Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

Qədim Türk tarixində Quşan dövləti

Qədim Türk tarixində Quşan dövləti

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru

Quşan dövləti I Kadfis və II Kadfisin hakimiyyəti illərində.

E. ə. I əs­rin son­­­­larından eramızın IV əsrinədək Mərkəzi Asiyanın ictimai-si­ya­­­­­si və mədəni hə­­ya­­­­tında baş verən hadisələr Quşan dövləti ilə bağlıdır. E. ə. 165-ci il­də hunlarla mü­ba­­­­rizədə məğlub olan yuetçilər Tyan-Şandan şimala, Yeddisuya gəl­miş və qə­dim sak­­­­ların torpaqlarında məskunlaşmışdılar. E. ə. II-I əsr­­­lərdə Mər­kə­zi Asi­­ya­nın To­xa­­­­­rıstan adlı əyalətində yuetçi konfederasiyasına daxil olan bir tay­fanın beş qo­lun­dan iba­rət (Nyumi, Şuanmi, Quy­şu­an, Xise, Du­mi) yeni bir it­­­­ti­fa­qı yarandı. Qə­dim Çin mən­bələrinda bu tayfa ittifaqı “Quy­ju­an”, yaxud “Quy­şu­­an” adlanır ki, bu da Qu­­­şan etnoniminin Çin dilində tələffüz və yazılış formasıdır.

Quşanlar Mərkəzi Asiyanın qədim tayfalarından biri olub e. ə. II-I əsr­lər­də Bak­­­­triya əyalətində yaşayırdılar. Sanskrit dilində “Ku­şa­na” kimi ifadə olunan Qu-şan adı­­na ilk dəfə b. e. I-II əsrlərinə aid brahma və karoşti əlif­baları ilə yazılmış Ku­şan ki­­tabələrində rast gəlinmişdir. Quşan adının mənşəyi ilə əlaqədar aparılan araş­dır­ma­­larda təqiqatçılar bir-birindən fərqli dörd fərziyənin üzə­­rində dayanırlar. Birinci eh­timala görə kuşan adı bir bəyin, ikinci ehtimala görə boy və ya klanın, üçün­cü ehtimala görə sü­lalənin adı, dördüncü ehtimala görə isə hər hansı bir hökm­da­rın daşıdığı ləqəblə bağlı ola bi­lər. Digər tərəfdən, Quşan adının hər hansı bir mə­­­na ifa­də etdiyini də qeyd edə bi­­lərik. Belə ki, Quşan etnoniminin “idarə, yö­nətim” mə­na­sında iş­­lənən “Kuşa” ilə “kök, mənşə” anlamına gələn “na” hissələrinin bir­­ləş­mə­si nə­ti­cə­­sində “hökmdar sülaləsinə mənsub” ifadəsi yaranmış olur.

ABŞ türkoloqu Peter Qolden qu­şan­la­rın et­nik mən­şəyi məsələsinin hələ də mü­­­zakirə predmeti olduğunu qeyd edir. O, qu­şan­la­rın to­xar, pers, türk və monqol mən­­şəli ola biləcəyini ehtimal edir. Ey­ni za­man­da qu­şan­la­rın yunan əlifbasını və böl­­gənin Şərq pers ədəbi dilini mə­nim­sə­dik­lə­rini qeyd edir. Rus şərqsünasları bir­mə­­nalı şəkildə quşanların irandilli, Mərkəzi Asiyanın əksər ta­rix­­çiləri isə türk­mən­şə­li olduğunu güman edirlər. Türkiyə tarixçisi Enver Könükçü “Ku­şanlar və ağ-hun­­­lar” adlı əsərində quşanların mənşəyi ilə bağlı yazır: “Quşanların han­sı etnik züm­­­­rə­yə mənsub olduqları məsələsi yeni bir problem deyildir. İndiyə qə­dər də bu mövzu ilə maraqlanan alimlər araşdırmalarını davam etdirməkdədirlər. Bi­zim qu-şan­ların et­nik mənşəyi ilə bağlı baş vurduğumuz qaynaqlar əsasən latın, yu­nan, Çin və hind ya­zıları ilə yanaşı, arxeoloji qazıntılardan əldə etdiyimiz pullar, kita­bə­­lər və s.-dir. Bu qaynaqlardakı dil, geyim, fiziki təsvirlər, çarların daşıdığı ünvanlar quşanların türk, monqol və ya saka-İran mənşəli ola biləcəyi ehtimalını da­ha da güc­ləndirir”.

Türk tarixçisi Tezcan Mehmet isə Enver Könükçünün fi­kir­lə­ri­ni əsas gö­tü­rə­rək qu­şan­ların mənşəyinin daha iki etnik kimliyə bağlı olduğu ehti­ma­lı­nı irə­li sürür. Onun fik­rincə, quşanlar türk, monqol, tibet, hind və pers mənşəli ola bi­lər­­lər. Lakin təd­qi­qat­çı quşanların daha çox saka-İran mənşəli olduğu ehti­malı­nın üzə­rin­də dayanır. Əksər tədqiqatçılar isə quşanların tibet və hind mənşəli oldu­ğu eh­ti­ma­lı­nı inkar edirlər. Cənubi Qafqazda, o cümlədən Azər­bay­can­­­da da bir çox Quşi, Quşlar, Quşçu kənd adlarının mövcud olması quşan tayfasının da­­ha ge­niş areala yayılması ilə ya­na­şı, türksoylu etnos olması ehtimalını da gücləndirir.

E. ə. 160-cı ildə usunların təzyiqi ilə qərbə hərəkət edərək Fərqanəyə gəlmiş qu­­şanlar e. ə. 141-ci ildə Yunan-Baktriya dövlətinə son qoydular. Bu hadisədən yüz il sonra Quyşuan knyazı Kadfis Quşan dövlətini yaradaraq özünü yeni dövlətin ha­­kimi elan etdi. 80 ildən çox yaşayan I Kadfis ilk olaraq hunlarla və Çinlə mü­ba-ri­zədə zəifləmiş, dil birliyi və sikkələrdəki tamqaları belə bir-birinə yaxın olan Kanq çar­lı­ğı­nın cənub torpaqlarını özünə tabe etdi. Kadfiz həmçinin Parfiya döv­lə­ti­nə qarşı mübarizə apararaq bu dövlətə daxil olan Hindiquşdan şimal-qərbdəki əra­­ziləri, o cümlədən Kabil ətrafı əraziləri ələ ke­çir­­di.

I-III əsrlərdə yüksəliş döv­rünü keçirən Quşan dövləti Parfiya, Çin və Roma im­­periyaları ilə eyni vaxtda möv­cud olmuşdur. Quşan dövləti həmçinin türk xalq­la­rı­­nın tarixində ilk quldar dövləti kimi sə­ciy­yə­lə­nir. Quşanların dövlətçilik tarixi iki mər­­hələyə bölünür. Bu dövlətin I Kadfis və II Kadfisin hakimiyyəti illərinə aid I mər­­hələsi Mərkəzi Asiya ilə bağ­lı­dırsa, çar Kanişka və onun varislərinin siyasi mər­kə­­zin Hindistanın şimal-qərb əra­zi­lərinə kö­çü­rüldüyü dövr isə II mərhələsi he­sab olu­­nur. Quşan dövlətin I mərhə­lə­si, əsasən, Mər­kəsi Asiyanın siyasi tarixi ilə bağ­lıdır. Döv­­lətin qurucusu olan I Kud­­ju­la Kad­fi­sin hakimiyyəti illərində (?-51) Quşan tayfa it­­tifaqı güclənərək qüd­rət­li döv­lətə çev­ril­di və tezliklə işğalçılıq mü­ha­ri­bələrinə baş­la­­dı. Qısa müddətdə Ka­bul ça­yının höv­zə­sini, Kəşmir ətrafı əraziləri, Xarəzm, Soqd, Fər­­qanə, Çaç vi­la­yət­­lə­ri­ni əhatə edən Kanq dövlətini tutdu. I Kad­fi­sin ha­ki­miy­yə­­ti illərində Quşan dövlə­ti­nin sərhədləri Soqd çayından Hind çayına, Parfiyadan Pa­­mirə qədər əra­zi­lə­ri əhatə edir­di. O, öl­kə­nin paytaxtını Qissar sil­si­lə­si­nin arxa­sın­da­­kı Zərəfşan vi­la­yə­tinə kö­çür­­məklə yeni fəth edilmiş ərazilərə daha da yaxınlaşmaq is­­təyirdi.

I Kudjula Kadfisin dövründə Yunan-Baktriya çarlarının şərəfinə metal pullar zərb olunurdu. Quşan dövləti türk xalqları və dövlətlərinin tarixində metal pulu olan ilk dövlət hesab olunur. Kuşan pullarının üzəri yunan hərfləri ilə yazılmış, hət­ta Kad­fi­sin adı da yunan dilində həkk olunmuşdu. Bununla da I Kadfis özünün Yunan-Bak­triya çarlarının siyasi varisi olduğunu sübut etmək istəyirdi. Onun ye­ri­nə əsl adı Vima (51-78-ci illər) olan varisi gəldi. İşğalçı müharibələri davam et­di­rən Vima Kadfis Şərqi Türküstanın Qaşqar əyalətini, Hindistanın Benares əyalətinə qə­dərki ərazilərini zəbt edərək bu ölkədəki yunan çarlarının hakimiyyətinə son qoy­­du. Onun dövründə Quşan dövləti Mərkəzi Asiyanın əksər hissəsini, Əfqanıs­tan və Hindista­nın şimal ərazilərini əhatə edirdi. Vima Kadfis ölkənin paytaxtını Soqd­­da sax­la­maq­la atasının siyasətinə sadiqliyini ifadə etdi. Həmçinin onun döv­rün­­də zərb olunan pul­ların üzəri əvvəlki kimi yunan dilində yazılırdı. Zərb olunan pul­ların digər bir xü­susiyyəti üzərində Şiva allahlarının təsvirinin əksini tapması idi. Bu, Quşan cə­miy­yə­tinə Hindistandan yeni dini baxışların daxil olmasının gös­təri­cisi idi.

II Kadfisin ha­kimiyyət illəri həmçinin Quşan dövlətinin yüksəliş illəri hesab olunur. Bu dövr qu­şanların şimala və cənuba ekspansiyasının genişlənməsi ilə ya­na­şı, ölkədə suvarma əkin­çiliyinin inkişafı ilə də xarakterizə olunur. O, tica­rə­tin in­ki­şafına şərait ya­rat­maq­la yanaşı, paytaxt Soqdun başlıca ticarət mərkəzinə çe­vir­mə­si­nə çalışırdı.

3.2. Quşan dövləti Kanişka və onun varislərinin dövründə

Qu­­şan dövləti qızıl döv­­rünə “çarlar çarı” Kanişkanın (78-123-cü illər) ha­ki­miy­­­yə­ti il­lərində çat­dı. Çar Kanişkanın dövründə Quşan dövləti şimal və şərq is­ti­qa­mət­­­­lə­rin­də yürüş­lə­ri davam etdirdi. Nəticədə, Şərqi Türküstan və Xarəzmi zəbt edə­­rək şimal-qər­bi Hin­distandakı mövqelərini gücləndirdilər. Bu zaman dövlətin əra­­­zisi şimalda Xa­rəzm­dən başlayaraq cənubda Hind çayının mənsəbinədək uza­nır­­dı. Ka­nış­ka döv­lə­tin paytaxtını Soqddan şimal-qərbi Hindistana –Pişəvərə kö­çür­­­dü. Bu­nunla çar Ka­­nişka türk xalqları və dövlətləri tarixində növbəti bir ilkə im­za ata­raq Hin­distanın şimal-qərb ərazilərini ilk dəfə olaraq Quşan dövlətinə birləş­dir­di və burada türk ha­ki­miyyətini bərqərar etdi. Kanişka Hindistanın ilk türk mən­şə­li hökm­darı olaraq bu ölkənin tarixində önəmli bir rol oynadı. Digər tərəfdən, Kanq və Quşan döv­lə­t­lə­ri­­nin mənafe toqquşmalarına da son qoyuldu. Eyni zaman­da Qu­şan dövləti çar Ka­niş­­­ka tərəfindən dünya dövləti statusu da əldə etmiş oldu.

Quşan dövlətinin sürətli yüksəlişi qonşu Çinin narahatlığına səbəb oldu. Çar Ka­­nişkanın nüfuzundan qorxuya düşən Çin Quşan dövlətinə qarşı bütün gücünü sə­­­fər­­bər etdi. Kanişkanın hərbi planlarında Çinin Mərkəzi Asiya ilə həmsərhəd əya­­­­­l­ət­lə­­rinin işğalı ön planda dayanırdı. 90-cı ildə çar Kanişka bu məqsədlə 70 min­­­lik or­du­nu Türküstana yeritdi. Altay Məmmədov qeyd edir ki, hücum planı ət­raf­lı dü­­­şü­­­nül­mədiyindən Pamir dağlarını keçəndən sonra ordu ərzaqsız qalmış və Çin tə­­rə­fin­­­dən məğlubiyyətə uğradılmışdı.

seeBaxış sayı:102
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 İyul 2026 07:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see282

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see277

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see274

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see257

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see256

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see253

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see251

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see247

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see242

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see238

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see230

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see226

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see219

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see210

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see208

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see205

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see203

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see197

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see181

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri