Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Bakı və Tbilisinin yeni geosiyasi durumu

Bakı və Tbilisinin yeni geosiyasi durumu

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan–Gürcüstan əməkdaşlığı çərçivəsində regional rabitə və kommunikasiya təhlükəsizliyi son illər Cənubi Qafqazın geosiyasi gündəliyində xüsusi aktuallıq kəsb edir. Yaxın Şərq və Avrasiya məkanında cərəyan edən mürəkkəb siyasi proseslər, qlobal güc mərkəzləri arasında artan rəqabət və regional münaqişələrin genişlənməsi bu tərəfdaşlığın mahiyyətini sadə qonşuluq münasibətlərindən çıxararaq regional təhlükəsizlik sisteminin mühüm sütununa çevirib. Belə bir şəraitdə Azərbaycan və Gürcüstan arasında formalaşmış tərəfdaşlıq yalnız irimiqyaslı iqtisadi və enerji layihələri ilə məhdudlaşmır, həm də Avrasiyanın nəqliyyat və enerji xəritəsini formalaşdıran təhlükəsizlik qalxanı rolunu oynayır.

Coğrafi mövqeyinə görə Avropa, Yaxın Şərq və Mərkəzi Asiya arasında mühüm körpü rolunu oynayan Cənubi Qafqaz qlobal iqtisadi sistem üçün kritik əhəmiyyətə malikdir. Xəzər regionunun zəngin enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması Azərbaycanın ixrac imkanlarını yeni mərhələyə yüksəldib, Gürcüstanı isə regionun əsas tranzit habına çevirib. Lakin bu yüksək strateji çəki, eyni zamanda, regionu müxtəlif hibrid təhdidlərin hədəfinə gətirib.

Son dövrlərdə regionda baş verən hadisələr strateji infrastrukturların təhlükəsizliyinin nə qədər həssas məsələ olduğunu bir daha nümayiş etdirir. Bu faktlar göstərir ki, müasir dövrdə təhlükəsizlik riskləri yalnız klassik hərbi qarşıdurmalarla məhdudlaşmır. Hibrid təhdidlər, sabotaj cəhdləri, kiberhücumlar və təxribat xarakterli fəaliyyətlər dövlətlərin milli təhlükəsizlik sistemləri üçün ciddi çağırışlar formalaşdırır.

Xüsusilə, 2026-cı ilin mart ayında Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən həyata keçirilən kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində sabotaj və terror xarakterli planların qarşısının alınması bu təhlükələrin nə dərəcədə real olduğunu üzə çıxardı. Araşdırmalar göstərir ki, cəmiyyət arasında vahimə yaratmaq, daxili sabitliyi pozmaq və ölkənin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji kommunikasiya obyektlərinin hədəfə alınması planlaşdırılıb. Bu planların mərkəzində Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəmərinin, habelə diplomatik nümayəndəliklərin yer alması təhdidin həm iqtisadi, həm də siyasi-strateji mahiyyət daşıdığını təsdiqləyir.

Qeyd edək ki, müasir dünyada iqtisadi, logistik və rəqəmsal infrastruktur baxımından Azərbaycan və Gürcüstan qədər bir-birinə sıx bağlı olan ikinci qonşu ölkələr tapmaq qeyri-mümkündür. Azərbaycanın strateji resurslarının və məlumat trafikinin Gürcüstan ərazisi vasitəsilə Qərbə ötürülməsi faktı, bu infrastruktura qarşı yönələn hər hansı təhlükənin birbaşa hər iki ölkənin iqtisadi sabitliyinə və təhlükəsizliyinə təsir göstərəcəyini şərtləndirir.

Gürcüstan üçün xüsusi narahatlıq doğuran məsələlərdən biri də məhz terror və diversiya planlarında regional rabitə və enerji marşrutlarının hədəf seçilməsidir. Bu cür diversiya cəhdləri yalnız fiziki infrastruktura zərər vurmağı deyil, həm də strateji kommunikasiyaların etibarlılığına kölgə salmaq və beynəlxalq tərəfdaşlarda regional marşrutun dayanıqlılığına şübhə yaratmaq məqsədi daşıyır.

Hazırkı geosiyasi vəziyyət bu risklərin nə qədər real olduğunu göstərir. Fars körfəzi regionunda baş verən hərbi gərginlik və mümkün münaqişələr nəticəsində neft və mayeləşdirilmiş qazın dəniz yolu ilə daşınması müəyyən risklərlə üzləşib. Xüsusilə Hörmüz boğazı vasitəsilə həyata keçirilən enerji daşımaları hərbi təhlükələr səbəbindən həssas vəziyyətə düşüb.

Bu çağırışlara cavab olaraq, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, kritik infrastrukturun mühafizəsi üzrə birgə fəaliyyət həlledici rol oynayır. Bu baxımdan, “Eternity” və “Qafqaz Qartalı” kimi birgə hərbi təlimlərin intensivliyi, fiziki mühafizə sistemlərinin və böhran idarəçiliyinin yüksək standartlara çatdırılması çox önəmlidir. Lakin müasir dünyada infrastrukturun qorunması təkcə hərbi mühafizə ilə bitmir.

Rəqəmsal texnologiyaların sürətli inkişafı kommunikasiya təhlükəsizliyinin əhəmiyyətini hərbi təhlükəsizliklə eyni səviyyəyə qaldırıb. Fiber-optik şəbəkələr, peyk rabitə sistemləri və məlumat ötürmə mərkəzləri bu gün həm iqtisadi fəaliyyətin, həm də dövlət idarəçiliyinin əsas dayaqlarıdır. Azərbaycan və Gürcüstan rəqəmsal sinir sistemlərinin kiberhücumlardan və fiziki sabotajlardan qorunması istiqamətində koordinasiyalı fəaliyyət göstərərək, Cənubi Qafqazı qlobal kommunikasiya xəritəsində etibarlı və əvəzolunmaz tərəfdaş kimi mövqeləndirir.

Mövzu ilə bağlı gürcüstanlı politoloq Vüqar İsayev XQ-yə bildirdi ki, Azərbaycan və Gürcüstan özlərinin kommunikasiya şəbəkələrinin qorunması üçün birgə kompleks strategiyalar hazırlayır: “Hər iki ölkə Avropa və Asiya arasında rəqəmsal məlumat axınlarının təmin edilməsində strateji qovşaq rolu oynayır. Fiber-optik xətlərin inkişafı, xüsusilə Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan kabel layihəsi və rəqəmsal infrastrukturların kiberhücumlardan birgə müdafiəsi regionun ümumi rəqəmsal dayanıqlılığını artırır. Birgə layihələr, texniki təcrübə mübadiləsi və kibertəhlükəsizlik sahəsində operativ kəşfiyyat məlumatlarının bölüşdürülməsi regionda etibarlı və davamlı kommunikasiya mühitinin yaradılmasının təməlini təşkil edir. Bu çoxşaxəli əməkdaşlıq həm regional sabitliyin möhkəmləndirilməsinə, həm də rəqəmsal iqtisadiyyatın təhlükəsiz inkişafına mühüm dəstək verir”.

Onun sözlərinə görə, hazırda yaranmış vəziyyət narahatlıq doğurur, çünki hər hansı münaqişənin genişlənməsi hər iki ölkənin təhlükəsizliyinə birbaşa təsir göstərir: “Bu səbəbdən regionda sabitliyi qorumaq məqsədilə strateji addımlar atılır. Gürcüstan bu məsələdə Azərbaycan və Türkiyə ilə sıx əlaqə və koordinasiyalı fəaliyyət göstərir. Bu əməkdaşlıq yalnız təhlükəsiz kommunikasiya xətlərinin qorunması üçün deyil, həm də Cənubi Qafqazın ümumi sabitliyi və dinc inkişafı üçün ortaq maraqdır. Həm də sabit və təhlükəsiz enerji və nəqliyyat marşrutlarının qorunması, həmçinin Cənubi Qafqazda sülh və stabilliyin davamlılığının təmin olunması prioritet hesab olunur”.

Politoloq qeyd edib ki, Bakı və Tbilisi arasındakı strateji vəhdət Cənubi Qafqazın həm fiziki, həm də rəqəmsal dünyada qlobal əhəmiyyətli təhlükəsizlik və inkişaf adasına çevrilməsini təmin edir: “Dövlətlərin öz kommunikasiya şəbəkələrinin qorunması, məlumatların təhlükəsiz ötürülməsi və kritik infrastrukturun müdafiəsi üçün hazırladığı kompleks strategiyalar gələcək onilliklərdə regionun qlobal rəqabətdəki yerini müəyyən edən mühüm amil olacaq”.

Beləliklə, Azərbaycan və Gürcüstan arasında formalaşmış strateji tərəfdaşlıq yalnız iqtisadi layihələr çərçivəsində deyil, həm də regional təhlükəsizlik sisteminin mühüm elementi kimi çıxış edir. Enerji və nəqliyyat dəhlizlərinin qorunması, kommunikasiya infrastrukturlarının təhlükəsizliyi və hibrid təhdidlərə qarşı birgə mübarizə bu əməkdaşlığın gələcək perspektivlərini müəyyən edir. Dəyişən geosiyasi reallıqlar fonunda Bakı və Tbilisi arasında koordinasiyanın gücləndirilməsi Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında həlledici amillərdən biri kimi qiymətləndirilir.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Mart 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see661

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see346

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see336

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see320

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see309

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see307

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see287

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see278

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see276

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see260

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see256

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see236

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see224

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see224

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see224

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see217

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see213

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see209

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see203

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri