azərbaycanda onlayn imtahan sisteminə keçid yalnız bütün sosial, texniki və hüquqi mexanizmlər təmin edildikdən sonra mümkün olmalıdır. Əks təqdirdə, bu, texnologiyanın deyil, etimadsızlığın alətinə çevriləcək".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 İyul 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri