Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Qəbzdə menyudan fərqli məbləğ görəndə nə etməli? Rəsmi prosedurlar

Qəbzdə menyudan fərqli məbləğ görəndə nə etməli? Rəsmi prosedurlar

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xidmət sektorunda etimad qazanmaq, xüsusilə də yüksək rəqabətlilik dövründə müştərinin məmnuniyyətini qorumaq çox önəmli məsələdir. Lakin bəzi hallarda qiymət şəffaflığı və xidmət keyfiyyəti ilə bağlı problemlərin hələ də qaldığını görürük.  Müştəri şikayətinə görə, tanınmış restoranlar şəbəkəsi olan “Qoç Ət”in Nərimanov filialında qiymətlə bağlı narazılıq yaranıb. Belə ki, menyudan 5 manat 50 qəpiyə sifariş etdiyi lahmacun qəbzdə 8 manat 20 qəpiyə hesablanıb. Üstəlik məhsulun keyfiyyəti də ürəkaçan olmayıb.  Müştəri bildirir ki, lahmacunun xəmiri normadan qalın olub və gözlənilən standartlara cavab verməyib.
Bununla bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, “Qoç Ət” restoranında baş vermiş bu hal menyudakı qiymətlə qəbz arasındakı fərq və xidmət keyfiyyətinin aşağı olması "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:

“Qanunvericiliyə görə, restoran istehlakçıya xidmətin qiyməti haqqında düzgün və dolğun məlumat verməlidir. İstehlakçı aldığı malların qiymətini yoxlamaq hüququna malikdir. Satıcı istehlakçının tələbi ilə ona malın qiyməti haqqında sənədləri (menyunu) təqdim etməlidir. Menyuda göstərilən təklif hesab olunur. Müştəri həmin menyuya əsasən sifariş verdikdə, tərəflər arasında həmin qiymət üzərindən müqavilə bağlanmış sayılır. Kassada daha yüksək qiymət tələb etmək qanunsuzdur. Müştəri menyudakı qiyməti əsas gətirərək yalnız həmin məbləği (5.50 AZN) ödəməyi tələb edə bilər. Əgər ödəniş artıq edilibsə, aradakı fərqin qaytarılmasını tələb etmək hüququ var. Məhsulun keyfiyyəti (xəmirin qalınlığı, bişirilmə qaydası və s.) gözləntilərə və standartlara cavab vermirsə, istehlakçı satıcıdan (icraçıdan) göstərilmiş xidmətin keyfiyyətinin normativ sənədlərə və müqavilə şərtlərinə uyğunluğunu tələb etmək hüququna malikdir”.
O qeyd edib ki, istehlakçıya keyfiyyətsiz qida məhsulu satılan halda, o, məhsulu keyfiyyətli məhsula dəyişdirə və ya məhsulun dəyərinin tam qaytarılmasını tələb edə bilər:
“Vətəndaş menyudakı qiymətin və verilən kassa çekinin fotosunu çəkməli, yerindəcə meneceri çağıraraq qanun pozuntusunu bildirməli və qiymət fərqinin aradan qaldırılmasını tələb etməlidir. Əgər restoran rəhbərliyi şikayəti təmin etmirsə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "195-1-4" Çağrı Mərkəzi vasitəsilə və ya rəsmi internet səhifəsində onlayn müraciət edə bilər. Həmçinin məhsulun keyfiyyəti və sanitar normalarla bağlı problem varsa, "1003" Çağrı Mərkəzinə məlumat verə bilər. İstehlakçının hüquqlarını pozan satıcılar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə oluna bilərlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, satışda olan malların (xidmətlərin) qiymət cədvəllərinin (menyuların) düzgün tərtib edilməməsinə görə 800 manatdan 1000 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Bundan başqa, xidmət göstərən şəxslər tərəfindən hesabda, habelə xidmətin keyfiyyətinə dair istehlakçıların aldadılmasına görə, fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək məbləğdə cərimə oluna bilərlər”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Aprel 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri