Icma.az
close
up
RU
Qədim küçələr, yeni bəlalar: Tbilisinin əsas problemləri

Qədim küçələr, yeni bəlalar: Tbilisinin əsas problemləri

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Modern.az-ın “Qədim şəhərin müasir bəlaları” adlı rubrikasının budəfəki buraxılışında qədim və tarixi köklərə malik Gürcüstanın paytaxtı Tbilisi (və ya Tiflis) şəhərindən bəhs edəcəyik. 

Tbilisi Qafqazın ən qədim və eyni zamanda ən dinamik şəhərlərindən biridir. Bura tarixən Cənubi Qafqazın digər iki ölkəsi - həm Azərbaycan, həm də Ermənistan üçün mədəni və iqtisadi məkanlardan biri olub.

Tarixlə nəfəs alan abidələri, dar küçələri və qədim mədəniyyəti ilə tanınan şəhər bu gün həm də bir sıra roblemlərlə üz-üzədir. Yüksələn göydələnlər şəhərə xüsusi bir canlılıq versə də, həm ekoloji, həm də sosial-inzibati strukturun yaratdığı ciddi problemlər yaşanır.

Şəhərin əsas problemləri əsasən iki istiqamətdə cəmlənir: ekoloji vəziyyət və sosial-iqtisadi problemlər.

Hava çirkliliyi

Tiflisdə havanın keyfiyyəti uzun illərdir narahatlıq doğuran məsələlər sırasındadır. Araşdırmalara görə, şəhərdə havadakı zərərli hissəciklərin (PM2.5) miqdarı orta hesabla 20 mikroqram/kubmetr təşkil edir ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının təyin etdiyi təhlükəsiz həddən təxminən dörd dəfə çoxdur.

Çirklənmənin əsas səbəbi isə şəhərdəki köhnə avtomobillər və qatı yanacaqla işləyən isitmə sistemləri hesab olunur. Nəticədə həm əhalinin sağlamlığına, həm də turizm sektoruna mənfi təsiri yaranır.

Tullantı problemi

Şəhərin ən ciddi ekoloji problemlərindən biri də Didi Lilo poliqonudur. Buraya hər gün təxminən 1.300 ton məişət tullantısı daşınır. Bu poliqon həm torpağı və suyu çirkləndirir, həm də ətraf kəndlərdə yaşayan insanların sağlamlığına zərər vurur.

Tullantıların çeşidlənməsi və təkrar emalı sistemi isə hələ də tam qurulmadığı üçün bu problem ildən-ilə böyüyür və inkişaf edir. 

Su təchizatı və köhnə infrastruktur

Tiflisdə su sistemi hələ də sovet dövründən qalan boru xətləri üzərində işləyir. Dünya Bankının məlumatına görə, 2015–2020-ci illərdə su itkisi 73 faizdən 64 faizə düşsə də, itkilər yenə də yüksək səviyyədə qalmaqda davam edir.

Sözügedən vəziyyət həm suyun keyfiyyətinə, eləcə də şəhərin gələcək təhlükəsizliyinə mənfi təsir göstərir.

Nəqliyyat və tıxaclar

Tiflisdə hər gün minlərlə insan tıxaclarda vaxt itirir. Araşdırmalara əsasən, sürücülər orta hesabla hər gün 1–1,5 saat tıxacda qalırlar. Köhnə yollar, parklama yerlərinin azlığı və ictimai nəqliyyat sisteminin tam inteqrasiya olunmaması isə vəziyyəti daha da pisləşdirir. Bu da öz növbəsində həm vaxt itkisinə, həm də hava çirklənməsinin artmasına səbəb olur.

Tiflis metrosu (iki xətt, 22 stansiya) şəhərin ictimai nəqliyyat sisteminin bel sütunu və dayağıdır. Lakin ötən illərdə infrastrukturun köhnəlməsi, planlaşdırılmış modernizasiya işlərinin gecikməsi, təhlükəsizlik və xidmət keyfiyyəti ilə bağlı narahatlıqlar gündəmdə qalır. Eyni zamanda beynəlxalq maliyyə institutları və şəhər hakimiyyəti genişmiqyaslı modernizasiya layihələri elan etsə də, amma tətbiq və vaxtlama ilə bağlı müəyyən çətinliklər müşahidə olunur. 

Xatırladaq ki, Tiflis metrosu sovet dövründən qalmış infrastruktur üzərində işləyir. Vaqonların və stansiyaların bir hissəsi istismar ömrünün sonlarına yaxınlaşır və buna görə də yeni vaqonların və stansiya bərpasının zəruriliyi gündəmə gəlir. 2024-2025-ci illərdə AIIB (Asiya İnfrastruktur İnvestisiya Bankı) tərəfindən metro üçün 97 yeni vaqon alınması layihəsi təsdiq olunub. 

Sosial problemlər

Son illər turizmin və qısamüddətli kirayə evlərinin artması yerli əhali üçün mənzil tapmağı çətinləşdirib.
Tarixi mərkəzlərdə evlərin qiyməti və kirayə haqqı kəskin bahalaşır, bu isə gentrifikasiya prosesini - yəni köhnə sakinlərin şəhərin mərkəzindən sıxışdırılıb çıxarılması prosesini sürətləndirir.

Gürcüstanda işsizlik hələ də əsas sosial problemlərdən biri hesab edilir. 2024-cü ilin statistik məlumatına görə, ölkə üzrə işsizlik səviyyəsi 13,9 faiz olub. Bu, xüsusilə gənclər arasında daha yüksəkdir. Aşağı maaşlar və qeyri-rəsmi məşğulluq isə sosial bərabərsizliyi daha da artırır.

Təhlükəsizlik və kriminal vəziyyət

Rəsmi statistikalar göstərir ki, bəzi cinayət növlərində azalma müşahidə olunsa da, Tiflisin mərkəzində, habelə turistik ərazilərdə cibgirlik və oğurluq halları hələ də geniş yayılıb. Bu isə həm yerli əhalinin, həm də turistlərin təhlükəsizliyinə mənfi təsir göstərən faktorlar sırasında yer alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri