Toylar Azərbaycan incəsənətini yaşadan platformadır NAZİRDƏN AÇIQLAMA
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Azərbaycan toyları mədəniyyətin ayrılmaz hissəsi olmaqla yanaşı, milli incəsənətin təbliği üçün də mühüm platforma hesab olunur.
Modern.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Real TV”yə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, toy mədəniyyəti Azərbaycan mədəniyyətinə rəqib deyil, əksinə onun zəngin tərkib hissəsidir:
“Azərbaycan toy adətləri dünya səviyyəsində araşdırılan və təhlil olunan bir sistem kimi qəbul edilir”.
Onun sözlərinə görə, toylar bu gün əsl sənətin yaşadılması və təbliği üçün mühüm imkan yaradır:
“Toylarımızı incəsənətimizi yaşadan bir platforma kimi qiymətləndirməliyik”.
Adil Kərimli vurğulayıb ki, əsas məsələ peşəkar və qeyri-peşəkar sənətin düzgün fərqləndirilməsi və cəmiyyətə doğru təqdim olunmasıdır:
“İnsanlar peşəkar sənətlə qeyri-peşəkar sənəti ayırd etməyi bacarmalıdır”.
Nazir bildirib ki, klassik musiqi və Azərbaycan folklorunun toy məclislərində daha geniş təbliği vacib yanaşma ola bilər:
“Toyları insanların zövqünün formalaşdırılması və milli sənətin təbliği üçün platformaya çevirmək mümkündür”.
O əlavə edib ki, cəmiyyətdə fərqli zövqlərin olması təbiidir:
“Mono zövq formalaşdırmaq mümkün deyil. Cəmiyyətin rəngarəngliyi onun gözəlliyidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 14 May 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















