Icma.az
close
up
RU
Himayədar ailə olmaq üçün nə etməli? RƏSMİ

Himayədar ailə olmaq üçün nə etməli? RƏSMİ

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda uşaq himayəsi ilə maraqlanan və himayədar ailə olmaq istəyən şəxslərin sayı artmaqdadır. Bu proses həm uşaqların ailə mühitində böyüməsinə, həm də valideynlik missiyasını yerinə yetirmək istəyən insanlara fürsət yaradır. Bəs himayədar ailə olmaq istəyən şəxslər hara müraciət etməlidir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, Prezident İlham Əliyev tərəfindən 12 iyul 2023-cü il tarixində imzalanan qanunvericilik aktları ilə Azərbaycanda himayədar ailə institutunun tətbiqinə başlanıb:

““Himayədar ailə” qayğı modeli uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biridir. Bu model valideyn himayəsindən məhrum olmuş uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsini və inkişafını nəzərdə tutur. Himayədar ailə olmaq istəyən şəxs onunla birgə yaşayan 18 yaşdan yuxarı olan şəxslər ilə birlikdə notariat orqanına müraciət edir və himayədar ailə ilə bağlı ərizə verir. Notarial qaydada təsdiq edilən ərizə Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürülür. Himayədar valideyn olmaq istəyən şəxs “e-sosial.az” internet portalında "E-Xidmətlər" bölməsindən “Himayədar ailə ilə bağlı müraciətlərin qəbul edilməsi" xidmətinə keçid etməklə şəxsi kabinet yaradır və müraciət edir”.

Qeyd olunub ki, qanunvericiliklə müəyyən edilmiş yaş həddi, sağlamlıq, ev şəraiti, gəlir tələblərini ödəyən subay və ya evli Azərbaycan Respublikası vətəndaşları himayədar ailə ola bilərlər:

“Himayədar valideynlər dövlət tərəfindən müəyyənləşdirilən stimullaşdırıcı dəstək mexanizmlərindən də istifadə edirlər. Uşağın yaşından və sağlamlıq vəziyyətindən asılı olaraq müvafiq müavinətlər təyin edilir. Qeyd edək ki, ötən dövrdə 53 uşaq himayədar ailələrə verilib”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Sentyabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri