Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Qəbulda keçid balları 400 olarsa, nə baş verər? MƏQALƏ

Qəbulda keçid balları 400 olarsa, nə baş verər? MƏQALƏ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Universitetlərə qəbul məsələsi barədə çox düşünürəm. Bəzən elə görünür ki, biz sistemi elə qurmuşuq ki, sanki əsas məqsəd uşaqları universitetə hazırlamaq deyil, onları imtahan qarşısında yormaqdır.

Bu gün universitetlərə keçid balları 150–200 civarında olur. Açığı, bu mənə həmişə qəribə gəlib. Axı universitetə qəbul olmaq müəyyən bir akademik səviyyənin göstəricisi olmalıdır. Əgər keçid balı 350–400 olsa, nə dəyişər? Məncə, heç nə itirmərik, əksinə, çox şey qazanarıq.

Belə bir modeldə şagird universitetə əzik şəkildə “2” və “3” qiymətləri ilə yox, əsasən “4” və “5” səviyyəsində biliklərlə qəbul olar. Bu isə onun həm özgüvənini artırar, həm də təhsilə münasibətini dəyişər. Uşaq universitetə zəiflik hissi ilə yox, özünə inamla daxil olar.

Əslində bunu etmək o qədər də çətin deyil. Sadəcə qəbul suallarının çətinlik səviyyəsi və qiymətləndirmə məntiqi dəyişdirilə bilər. Elə bir sistem qurmaq mümkündür ki, şagirdlər rahatlıqla 300-dən yuxarı bal toplaya bilsinlər. O zaman bugünkü qədər gərginlik də olmaz: uşaqlar bu qədər əzab çəkməz, valideynlər bu qədər stress yaşamaz, məktəb də öz əsas missiyasını – təhsil verməyi – daha rahat yerinə yetirər.

İndiki sistemdə isə qəbul imtahanı o qədər ağırlaşdırılıb ki, bir çox şagird bunu təkbaşına bacarmır. Demək olar ki, əlavə hazırlıq sistemi olmadan bu baryeri keçmək çox çətindir. Bunun bariz sübutu hər yenilənən qəbul proqramı və model testlərin yanvar ayında cəmiyyətə təqdim edilməsidir.

Bəzən özümə belə bir sual verirəm: əgər 10 il əvvəlki imtahanları bugünkü uşaqlara versək, görəsən nəticə necə olar? Məncə, şagirdlərin böyük bir hissəsi 400-dən yuxarı bal toplayar. Hətta 1990-cı illərin imtahanlarını bu günün şagirdləri yazsa, bəlkə də keçid balı 600 belə ola bilər.

Çünki illər keçdikcə uşaqlar daha ağıllı və daha məlumatlı olduqları üçün deyil, daha çox test texnikasını öyrəndikləri üçün sistemi keçirlər. Yoxsa nə vurma cədvəli dəyişir, nə də ismin halları. Şagirdlər test yazmağın yollarını öyrəndikcə, sual hazırlayanlar da formatı dəyişir, modeli mürəkkəbləşdirir və nəticədə çətinlik dərəcəsi getdikcə artır.

Beləcə, sanki bir yarış yaranır: biri sistemi keçməyin yollarını öyrənir, digəri isə sistemi daha da çətinləşdirməyə çalışır. Bir sözlə, ay yordu-yordu, görək kim kimi yordu!

Bəlkə də bir az dayanıb özümüzə sadə bir sual verməliyik: bizim məqsədimiz nədir?
Məncə, bu sualın cavabı həm qəbul sisteminə, həm də ümumilikdə təhsil sisteminə yeni baxış gətirə bilər.

Şəmil Sadiq

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Mart 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see793

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see440

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see311

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see291

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see275

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see272

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see270

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see252

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see243

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see239

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see236

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see235

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see235

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see231

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see229

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see215

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see213

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see210

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri