Icma.az
close
up
RU
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti qədim insan məskənlərinin mühafizəsi mövzulu beynəlxalq konfransın açılışında çıxış edib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti qədim insan məskənlərinin mühafizəsi mövzulu beynəlxalq konfransın açılışında çıxış edib

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

14 mart 2024-cü il tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

Beynəlxalq konfransın iştirakçılarını salamlayan mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycanın zəngin mədəni irsinin ən qiymətli elementini ölkəmizdə yerləşən tarixəqədərki insan məskənləri təşkil edir. Belə ki, ibtidai insanların yaşadıqları çoxsaylı qədim məskənlər, xüsusilə də Azıx, Tağlar və Damcılı kimi mağara düşərgələri, həmçinin Qobustan qayaüstü rəsmləri bəşər sivilizasiyasının inkişaf mərhələlərinin öyrənilməsində mühüm rol oynayır: “Bu abidələr sivilizasiya və mədəniyyətin beşiyi hesab edilməklə yanaşı, insanların fiziki və mənəvi inkişaf mərhələlərinin, kamilləşmə yolunun, əmək vərdişləri və yaşam tərzlərinin, həmçinin onların miqrasiya yollarının tədqiqi baxımından müstəsna əhəmiyyət kəsb edir”.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, açılış mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qədim yaşayış məskənlərinin keçmişin mənəvi, tarixi və mədəni mənbələr olduğunu və onların qorunub saxlanılmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. O, bu abidələrin qorunmasının arxeologiya və bərpa sahəsində yeni metodların tətbiqini tələb etdiyini vurğulayıb.

Aktotı Raimkulova çıxışında, belə tədbirlərin dünya mədəni irsinin ayrılmaz bir hissəsi olan tarixi abidələrin qorunması məsələlərini müzakirə etmək üçün vacib imkanlar yaratdığını bildirib.

O, dünya mədəniyyətinin zənginliyinin gələcək nəsillərə ötürülməsindəki rolunu da diqqətə çatdıraraq, Türk Mədəniyyəti və İrsi Fondunun Türk dövlətlərinin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində faəliyyəti haqqında geniş məlumat verib.

Tədbirdə həmçinin AMEA-nın prezidenti İsa Həbibbəyli, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, TÜRKSOY-un Baş katibi Sultan Raev, UNESCO-nun mədəniyyət və fövqəladə hallar üzrə direktoru Krista Pikkat və İƏT Mədəniyyət İnstitutunun prezidenti Saad S.Xan çıxış ediblər.

“Ədəbiyyat və incəsənət”

(15.03.2025)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Mart 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri