Icma.az
close
up
RU
“Prinsipləri olan insan” mənasızlığı Orxan Saffari yazır…

“Prinsipləri olan insan” mənasızlığı Orxan Saffari yazır…

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əlbəttə, cəmiyyətdə müsbət qarşılanan, hörmət edilən, müqəddəsləşdirilən bir anlayış da “Prinsip”, “Prinsipli adam” anlayışıdır.

Adətən, illərlə dəyişilməyən, düşüncəsi inkişaf etməyən, xüsusilə də qorxaq adamlar prinsipli adamlar kimi tanınır.
Bu baxımdan, prinsipli olmaq, əslində, mənasız hikkədir.

Bəs prinsip doğrudanmı müqəddəs anlayışdır?

“Düşüncəsini dəyişməyən təkcə ölülərdir” misalı kimi, prinsiplərini dəyişməyən, ənənəvi qaydaları ilə ömür sürən adamlar da, əlbəttə, ən yaxşı halda natamam adamlardır. Düşünə bilən insan da hansısa mahiyyəti itən prinsiplərə söykənərmi? Üstəlik, dünyadakı bütün prinsiplər hardasa, hansısa məqamda aktuallığını itirir. Bəlkə də, insan özündən yeni prinsip, bu formada yeni bir əxlaq yaratsa, o zaman üstinsan ola bilər. Əks halda, var olan prinsiplərə söykənməyin artıq dəyişən dünyada elə də böyük dəyəri yoxdur.

Ümumiyyətlə, insan təbiət etibarı ilə vicdanlı, ləyaqətli, mərd, cəsarətli olla bilmədiyi kimi, prinsipli də ola bilməz. Bir şeyə ilişib qalmaq, ömür uzunu o prinsiplərlə yaşamaq, əlbəttə, təbii olaraq mümkün deyil. Sadəcə, əlacsızlıq, geri dönə bilməmək qorxusu və daha çox pafos, mənasız romantika buna mane olur.
Prinsip, əslində, insanın qorunma mexanizmidir, instiktir. Çox vaxt adamlar “prinsiplərim var” deyirlər. Ancaq bununla həm də qorxularını gizlədir. Yəni “düşünmək istəmirəm, çünki prinsiplərim mənim yerimə düşünür” təfəkkürü.

Prinsipləri olmaq həm də yenilənməmək, köhnə qalmaq deməkdir.

Dəyərlər, həyat, yaşam dəyişirsə və bunlarla bərabər insan prinsipləri dəyişmirsə, bu, həm də mənasızlıqdan xəbər verir.

Adətən, prinsip kasıb düşüncənin, qul təfəkkürünün, qul əxlaqının məhsulu olur. Bu anlayış kənardan gücü olmağı göstərsə də, əslində, zəifliyin simvoludur. Çünki kasıb təfəkkür, zəif mənəviyyat nələrəsə söykənməyi tələb edir.

Bu baxımdan, güclü insanın prinsipli olmağa ehtiyacı olmur. Prinsip çox vaxt qürurun maskası da olur.
İnsan “prinsipim var” deyərək həm də öz inadını təmizləyir.

Prinsip xüsusilə azadlığı məhdudlaşdırır. Əgər sən hər zaman “bunu etmərəm”, “bura getmərəm”, “filan işi görmərəm” deyirsənsə, artıq öz azad iradəni dondurmusan deməkdir.

Ümumiyyətlə, insan öz mahiyyətini özü yaradan varlıqdır. İnsanın əvvəlcədən təyin olunmuş heç bir “doğru yolu” yoxdur. Bu baxımdan, əvvəldən təyin olunmuş prinsiplər doğru ola bilməz.
Prinsipə sahib insan öz rolunu yox, cəmiyyətin ona yüklədiyi rolu yaşayır.

Bəs kimdir prinsipsiz insan?

Prinsipsiz insan məhz bu strukturları sorğulayan, öz həqiqətini axtaran insandır.

Orxan Saffari
Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Oktyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri