Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Qədrini bil, yoxsa çox axtaracaqsan...

Qədrini bil, yoxsa çox axtaracaqsan...

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gənclik… İnsan ömrünün ən gözəl, əvəzolunmaz çağı. Əgər bilsək ki, gənclik əldən gedəndən sonra arxasınca düşüb axtaracaq, arayacaq, yenidən həyatımıza qaytarmağa çalışacağıq, lap əvvəldən onun qədir-qiymətini bilərik. Çünki gəncliyin nə qədər gözəl olduğunu onu yaşayarkən deyil, itirəndən sonra tam mənası ilə dərk edirik.

O vaxt dərk edirik ki, saçlarımız yavaş-yavaş ağarmağa başlayır. O ağlar bizi gənclikdən çox uzaqlara aparır. Nə qədər gözəl, təravətli görünməyə çalışsaq da, saçların arasından boylanan ağlar artıq başqa bir yolçuluğa çıxdığımızdan xəbər verir.

Gəncliyin gözəlliyini, əvəzolunmazlığını o zaman dərk edirik ki, güzgü qarşısında gözlərimizin ətrafında kiçik qırışları görürük. O şüşə kimi dümdüz, hətta gülümsəyəndə belə heç bir qırış yaranmayan üzümüzdəki cizgilər bizə yeni bir yolun başlanğıcında oldumuzu söyləyir.

Gəncliyin əlimizdən uçmaqda olduğunu o zaman anlayırıq ki, ümumilikdə əvvəlki görkəmimizdən əsər-əlamət qalmır. Bu zaman nə etsək də gənclik dövrümüzün bir anını belə geri gətirə bilmirik. Üzümüzdəki qırışlar get-gedə daha da dərinləşir. Saçlarımız gündən-günə daha çox ağarmağa başlayır. Bəzənib-düzənəndə, geyinib-kecinəndə atrıq gənclikdə göründüyümüz qədər şux və gözəl görünmürük.

İllər gəncliyimizdən ötür… İllər gəncliyimizi bizdən qoparır. İllər həm də gözəlliyimizi və yaraşığımızı bizdən alır. Lakin fərqində olmuruq, düşünürük ki, elə həmişə belə görünəcəyik. Bu gözəlliyi, yaraşığı kim əlimizdən ala bilər ki? Bu, bizə məxsusdur. Bunu Yaradan verib bizə, bizim də olacaqdır. Lakin illər axı bunu demir, illər başqa söz söyləyir və söylədiklərinin hər birini həyat bizə yaşadır.

Elə ki, gəncliyin son akkordlarını dinləyirik, bundan sonra başlayırıq yavaş-yavaş yaşlanmağa. Hələ də gənclikdən əlimizi üzmürük. Düşünürük ki, yox, o, əlimizdən hara gedə bilər ki?.. Lakin gedir, həm də sürətlə gedir. Getdikcə də zərbələrini vurur. Biz anlayanda ki, yox, ta o gənclikdən heç nə qalmayıb, başlayırıq onu yenidən axtarmağa. Bunun üçün axtarışlar edirik, nələrə əl atırıq, nə əziyyətlər çəkirik, zəhmət sərf edirik, lakin gəncliyi daha heç yerdə tapa bilmirik.

Yaşlanırıq… Gəncliyin son nişanələrini itiririk. İtirdikcə də ən dəyərli nəyisə ititrdiyimizi hiss edirik. Deyirlər, adam nəyisə itirəndə, ölənədək gözü onu axtarır. Bax, bir də gənclik belədir. Baxırsan ki, yaş ötüb, olub 50-60, sən hələ də onu-gəncliyi axtarırsan. Gözlərin hər yerdə onu gəzir. Fotoları tökürsən qarşına, başlayırsan onlarla danışmağa. Kimlərəsə o şəkilləri göstərməklə gəncliyini göstərmək istəyirsən. Sənin də gənclikdə gözəl və yaraşıqlı olduğunu sübut etmək, hamının bilməsini istəyirsən…

Lakin bunlar da keçicidir. Andır, anlar isə keçir, gedir. Sənsə olduğun yerdəsən. Daha gənc deyilsən, yaşlanmaqdasan. Bax bu an ürəklər sızlayır. Düşünürsən ki, ah, nə tez ötüb getdi gəncliyim. Kaşki bir daha dönərdim o çağlara. Kaşki yenidən gənc olardım. Kaşki o illərin bircə anını geri qaytara bilərdim.

Təəssüf ki, mümkün deyil. Gənclik getmişdir, yerinə yaşlılıq gəlmişdir. Ta sənin yol yoldaşın təravət deyil, soluxmuş üz, qırışlı əllərdir. Nə qədər çalşsan da, şux qamət deyil, o sürətli addımlar deyil, əyilmiş qamətinlə yavaşıyan addımlardır. Sənin yolyoldaşın günəşin zərrin şəfəqlərində parıldayan saçlar deyil, yıpranmış, ağarmış, daha parlamayan saçlardır.

Bəs ürəklər… Bəli, tək ürəyin gəncliyini bizdən qoparmağa heç bir qüvvənin gücü çatmır. İçimizdə, köksümüzdə bəlkə də o da qocalır, bilmirəm kiçilirmi deyim, yaşlanma səbəbindən formasını itirirmi deyim, lakin istəkləri, həyata baxışı, dəyişmir. O, gənclik duyğuları ilə yaşayan və bu duyğuları hər an insana anladan tək olanımızdır, ürək… Bəlkə elə buna görə deyirlər ki, ürək qocalmır. Qocalmır, bəli. Gənclikdən bizə qalan tək ürəyimizdir. Bəlkə də tək ürək qocalmır ki, gəncliyi hər an insana anlada. Nə qədər gözəl bir dövrün əldən getdiyini hər an xatırlada və deyə ki, insan övladı, nə üçün qədrini bilmədin gəncliyin. Bəli, elə bu səbəbdən ürəyin qocalmamasına hökm verilib, inanın…

Beləcə, həyatda qiymətini biləcəyimiz, borclu olacağımız çox şeylər var. Gənclik də onlardan biridir. Gözəlliyimiz, yaraşığımız ilə birlikdə fəal, aktiv iş həyatımız da gəncliklə bağlıdır. Dünyaya övlad bəxş etməyimiz, onu böyük səbrlə böyütməyimiz də gəncliyin bəxşişidir. Ev qurmaq, ev sahibi olmaq da gəncliyin ərmağanıdır. Sözün həqiqi mənasında, bütün gözəl görünən hər şey gənclikdədir. Yaşayarkən qədrini bilmədiyimiz, sonra çıraq işığında axtardığımız gənclik…

Qədrini bilin gəncliyinizin, əziz gənclər. Çünki insan övladına verilən ömrün dörd fəslinin ən gözəli gənclikdir. Gənclik bahardır, yazdır. Çiçəkləri, rayihəsi ilə gözəldir. Rəngləri, rəngarəngliyi ilə gözəldir.

Demirik ki, uşaqlıq, qocalıq çağları yaxşı deyil. Onların da özünəməxsusluqları var. Biz uşaq olmasaq, gəncləşə bilərikmi? Gənc olmasaq, yaşlaşa, nənə-baba ola bilərikmi? Nəvə sevgisini, şirinliyini yaşaya bilərikmi? Ağ saçlar, ağ saçlar deyirik, yaşlanmasaq, o müdrikliyi yaşaya bilərikmi? Bütün fəsillər kimi, insan ömrünün də bütün çağları gözəldir. Lakin gəlin etiraf edək ki, gənclik onların ən gözəli və əvəzolumazıdır.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Yanvar 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri