Icma.az
close
up
RU
Qədim xəzərlərin məskəni: Hirkan

Qədim xəzərlərin məskəni: Hirkan

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Herodot bu cənnət məkanı belə tanıyırdı

Hörmətli oxucular! XQ-də milli parklarıımızla bağlı silsilə yazılarımızı davam etdiririk. Bu dəfə sizi Hirkan Mill Parkına səyahətə dəvət edirik. O Hirkan ki, onu Herodot xəzərlərin məskəni kimi tanıyırdı.

HMP Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2004-cü il tarixli sərəncamı ilə yaradılmışdır. Ölkəmizin cənub-şərqində, Lənkəran və Astara rayonlarının ərazisində yerləşir. 

Bura həm təbii gözəlliyinə, həm də öz flora və faunasının zənginliyinə görə heyrətamiz bir məkandır. Xoşbəxtlikdən ötən ilin payızında bu əsrarəngiz gözəlliyi görmək mənə də nəsib olub. 

Parkın üstün cəhətlərindən biri onun Xəzər dənizinə yaxın olmasıdır. Yerli sakinlərin dediklərinə görə, dənizdən əsən yaz-yay aylarında buranı əsl cənnətə döndərir. Payızda, qışda isə tez-tez yağan yağışlar torpağın normal nəmliyini təmin edir. 

Xalq şairi Səməd Vurğun deyilənlərə görə, məhz Lənkəran ərazisində ki bu əsrarəngiz təbiət mənzərələrindən ilhamlanaraq yazmışdır: 

Bir tərəfin bəhri-Xəzər, 

Yaşılbaş sonalar gəzər; 

Xəyalım dolaşar gəzər, 

Gah Muğanı, gah Eldarı. 

Mənzil uzaq, ömür yarı!

Parkda vaxtaşırı ətraf mühitin mühafizəsi ilə bağlı monitorinqlər keçirilir. Əldə olunan məlumatlar ictimaiyyətə çatdırılır. Burada ekoloji turizmin inkişafı üçün də imkanlar böyükdür. Bu istiqamətdə atılan addımlar əhali tərəfindən müsbət qarşılanır.

HMP-nin ərazisinin çox hissəsi meşələrlə örtülüdür. Parkda şərqdən qərbə dağlara qalxdıqca, meşələrin tərkibində dəyişikliyi müşahidə etmək olar. Aşağı hissədə əsasən, şaba lıdyarpaq palıd, dəmirağac və vələsin (Lənkəran akasiyası, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, Azat, və s.) üstünlük təşkil etdiyi meşələr yayılmışdır. 

Hündürlükdə isə, əsasən, dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fıstıq meşələri əvəz edir. Buradakı meşələrdə ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianalar geniş yayılmışdır. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmişdir. 

Qeyd etmək lazımdır ki, parkın ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların ovlanması qadağan edilmişdir. 

Parkın heyvanat aləmi də çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s. növlərə rast gəlmək olar.

Tanınmış şair-publisist Əli Nəcəfxanlının XQ-nin 12 oktyabr 1912- ci il tarixli nömrəsində dərc olunan “Cənub mirvarisi qızıl Lənkəran..." adlı məqalədə yaşıllıqları göz oxşayan Lənkəranı qocaman Xəzərin zümrüd qaşına bənzədir. Hörmətli həmkarımızın sözlərinə görə, vaxtilə burada gözəl bir ənənə olub: şəhərə gələn qonaqlar düşdükləri ünvanda mütləq ağac əkiblər. 

Lənkəran şəhərinin fəxri vətəndaşı olmuş böyük rus şairi Nikolay Tixonov isə şeirlərinin birində bu barədə belə yazıbdır: Səfalı Lənkəran torpağında mən Bir eldar ağacı əkdim bir səhər... 

Hirkan Milli Parkı isə cənub bölgəsinin yaşıl libası sayılır. Yaxşı haldır ki, həm yerli sakinlər, həm də qonaqlar onun qədrini və dəyərini bilirlər. Sağ olsunlar!

M.HACIXANLI

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Yanvar 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri