Icma.az
close
up
RU
Qədəşovun kürəkəninin işi yenidən araşdırılır

Qədəşovun kürəkəninin işi yenidən araşdırılır

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Təbriz” MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə yenidən araşdırması davam edir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda 171 nəfər zərərçəşmişdən çoxu iştirak edib.

Bu iş əvvəl başqa hakimlər tərəfindən araşdırılıb. Həmin prosesə sədrlik edən hakim Siyavuş Hacıyevin ölümündən sonra istintaq dayandırılmışdı. Bu dəfə işi Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər araşdırır.

İstintaq materiallarında yazılıb ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Tərbiz” MTK-nın tikilməkdə olan binasından bir mənzili bir neçə nəfərə satıb. Nəticədə 171 vətəndaşın 14 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirilib.

Nofəl “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni, eyni zamanda istirahət mərkəzinin şərikidir. İttihama görə, o, vətəndaşlardan alınan 14 milyon manatı “Atlant”ın təmir-tikinti işlərinə yatırıb.

Cinayət işi üzrə “Atlant” İstirahət Mərkəzinin üstünə həbs qoyulub. Belə olan halda hökm qəbul edilərkən zərərçəkmişlərə dəymiş ziyanın əvəzi olaraq mərkəz müsadirə edilə bilər.

Bu gün “Atlant”ın üzərinə qoyulan həbs qərarının ləğv edilməsi ilə bağlı vəsatət qaldırılıb. Məhkəmə vəsatəti təmin etməyib. Yeni daxil olmuş üç mülki iddia isə qəbul edilib.

Bundan əvvəlki iclaslarda zərərçəkmiş şəxslər “Atlant”ın sahibi Tahir Qədəşovun da cinayət məsuliyyətinə cəlb edilməsini istəyiblər. Həmin vəsatət hələ ki, baxılmamış saxlanılıb.

Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam edir.

Qeyd edək ki, “Atlant” İstirahət Mərkəzi Nabran qəsəbəsində dənizin kənarında yerləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Aprel 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri