Icma.az
close
up
RU
“Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda konfrans...

“Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda konfrans...

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

14-16 mart tarixlərində Bakıda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Globalinfo.az bildirir ki, Türk Mədəniyyəti və İrsi Fondunun, TÜRKSOY-un, Azərbaycan Milli Elmlər Akademiyasının, Beynəlxalq Türk Akademiyasının, İslam Əməkdaşlıq Təşkilatı Mədəniyyət İnstitutunun birgə tərəfdaşlığı ilə baş tutan konfrans mədəni irsin ən qədim nümunələrinin qorunması, təbliği, tədqiqi və tanıdılması üçün yeni ideyaların və həll yollarının müzakirəsi məqsədi daşıyır.

“Qədim insan məskənləri: mədəni irs bəşəriyyətinin beşiyi kimi”, “Dəyişən iqlim və silahlı münaqişə şəraitində qədim insan məskənləri”, “Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi” mövzuları üzrə panel iclaslarla davam edən konfrans Qarabağdakı qədim yaşayış məskənləri, tarixi və memarlıq abidələrini ziyarətlə başa çatıb.

Konfransın işini təqdirəlayiq qiymətləndirən Milli Məclisin deputatı Cavanşir Feyziyev açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kulturoloji siyasətin təməlində ölkə ərazisində yerləşən bütün mədəni irsimizin, o cümlədən tarixi və mədəni abidələrin dövlət tərəfindən mühafizə, bərpa və təbliğ edilməsi dayanır.

Konfransın panellərində Qarabağla bağlı çoxsaylı müzakirələrin əhəmiyyətini vurğulayan Cavanşir Feyziyevin sözlərinə görə, qədim insan məskənlərindən olan Qarabağ ərazisi tarix boyu həm də Azərbaycan memarlıq məktəbinin açıq səma altında muzeyini xatırladıb.

Millət vəkili bildirib ki, çox təəssüf ki, işğal nəticəsində bütövlükdə Qarabağ ərazisində 500-ə yaxın tarixi-memarlıq abidələri, 100-dən çox arxeoloji abidə, minlərlə əsərin qorunduğu 22 muzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən ciddi dağıntılara məruz qalıb.

“Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına zidd olmasına baxmayaraq dünya ictimaiyyəti uzun illər bu ədalətsizliyə susub. Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk qədim insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus olan və digər milli abidələrimiz məhv edilib.” -deyə Cavanşir Feyziyev bildirib.

Qarabağ ərazisində olan qədim qəbiristanlıqları, Heydər Əliyevin təşəbbüsü ilə ucaldılmış böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M.P.Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətini, Cümə məscidini, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət abidələrini isə soyğunçuluqla Ermənistana aparmışlar.

Şuşa tarixi memarlıq qoruğunun ərazisindəki Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli cümə məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun, Bülbülün ev-muzeyləri, Xurşud Banu Natəvanın saray kompleksi, Zöhrabbəyovların malikanələri, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evi, ümumiyyətlə, şəhərin Şərq memarlığını özündə əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evləri böyük dağıntılara məruz qalıb. Üzeyir Hacıbəyovun və Bülbülün, Xurşud Banu Natəvanın heykəlləri güllələnib və Azərbaycan ərazisindən çıxarılmışdı. Xocalıdakı “Dairəvi Məbəd”(1356-1357) və “Türbə” (14-cü əsr) isə tamamilə yerlə-yeksan edilib.

Qarabağ işğaldan azad edildiyi gündən etibarən dövlət başçısı İlham Əliyevin birbaşa nəzarəti ilə qədim yaşayış məntəqələrindəki tariximizin, mədəniyyət abidələrimizin yenidən bərpa edilməsi sahəsində böyük işlər görülür. Bu ərazilərdə dağıdılmış memarlıq abidələrinin yenidən qurulması və bərpası hazırda Azərbaycan memarlarının mühüm yaradıcılıq fəaliyyətinin əsasını təşkil edir. “Bu gün ilk növbədə bizim vəzifəmiz və borcumuz Qarabağın qədim tarixini, mədəni irsini bərpa etmək, onun əvvəlki simasını geri qaytarmaqdır” – deyən ölkə başçımız maddi-mədəni irsimiz olan memarlıq abidələrinin qorunması, bərpası və təbliği ilə çoxsaylı qərarlar qəbul edir və tədbirlər həyata keçirir.

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında vandalizmə uğramış tarixi-mədəni irs abidələrimiz memarlarımızın və bərpaçılarımızın səyləri nəticəsində bərpa olunur. Ağdamın Cümə, Qiyaslı və Şuşanın Yuxarı və Aşağı Gövhər Ağa, Saatlı məscidlərində, eləcə də Qazançı kilsəsində bərpa işləri aparılır. Şuşa şəhərinin inşa olunmuş Bülbülün ev-muzeyi və büstü, Molla Pənah Vaqifin məqbərəsi restavrasiya olunub, Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri açılıb və heykəlləri qoyulub. “Xarı bülbül” hotelinin istifadəyə verilməsi Şuşanın azad, məğrur və əzəmətli görünüşünü daha da gözəlləşdirib. Mamayi və Merdinli məhəllə məscidləri arxiv materiallarına əsasən, olduğu kimi yenidən inşa olunub.

Şuşa şəhərində yerləşən malikanə tipli tarixi yaşayış evi olan Mehmandarovların malikanə kompleksi Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrindən biridir. Bu maddi-mədəniyyət tikilisi də erməni işğalı dövründə dağıntılara məruz qalıb. Artıq abidənin əvvəlki görkəmi özünə qaytarılıb. Aparılan işlər zamanı tarixi mənbə və arxivlərdəki fotolardan istifadə edilib. Mehmandarovların malikanə kompleksinə daxil olan bulaq şuşalıların və buranı ziyarətə gələnlərin istifadəsinə verilib.

Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq yeni tikililər tarixi simaya uyğun olaraq ətrafdakı abidələr ilə harmoniyada inşa olunur.

Zəngilan şəhərində XIX əsrdə inşa edilmiş məscid kompleksi də Ermənistanın işğalı dövründə düşmən qüvvələri tərəfindən dağıdılıb və ilkin görkəmini, demək olar, tamamilə itirmişdi. XIX əsrin memarlıq abidəsi olan bu tikili mövcud vəziyyətində konservasiya edilib və ərazidə yeni məscid inşa olunub.

Şuşanın mühafizə zonası şəhərin tarixi irsinin qorunması məqsədilə təşkil olunmuş komissiya tərəfindən onu əhatələyən təbii landşafta uyğun olaraq yaradılıb.

Ağdam Cümə məscidi, Qiyaslı məscidi, Pənahəli xanın Ağdamdakı ”İmarət” kompleksində saray və türbələrin bərpa və konservasiya işləri davam etdirilməkdədir.

Bakıda keçirilən Beynəlxalq konfransın hər bir panelində müzakirə edilən və qarşıya qoyulan bir sıra məsələlərin bu istiqamətdə maarifləndirici əhəmiyyətini vurğulayan Cavanşir Feyziyev bildirib ki, Qarabağda dağıdılan qədim insan məskənlərimizdə Böyük qayıdışın nəticəsi olaraq aparılan bərpa və yenidənqurma işləri işğal olunmuş ərazilərimizə yeni həyat gətirəcək. Tarixi abidələrlə bağlı aparılan bərpa və yenidənqurma qədim Qarabağı dünyanın mədəniyyət və turizm mərkəzinə çevirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail höküməti orduya əmr verdi: İranın Məşhəd və Təbriz şəhərləri...

21 İyun 2025 00:49see142

Şiraz və Tehranda hərbi obyektlər bombalandı

20 İyun 2025 08:36see133

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see131

Dilarə Əliyevanın qardaşının SON DURUMU

20 İyun 2025 11:14see131

18 ildir evlənməyən cütlük: Özümüzü evli kimi hiss edirik

20 İyun 2025 16:40see124

46 illik ömür...

20 İyun 2025 08:17see124

“Bütün Ukrayna bizimdir” Putindən ŞOK AÇIQLAMALAR

20 İyun 2025 23:30see119

Mərhum Xalq artistinin qızı adını dəyişir

20 İyun 2025 10:39see119

İran raketləri İsrailin cənubunu hədəfə aldı

20 İyun 2025 09:32see118

DSK sədri vəfat etdi

20 İyun 2025 16:21see117

Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES də işləri davam etdiririk

20 İyun 2025 21:11see117

Malik İsaqov vətəndaşların problemlərini yerindəcə həll etdi FOTOLAR

20 İyun 2025 17:45see117

İran üçün sınaq, Çin üçün strateji risk İsrail müharibəsinin dərin tərəfləri

20 İyun 2025 17:50see116

Xameneiyə sui qəsd olsa... ABŞ nədən ehtiyat edir?

20 İyun 2025 09:00see116

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see115

Nazirlik 19 milyona nələr alacaq ki? Şübhə çəkən sövdələşmə var

20 İyun 2025 09:25see115

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see114

Sakinləri narahatdır: Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi?

20 İyun 2025 11:07see114

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see113

Televiziya və radio şirkətinin Tehrandakı binası dağıdılıb

20 İyun 2025 07:36see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri