Icma.az
close
up
RU
Qəbulə xanım və I Pyotr

Qəbulə xanım və I Pyotr

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Qan düşmənçiliyinin qısa tarixi

I Pyotr general Matyuşkinə salyanlı Qəbulə xanım barədə: “Salyan hakiməsi  Qəbulə xanım asilərin böyüyüdür. Ondan ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxtlik üz verməsin”, - deyə bildirirdi. Bunu Abbasqulu Ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində yazıb.

Nə baş vermişdi ki, imperator özünün say-seçmə generallarından birinə belə vahiməli, qorxunc bir təlimat verir və Qəbulə xanımla ehtiyatlı davranmağı ona tövsiyə edirdi?

1721-ci ildə İsveçlə 21 illik müharibədən qalib çıxan I Pyotr 1722-ci il mayın 13-də arvadı Yekaterina Alekseyevna və admiral Apraksinlə birgə Qafqazın Xəzər sahillərinə yürüş üçün Moskvadan yola düşdü. İyulun 18-də general-admiral Arpaksinin komandanlığı altında 274 gəmi ilə başlayan yürüş nəticəsində səfəvi torpaqları olan Dərbənd, Bakı və Salyan ruslar tərəfindən işğal olunmalıydı.

Dərbənd, rus mənbələrinin yazdığına görə, müqavimətsiz zəbt olundu. Pyotr Bakıdan da müqavimət gözləmirdi. Amma güclü fırtına Bakıya doğru yürüşün qarşısını aldı. İmperator Peterburqa qayıtdı. Qayıtsa da, Bakını və Salyanı işğal etmək planı qüvvədə qalırdı.

1723-cü il iyulun 26-da Bakı da Dərbənd kimi demək olar ki, müqavimətsiz təslim oldu. Matyuşkinin şəhəri top atəşi ilə yandırmaq hədəsindən qorxan şəhər əhalisi rus mənbələrinin verdiyi məlumata görə döyüşsüz təslim oldu. Bir rus əsgərinin burnu belə qanamadan Bakı işğal olundu.

Bakının rus ordusu tərəfindən işğalından dərhal sonra, 1723-cü ilin payızında Peterburqda  general Matyuşkin və naviqator, kapitan-leytenant Saymonovla I Pyotr arasında Salyan barədə söhbət oldu. Bir ay sonra, daha doğrusu, 1724-cü ilin payızında Bakı komendantı knyaz Baryatinskiyə Salyana böyük bir hərbi dəstə göndərilməsi barədə imperator tərəfindən xüsusi göstəriş verildi. Göstərişə əsasən, podpolkovnik Zambulatovun süvari batalyonu Salyana daxil oldu və rus hərbi qüvvələri Kür çayının sahilində Salyan hakiməsi Qəbulə xanımın malikanəsinin qarşısında qərargah qurdular. Bunu Bakıxanovdan 10 il əvvəl Aleksandr Sergeyeviç Puşkin də yazıb. Puşkinin 1835-ci ildə qələmə aldığı və  I Pyotrun hakimiyyəti illərində baş verən hadisələri xronoloji ardıcıllıqla təqdim edən İstoriə Petra I (İzd-vo Rodina, 2021) əsərində belə bir ifadə vardır: “Matyuşkin və Saymonov Sankt-Peterburqa gəldilər. Pyotr xəstə Matyuşkinə baş çəkdi. Bir neçə gündən sonra knyaz Baryatinskidən xəbər aldı ki, polkovnik Zambulatovun batalyonu bütün Salyan quberniyasını və Kürə yaxın əraziləri işğal edib. Pyotr bu istiqamətdə hərbi qüvvələri gücləndirməyi  əmr etdi (çünki Salyan hakiməsi (knyaginya) məkrli idi. Pyotr haqlıydı, çünki Zambulatov və bütün əsgərləri onun tərəfindən məkrlə öldürüldü.”

Puşkin belə yazır. Saymonovun qeydlərində söhbətin məzmunu daha korrektdir: İmperator Bakıdan gələn kapitan Netisovdan Salyana göndəriləcək hərbi qüvvə ilə maraqlanır. Netisov, bir batalyon göndəriləcəyini deyəndə Pyotr, “bu, çox azdır” deyə cavab vermiş, səbəb kimi də Salyan hakiməsi olan xanımın çox təhlükəli olduğunu diqqətə çatdırmışdı. “Qosudarğ izvolilğ sprositğ: “Vo mnoqomğ li çislğ poslana komanda vğ Sallianğ? Na to doneseno: çto sğ odnimğ batalionomğ. Oçenğ malo, skazalğ Qosudarğ,  potomu çto vedomo, çto ta Salğənskaə Knəqinə Xanuma opasno, çtobı çeqo xudova ne uçinilosğ, i pritomğ prikazalğ opredelitğ kğ Briqadiru Borətinskomu orderomc, çtobc lödey tuda pribavitğ, i çtobc otc toy Knəqini imeli vsəkuö ostorojnostğ.” Takimc obrazomc Qosudarğ predvidelc, çto vskore potomğ vosposledovalo vğ Sallianğ”. (Opisanie Kaspiyskaqo morə i çinennıx na onom Rossiyskix zavoevaniy, əko çastğ istorii qosudarə imperatora Petra Velikaqo (Sankt Peterburqğ. 1763)

Salyan bölgənin hakiməsi sayılan Qəbulə xanım tərəfindən idarə olunurdu. Baxmayaraq ki, tarixi qaynaqlarda, məsələn, İohan Herbertin yazdıqlarında  Salyan naibinin Rusiyaya sədaqət andı içdiyi yazılır. Bəs necə olurdu ki, Salyan naibi Həsən bəyin ruslara  sədaqət andı içməsinə rəğmən, Pyotr bütün hallarda Salyan məsələsi ilə bağlı fikir mübadiləsi etdiyi hər kəsə naibin həyat yoldaşı Qəbulə xanımdan ehtiyatlı olmağı tapşırırdı? Pyotr haqlıymış. Salyanı istila edən rus zabitlərini qətlə yetirməsi Salyan hakiməsi Qəbulə xanımın (Onu bəzən Salyanlı şahzadə Xanım da adlandırırlar) siyasi mövqeyi idi. Salyan Azərbaycanda işğalçı rus əsgərinin qanının axıdıldığı ilk torpaq idi. Qəbulə xanım Rus zabitlərini zərərsizləşdirməklə 4 ay əvvəl şəxsən Bakıya gedib Rusiyaya sədaqət andı içmiş həyat yoldaşı ilə eyni düşüncəni paylaşmadığını da sərgiləmişdi. Dövrün sənədlərində dönə-dönə qeyd edildiyi kimi, bir gün podpolkovnik Zambulatov hərbi heyətin zabitləriylə Qəbulənin malikanəsində təşkil olunmuş ziyafətə qatıldı. Ziyafət zamanı otağa silahlı adamlar girdi və Zambulatov da daxil olmaqla, bütün rus zabitləri qətlə yetirildi. Və bu qətl rus tarixçilərinin yazdığına görə xüsusi amansızlıqla törədildi.

Unutmayaq ki, Zambulatovun batalyonunda 500 süngüsü olan süvari əsgər var idi. Qaynaqlar isə bildirir ki, Qəbulənin adamları təkcə ziyafətə qatılmış zabitləri qətlə yetirməklə kifayətlənmədilər. 500 nəfərlik hərbi heyətə hücum etdilər və ələ keçən bütün əsgərləri öldürdülər, qaçmağa müvəffəq olanlar isə gəmilərlə Bakıya qayıtdılar.

...Kürün mənsəbinə nəzarət edən kapitan-leytenant Soymonovun jurnalına (səyahətnaməsinə) istinad edən Millerə görə, bu qanlı hadisənin arxasında Salyan naibi Həsən bəyin xanımı Qəbulə dayanırdı. Bu, baş vermiş hadisənin ən mühüm məqamlarından biridir. Rus mənbələrində hadisənin səbəbkarı kimi diqqət mərkəzinə naib deyil, naibin xanımı gətirilir. 

1869-cu ildə Peterburqda nəşr olunmuş “Materialı dlə novoy istorii Kavkaza sğ 1722 po 1803 qodğ” kitabında Butkov bu qanlı hadisənin  geniş təfsilatını yazıb. Hadisə dediyim kimi, Puşkinin “İstoriə Petra I” xronoloji qeydlərində də, Abbasqulu Ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində də, başqa yazılı mənbələrdə də işıqlandırılıb. Bakıxanov da görünür, Saymonovun, Puşkinin xatırlanan qeydlərindən qaynaqlanaraq, Qəbulə xanımın tarixi obrazını daha qabarıq təqdim edir: “Zambulatov, öz batalyonu ilə gedib Kür çayı sahilində, o yerin hakiməsi, Salyan sultanı Həsən bəyin hərəmi Qəbulə xanımın sarayı qarşısında ordugah qurdu. Müəyyən bir şəhər salmaq üçün tədarükdə idi. Qəbulə xanım dostluq və ixlas göstərib, bir gün Zambulatovu bütün zabitlərlə bir yerdə  qonaq çağırdı. Xörək yeyildiyi zaman, otağa müsəlləh adamlar girib, onların hamısını öldürdülər”.

Bu qeydləri etdikcə düşünürəm: XVIII yüzilin əvvəlləridir. Salyanlı bir xanım - Salyan qazisi Molla Məhəmmədin qızı  rus ordusunun zabitlərini öz evinə necə qonaq çağıra bilərdi?

Bir az əvvəl I Pyotr general Matyuşkinə Salyan hakiməsindən ehtiyatlı olmağı tövsiyə etmişdi. Necə ola bilərdi ki, Matyuşkin imperatorun bu tövsiyəsini Salyana göndərdiyi batalyonun komandirinə çatdırmayaydı? Və Salyanda 300 il əvvəl bir hərbi dəstənin zabit heyətini bir yerdə qəbul edə biləcək malikanə olubmu? Bu sualların heç birinin cavabı yoxdur. Amma fakt olaraq hamısı tarixi qaynaqlarla təsbit olunur. Pyotrun Matyuşkinə Salyan hakiməsi barədə dediyi sözlər də, Qəbulə xanımın rus zabitlərini öz evinə qonaq çağırması da, evində onlara ziyafət verməsi də... və Qəbulənin evindəcə onların hamısının qətlə yetirilməsi də, mistika deyil, həqiqətdir.

Hadisənin baş verdiyi məkanın izləri Salyanın hansısa səmtində qalırmı? Məsələ burasındadır ki, Salyan 1799-cu ilə qədər indiki Salyanın yerində olmayıb. Bakıxanovun bildirdiyinə görə, 1799-cu ildə şirvanlı Mustafa xan Rudbar əmirlərinin köməyi və salyanlıların təklifi ilə gedib Səlyanı aldı. Şəhəri köçürüb, dörd ağac yuxarıda, indiki yerində bina etdi”. Bakıxanovun “Gülüstani-İrəm” əsərindəki bu məlumata istinad etsək, Salyan hakiməsi Qəbulə xanımın malikanəsi indiki Salyandan dörd ağac (28 km) irəlidə, yəni indiki Xıllı qəsəbəsinin ərazisində olub. Övliya Çələbi isə  yazırdı ki, “Şəhrin şimalına qərib bir yerdə Kür nəhri dəryaya tökülür...”  Çələbinin təsvir etdiyi mənzərə sanki 350 il əvvələ deyil, indiyə aiddir. Doğrudan da, indiki Xıllının, o zamankı Salyanın şimalında Kür çayı Xəzərə tökülür.  

***

1724-cü ildə Salyanda bir gündə rus imperiya ordusunun bir batalyonunun bütün zabit heyəti zərərsizləşdirilmişdi. Salyanda elə bir hadisə baş vermişdi ki, hətta rus tarixçiləri də buna biganə qala bilməmişdilər.

Bu, təkcə Salyanın tarixində deyil, ümumazərbaycan tarixində sonrakı dövrlərdə də bənzərinə rast gəlinməyən nadir hadisə idi.

Bəzi qaynaqlarda qətlə yetirilən rus zabitlərinin sayı 8, bəzilərində isə 22 nəfər göstərilir.

Batalyonun say tərkibi ilə bağlı isə bütün qaynaqlar yekdildir.  Salyana Xəzər dənizi vasitəsi ilə 500 süngüsü olan batalyon göndərilmişdi.

Qəbulə xanımın gücü nə imiş və necəymiş ki, o, Salyanda 500 nəfərlik bir batalyonu məğlub edib? Hər halda, 50 min əhalisi olan Salyanın hakiminin əmrində qoşun var idi, bu, tarixi bəlgələrdə aydın şəkildə bildirilib. Rus əsgərlərinin Salyanda, Kürün mənsəbində 300 nəfər silahlı süvari ilə qarşılaşdığını Saymonov özü görüb və yazıb.

Yaxud bu kontekstdə heyrət doğuran başqa bir tarixi məlumat. Puşkinin qeydlərində bir fraza diqqəti cəlb edir. Hadisədən sonra, yəni 1724-cü il noyabrın 9-da general Matyuşkin dənizlə yola çıxır və Matyuşkinin gəmisi Bakıda lövbər salır. Matyuşkin Bakıda Qəbulə xanımın Salyanda məhv etdiyi batalyonun sağ qalıb qaçmış zabiti kapitan Kazlovla görüşür. Söhbət 500 nəfərlik bir batalyonun sağ qalmış yeganə zabitindən gedir...

Azər TURAN

Davamı növbəti sayımızda...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 İyul 2025 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see195

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see194

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see180

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see139

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see138

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see132

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see125

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see119

Yeməkdən dərhal sonra çay içmək olmaz Yan təsiri var

01 Dekabr 2025 09:52see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri