Qəhrəman şəhidimizin 13 yaşlı övladı dünyasını dəyişdi O, BU GÜN DƏFN OLUNACAQ / VİDEO
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın qəhrəman şəhidi – Polkovnik-leytenant Zaur Cəfərovun bizlərə əmanət etdiyi balası, 13 yaşlı Selbi haqq dünyasına – atasının yanına qovuşdu.
Hurriyyet.az xəbər verir ki, bu haqda “Fireland Group”un rəhbəri, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin təşkilatçısı Cəlal Qurbanov özünün sosial şəbəkə hesabında yazıb.
"Selbi balamız illərdir ağır bir xəstəliklə – dializlə mübarizə aparırdı. Gözləri görmürdü… Amma qəlbi ilə görürdü… hiss edirdi… sevirdi…Vətənin həsrətinə son qoyan qəhrəmanın balasına – biz göz ola bilmədik… Amma heç olmasa, onu son mənzilə yola salmaq üçün, göz yaşımızla, dualarımızla yanında olaq", - deyə o, əlavə edib.
C. Qurbanov bildirib ki, bu gün saat 13:00-da, Yasamal qəbiristanlığında, Hacı Şahinin məzarı yanında Selbi balamız dəfn olunacaq: "Gözəl bir balaya Selbimizə layiq vidamız olsun…"
Hurriyyet.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 12 May 2025 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















