Icma.az
close
up
RU
Qəbulə xanım və I Pyotr

Qəbulə xanım və I Pyotr

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əvvəli ötən saylarımızda

Salyan qazisi Molla Məhəmmədin nəvəsi Qəbulə Azərbaycan tarixindən izsiz-soraqsız ötüb keçmir. Amma nədənsə heç kəs Qəbulənin sonrakı taleyini araşdırmır. Qəbulənin sonrakı aqibətindən  tarixdə heç bir nişanə və iz yoxdur. Çünki o dönəmdə, həmin hadisədən sonra I Pyotr tərəfindən faktiki olaraq, Gilana və Salyana nəzarət etmək general Levaşova tapşırılmışdı. Vasili Levaşov salyanlılara münasibətində qəddarlığı ilə seçilirdi. Salyana səfər etmiş alman həkimi Lerh yazırdı ki, Levaşov rus birliklərinə basqın edənləri yaxaladıqda onlara ağılasığmayan cəzalar verirdi. Bəzilərini, hətta qabırğasından asdırırdı. Levaşov Don Kazaklarının 47-ci polkuna hücum edən bir nəfər salyanlının burnunu, qulaqlarını, daha sonra sağ və sol ayaqlarını kəsdirmisdi... Levaşovun fəaliyyəti ilə tanış olduqdan sonra Qəbulənin başına gələnləri, gətirilənləri təxmin etmək olar. Əslində, Levaşovun tətbiq etdiyi cəza növləri onun öz fərdi istəyi ilə gerçəkləşmirdi, 274 gəmi ilə Azərbaycana yürüş edən Pyotrun elə həmin günlərdə türk, fars və ərəb dillərində hazırlanmış manifestində ifadə olunmuş “etirazda iştirak edənlər bizim şahanə qəzəbimizə məruz qalacaqlar” xəbərdarlığının icrasıydı. Qəbulə xanım isə nəinki rus birliklərinə basqın etmiş, nəinki etiraz etmiş, hətta bir batalyonun zabit heyətini hamılıqla məhv etmişdi. Həm də bu səbəbdən ona hansı növ cəzanı veriblərsə, qadının dünyada izi-tozu belə qalmayıb... 

***

Qəribədir, görəsən niyə heç kəs Bakıxanovun bildirdiyi “Salyan nahiyəsinin bütün əmirləri Qəbulənin nəslindən olan adamlar tərəfindən seçilir” sözlərinin izinə düşmür? O hansı nəsildir ki, Salyan nahiyəsinin əmirləri həmin nəsil tərəfindən seçilir? Belə bir nəsil niyə maraq obyekti deyil. Nahiyənin bütün əmrləri Qəbulənin nəslindən olan adamlar tərəfindən verilirsə, bəs 300 il əvvəl var olan bu mötəbər və seçkin nəsil tarixdən, yaxud Salyandan hara çəkildi? Yox, əgər çəkilməyibsə, bəs onda bu nəsil hansı xətlə davam edib, yaxud  edir?  Qəbulə niyə unudulub?

Qəbulədən dünyada heç bir nişanə qalmayıb. Qalmasa da, buna rəğmən başqa nişanələr var. Yuxarıda qeyd etdiyimiz kimi, Qəbulənin babası Axund Molla Məhəmməd Salyan və Rudbarının qazisi olub.  Əli bəy Hüseynzadənin babası Məmmədəli Salyaninin babası Əbu Əli Rudbari də dövrünün görkəmli şeyxlərindən olub. Qəbulədən 20 il sonra Salyan hakimiyyətinə iddia edən və bir müddət Salyan xanı olmuş Sultanibrahim Rudbarlının adı sonralar Əli bəy Hüseynzadənin qardaşı İsmayıl bəyin oğlu Sultanibrahim Hüseynzadənin adında yaşayır. Sultanibrahim Cümhuriyyət dövrünün ünlü zabitlərindən biriydi... Və nəhayət, Rudbar Hüseynzadələrin dədə-baba mülküdür. XVIII əsrdə yaşamış Salyan Axundu Molla Məhəmmədin xanımının adı Xədicə, qızının adı Fatimədir. Ad yenidən bir də XIX əsrdə təkrarlanır. Qafqaz Şeyxülislamı Axund Əhmədin qızının, yəni  Əli bəy Hüseynzadənin anasının adı Xədicə, Əli bəyin şamaxılı Mirzə Həsənlə ailə qurmuş  xalasının adı Fatimədir.

Rus qaynaqları, bəzən Həsən və Hüseyn adlarını qarışıq salırlar,  Qəbulənin vaxtında Salyan sultanını gah Hüseyn, gah da Həsən olaraq təqdim edirlər. Məncə bu, polkovnik Qerberin Salyan hadisəsi ilə bağlı məlumatında Həsən adının Qusan (Qusan) şəklində yazılmasından qaynaqlanır. Yaxud Həsənin adı, bəzən tamamilə yanlış oxunub: Qarde Əli bəy və s. Amma, II Təhmasibin fərmanında da, Abbasqulu Ağa Bakıxanovun “Gülüstani-İrəm”ində də o, Həsəndir. Hüseyn isə, dediyim kimi, Qəbulənin atası və Həsənin qayınatasıdır və hadisənin baş verdiyi 1724-cü ildə Hüseyn xan İsfahandaydı...

Qəbulənin atası Hüseyn xan, yaxud Quba xanlığına gedən yol

Qaytaq usmilərinin iki nəsli - Məcalisdə yaşayanlarla Yengikənddə məskunlaşanlar arasında çıxan qanlı ixtilafda Məcalisdə oturan böyük tayfanın kişi cinsindən bir nəfəri də salamat buraxmayan Yengikəndli usmilər təkcə Hüseyn xanı öldürə bilməmisdilər. Məcalisdə məskunlaşan qaytaq usmilərin ailəsindən salamat qalan yeganə adam Usmi Hüseyn xan Ayda bəyin himayəsi ilə nəsil düsmənlərindən gizlənib Salyan Rudbarının qazisi Molla Məhəmmədin evinə sığınmısdı. Usmi Hüseyn Salyanda Molla Məhəmmədin evinə sığınarkən ev sahibinin qızı Fatimə xanımla ailə qurmuş və bu evlilikdən Qəbulə dünyaya gəlmişdi. Sonra Hüseyn xan Fatimə xanımı atıb Salyandan İsfahana getmiş, burada qacarlardan Zöhrə xanımla ailə qurmusdu. II  Şah Abbasın nəvəsi Şah Süleyman adı ilə məshur olan Şah Səfi “Quba və Salyan ölkələrini” Hüseyn xana bağıslamısdı. Bu hesabla Hüseyn xan Quba xanlığının əsasını qoymuş şəcərənin başında gəlir.

Salyan qazisi Molla Məhəmmədin kürəkəni, yəni Qəbulə xanımın atası  Hüseyn xan dünyasını dəyişəndə şəcərə onun Zöhrə xanımdan olan oğlu Sultan Əhməd tərəfindən davam elədi. Kiçik yaşlarında Quba xanı seçilmiş Hüseynəli xan həmin bu Sultan Əhmədin oğludur. Onu da hakimiyyətdə Fətəli xan əvəz etmişdir.

Fətəlinin atası Hüseynəli xan 1756-cı ildə Salyanı öz dədə-baba mülkü hesab edərkən babasının təxminən, 32 il əvvəl Salyan və Rudbarının qazisi Molla Məhəmmədin qızı ilə ailə qurmasınamı, yoxsa bu, torpaqların Şah Süleyman (Sam Mirzə) tərəfindən Hüseyn xana bağıslanmasınamı istinad edirdi?

Burda bir haşiyə çıxmağa zərurət yaranır. 1667-ci ildə, yəni Stepan Razinin basqınları dövründə bu yerlərə səyahət edən Çələbi Kürün mənsəbinə yaxın ərazilərin (o, bu yerləri, ya Kuştaspi, ya Salyan, ya da Mahmudabad adlandırır) dəqiq coğrafiyasını və əhalinin etnik mənsubiyyətini də xatırladıb. “Şəhrin şimalına qərib bir yerdə Kür nəhri dəryaya tökülür... Böyük bir səhra içində iki yüz parça məmur köylərdir ki, sənəlik min dəvə yükü ibrişim (ipək sap) əldə edilir... Hər köyü ayrı bir qəsəbə şəklindədir. Cami və hamamları, şah çarşıları vardır. Reayası  göydolaq, türkmən, moğol və kumık, kaytaq taifələridir”. Molla Məhəmmədin qızı  Fatimə ilə evlənən Hüseyn xan da qaytaq usmilərindən idi.

350 il əvvəl Salyandakı hər kənd qəsəbə şəklindəymiş. Qəsəbə tipli kəndlərin camiləri, hamamları və şah çarşıları varmış...

Salyan ərazisində Yekaterinburq şəhərinin qurulması ideyası

P.Q. Butkovun bildirdiyinə görə, elə həmin il, yəni 1724-cü ildə I Pyotr Kürün mənsəbində şəhər qurmaq niyyətini açıqlamışdı: “Pravda, skazalğ posemğ Qosudarğ, Salğianğ strana izrədnaə, ne daleko ot morə, i vğ razsujdenii seqo to mesto, na kotoromğ predlojilğ Saymonovğ bıtğ qorodu, vıqodnee. Deəniə Petra Velikaqo, 407”

Daha doğrusu, nəzərdə tutulan bu şəhər Kürün mənsəbində, indiki Neftçalanın ərazisində yerləşəcəkdi. Bu şəhər Xəzərin bütün qərb sahilləri üçün istehkam, liman və böyük iqtisadi məkan olacaqdı. Bakıxanovun bildirdiyinə görə, hətta general Mixail Afanasyeviç Matyuşkin 300 nəfərlə birgə gəlib yeni salınacaq şəhərin yerinə də baxmışdı.

Şəhərin qurulmasında işləmək üçün bura  I Pyotrun göstərişi ilə Kazan vilayətindən beş min tatar, çuvaş, çeremiş köçürüldüyü qeyd edilir.  İndi köhnə Salyanla Kürün mənsəbi arasındakı ərazidə yerləşən Tataraməhlə kəndi də həmin tatarların yadigarıdır. 

Qəbulə xanımın törətdiyi qanlı hadisədən sonra müvəqqəti olaraq ruslar bölgəni tərk etdilər. Nəzərdə tutulan və Yekaterinburq adlandırılacaq  şəhərin qurulması planı təxirə salındı.

Pyotrun yeni şəhər salmaq arzusu bir də  70 il sonra xatırlandı. Professor Bobrovski general Lazarevin Tiflisə gəlişi ilə əlaqədar yazdığı məqaləsində bildirirdi ki, 1796-cı ilin 17-21 noyabrında Salyana gələn general Zubov Salyan mahalında Yekaterinanın şərəfinə böyük bir şəhər - Yekatrina-serd şəhərini qurmaq niyyətindəymiş. Amma Pyotrdan fərqli olaraq, növbəti imperator bu şəhərin tikintisində çalışacaq qüvvənin tatarlardan deyil,  erməni və gürcülərdən ibarət olmasını nəzərdə tuturdu. Hansı səbəbdənsə ruslar bu şəhəri də yarada bilmədilər.

Erməni katolikoslarının I Pyotra məktubu...

Qəbulə xanım Salyanın ermənilərlə məskunlaşmasını əngəlləmişdi

Hadisə elə tarixi mərhələdə baş verirdi ki, bir il əvvəl, yəni 1723-cü ilin 26 iyulunda Bakı Pyotrun qoşunları tərəfindən işğal edilmiş və  hələ üstəlik,  Qəbulənin qiyamından bir ay sonra 1724-cü ilin oktyabrında Gəncəsər katalikosları İssaya (Həsən Cəlalyan) və Nerses I  Pyotra məktub ünvanlamışdılar: Onlar imperatordan ermənilərin Rusiya təbəəliyinə götürülməsini,  heç bir ödəniş vermədən Gilan, Salyan, Bakı və Dərbənddə yerləşmək üçün Pyotrun  icazəsini almaq istəmişdilər. 

İssaya və Nerses Pyotra xahiş etmirdilər, ona yalvarırdılar: “O vsex naşix nujdax çerez çetıre ili pətğ pisem mı vaşemu veliçestvu donosili, no ni na odno otveta ne poluçili; naxodimsə v beznadejnosti, kak budto mı vaşim veliçestvom zabıtı, potomu çto tri ili çetıre uje qoda jivem v raspuhennosti, kak ovüı bez pastırə. Do six por, imeə nepriəteley s çetırex storon, po vozmojnosti oboronəli sğ; no teperğ prişlo mnojestvo tureükoqo voyska i mnoqo persidskix qorodov pobralo; prosim s velikimi slezami pomoçğ nam kak mojno skoree, inaçe turki v tri mesəüa vse vozğmut i xristian poqubət”.

    (Bütün ehtiyaclarımız barədə əlahəzrətinizə dörd, ya beş məktubda bildirmişik, amma heç birinə cavab almamışıq; ümidsizlik içindəyik, elə bil, əlahəzrət bizi unudub, çünki üç, ya dörd ildir ki, çobansız sürü kimi dağınıqlıq halında yaşayırıq. Dörd yanımız düşmən olduğu üçün bu vaxta qədər bacardığımız kimi qorunmuşuq; amma indi çoxlu türk əsgərləri gəlib və xeyli fars şəhərini işğal edib; göz yaşı içində sizdən nə qədər mümkünsə, o qədər tez kömək etmənizi xahiş edirik, yoxsa, türklər üç aya hər yeri tutub xristianları məhv edəcək.)

I Pyotr da 1724-cü ildə general-leytenant Matyuşkinə erməniləri Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən, Salyanda yerləşdirməyi tapşırmışdı. Çar, yerli əhalini qovaraq, sıxışdıraraq buraları erməni yurduna çevirmək niyyətindəydi. Həm də onlara Bakıda və Salyanda, Gilanda və Dərbənddə  hər cür qayğı göstərilməsi barədə fərman vermişdi. Qəbulə xanım həm də bütün bunların reallaşmasının qarşısını almışdı. Qəbulənin qanlı etirazı Azərbaycanın ruslaşdırılmasına və torpaqlarımızda ermənilərin toplu halında məskunlaşmasına əngəl oldu.

Yenə də tarixdəki Qəbuləyə qayıdaq. O, ümumən, Azərbaycan tarixinin heç araşdırılmamış, həm də yəqin ki, bilərəkdən araşdırılmamış  ən ciddi simalarından biridir.  Qəbulə iki il əvvəl, 1722-ci ildə Şamaxıdakı kimi rus tacirlərini deyil, rus hərbçilərini zərərsizləşdirmişdi. Bu, daha çox Çar Rusiyasının istila və işğal hərəkatına qarşı Azərbaycanda ilk açıq, böyük və  qanlı etirazdır, I Pyotra Azərbaycanda verilmiş ilk siyasi cavabdır. Və onu Salyan qazisi Molla Məhəmmədin nəvəsi, keçmiş Salyan xanı Hüseyn bəyin (bəzi qaynaqlarda Məhəmmədhüseyn) qızı Qəbulə xanım amansız və sərt bir inadla gerçəkləşdirmişdir.

Azər TURAN

Davamı növbəti sayımızda...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 İyul 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see312

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see286

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see206

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see203

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see202

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see191

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see160

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see153

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see146

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see144

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see142

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see134

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see133

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see133

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see132

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see132

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see130

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see130

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see126

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri