Buraxılış imtahanlarının nəticələri necə olacaq? AÇIQLAMA
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
“Ötən gün keçirilən imtahanda riyaziyyat sualları əvvəlki imtahandan bir qədər çətin olub. Lakin ümumilikdə suallar abituriyentlər üçün cavablandırılması əlçatan olub”.
Bunu Metbuat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
O bildirib ki, 2 və 9 mart tarixlərində keçirilmiş buraxılış imtahanları cavablandırılma baxımından abituriyentlər üçün olduqca münasib hesab etmək olar:
“İmtahanda qəliz və ya qalmaqallı mübahisəyə səbəb olan suallar olmayıb. Sadəcə bəzi imtahan binalarında, xüsusilə də zallarda dinləmə mətninin səsləndirilməsi ilə bağlı texniki problemlərin yaşandığı qeyd edilib. Bununla belə, 2023-cü ildə müşahidə olunan ajiotaj bu dəfə yaranmayıb”.
E.Əfəndinin sözlərinə görə, 2 mart və 9 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin ötən illərlə müqayisədə daha yaxşı olacağı gözlənilir. Proqnozlara görə, yüksək nəticə göstərən abituriyentlərin sayı bu il daha çox ola bilər.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 10 Mart 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















