Icma.az
close
up
RU
Qəbulə xanım unutdurulan qürur səhifəmiz Elnarə AKİMOVA

Qəbulə xanım unutdurulan qürur səhifəmiz Elnarə AKİMOVA

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azər Turanın "Qəbulə xanım və I Pyotr" kitabına ön söz

Elnarə AKİMOVA

Qəbulə xanım - Azərbaycanda Rus istilasına qarşı ilk dirəniş hərəkatının lideri! Onu qısaca olaraq, belə xarakterizə etmək olar. Çox təəssüf ki, sovet dövründə Qəbulə xanımla bağlı qaynaqlar yox dərəcəsindədir. Bu mənada, ancaq əlimizdə olan tutarlı faktlara etibar etməliyik. Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm"ində, A.S.Puşkinin, Soymonovun, Butkovun, Sara Aşurbəylinin... kitablarında, rus və xarici mənbələrdə bununla bağlı yer alan əsaslı məlumatları tarixin məntiqinə tabe etməliyik. Azər Turan da belə davranır. Tarixin yaşanmış gerçəkliyini gömüldüyü yerdən qazıyıb gün işığına çıxardır. Həm də tutarlı faktlara, məxəzlərə istinad edərək.

Azər Turanın "Qəbulə xanım və I Pyotr" kitabı XVIII əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin psixoloji durumunu, xalqımızın yaşadığı məşəqqətli tale yolu və travma tarixini öyrənmək baxımından nadir nümunələrdən biridir. Bu kiçik tədqiqata XVIII əsr, hətta ondan əvvəlki və sonrakı dövrlərin tarix diskursunun bir faktı kimi baxmaq lazımdır. Burada eşidilən, güman, fərz olunan deyil, ancaq yazılan, şahid olunan, gerçək məxəzlərin məntiqi ilə tarixləşən faktlar tədqiqat predmetinə çevrilir. Bəhs olunan qanlı hadisələrin canlı şahidləri, tarix və ədəbiyyat mətnləri, hətta ağrılı təhkiyəsi ilə kitaba sənəd etibarlığı qazandıran müəllif yanaşmaları, tutarlı məntiqi keçidləri və s. Bu qürur səhifəsi ancaq bioqrafik fakt olaraq bir fərdin şəxsi taleyi zəminində verilmir, bir xalqın, şəhərin, mahalın faciəsi kimi təqdim olunur: "1724-cü ildə Salyanda bir gündə rus imperiya ordusunun bir batalyonunun bütün zabit heyəti zərərsizləşdirilmişdir. Salyanda elə bir hadisə baş vermişdi ki, hətta rus tarixçiləri də buna biganə qala bilməmişdilər. Bu, təkcə Salyanın tarixində deyil, ümumazərbaycan tarixində sonrakı dövrlərdə də bənzərinə rast gəlinməyən nadir hadisə idi". 

1724-cü ildə Salyanı istila etmək istəyən rus qoşununun 500 nəfərlik zabit-əsgər heyətini qətlə yetirən Salyanlı Qəbulə xanımın bu revanşist ədasının alt qatında dayanan amil ancaq düşmənə boyun əyməmək, I Pyotra ünvanladığı məktubda yazdığı kimi, "Salyan mahalının 122 il onun əcdadları tərəfindən idarə olunması" qənaəti idimi? Azər Turan burada bir qədər psixoanalizə varır, qətlin fəlsəfi-nəzəri havasını 57 il əvvəldən, 1667-ci ildə Stepan Razinin Salyandan oğurlayıb əsir aldığı xan qızını Volqa çayına qurbanlıq etdiyi ağrılı hekayətdən götürür, poetik-ideoloji məna axtarıcılığı ilə o Qəbulə ilə bu Qəbulə arasında mistik bağlar qurur, Sara Aşurbəylinin versiyasını, holland əsilli isveç səfiri Lüdviq Fabritsiusun qeydlərini meyar götürərək baş verən qətlin səbəbi kimi qan düşmənçiliyini tarixin süjet toxumasına daxil edir.

Qəbulə xanım Azərbaycan tarixinin və mənəviyyatının sirli obrazlarından biridir. Amma bu kitabda o, metafizik obraz deyil, real, canlı ştrixləri, əməli mündəricəsi ilə dolğun qəhrəmandır. Gizli qatlar açıldıqca, tarixin üzərindən  gerisayım işarəsi ilə məlum örtüklər götürüldükcə aydın olur ki, milli heysiyyəti ilə ilk antirus dalğasının önündə gəlməyi bacaran fədaidir. Və "əfsus ki, bilərəkdən unutdurulmuş milli simvoldur. Onu nə tarixçilərimiz dəyərləndirdi, nə də ədəbiyyatımızda Qəbulənin qəhrəmanlığını vəsf edən hansısa bədii bir mətn yarandı".

Kitabda geniş çözüm, şərh tələb edən məqamlar çoxdur. Dərbəndi və Bakını işğal etdikdən sonra Salyana üz tutan və Kür çayının sahilində Salyan hakiməsi Qəbulə xanımın müqaviməti ilə üzləşən rus zabitlərinin qətllə sonuclanan aqibəti, XVIII əsrdə Rusiya, İran və Osmanlı münasibətləri, I Pyotr, II Təhmasib və III Əhmədlə xarakterizə olunan siyasi ziddiyyətlərin pərdəarxası incəlikləri,  Qəbulənin nəsli, atası Hüseyn xan, əri Salyan sultanı Həsən bəy haqqında məlumatlar, Bakıdakı Salyan kazarması anlayışının semantikasını açan mətləblərə köklənmələr - hər biri ayrıca tədqiqatın predmeti olacaq qədər material verir. Bu sırada, erməni katalikoslarının I Pyotra ünvanladığı məktublar, Rusiya təbəəliyinə götürülmələri və Gilan, Salyan, Bakı və Dərbənddə yerləşmələri üçün ondan icazə almaları ilə bağlı faktlar düz üç əsr öncə baş verənləri son iki yüz illik tarixi proseslərin fonunda dəyərləndirməyə daha geniş imkanlar açır. Bu səhifələr aşkarlandıqca qaranlığa, yoxluğa, ölümə tərk edilən Qəbulə kimi qəhrəman qadının obrazı da büllürlaşıb görünməyə başlayır. Azər Turanın tədqiqatı sayəsində öz tarixi haqqına qovuşan bu Qadın, bu gün öz ədalətini bərpa edən, qalib və qürurlu Azərbaycana çox yaraşır!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 İyul 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri