Icma.az
close
up
RU
Qəhrəmanın sorağı ilə… Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Qəhrəmanın sorağı ilə… Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Qubanın Qamqam kəndinədir yolum; bir qəhrəmanın işığına doğru irəliləyirəm.

Qəhrəmanların həyat yolunu yazmağı borc bilirəm özümə, dənizdən bir damla kimi əlimdən gələn mənəvi dəstəyi yerinə yetirməyə gedirəm.

Payız yağışı ara vermir, dağ kəndinə doğru qalxdıqca soyuq hava üşüdür əllərimi. Deyəsən, üşüyən əlim deyil, düşündüklərim,ürəyimdən keçənlər dondurur məni. Yol boyunca üzü nurlu igidlərin rəsmi müşayiət edir adamı, hər yer şəhid xatirəsidir burda…

Sadə bir kənd evində, müəllim ailəsindəyəm. Yenə qara şallı ana var, hüzünlü gözləriylə qarşılayır məni. Xalidə anadır, illərin pedaqoqu, qəhrəman ana. Döyüşlərin ilk günündən ön cəbhədə olan, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, Hadrut qəsəbəsi, Şuşa uğrunda gedən döyüşlərdə vuruşanlar sırasında ön cərgədə yer alan, Cəbrayılda bayrağımızı ilk dəfə qaldıran hərbçi, döyüşçü, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Mehrab Niftəliyevin anası.

Elə qəhrəman kimi də məğrur duruşu var, təmkini əsl Azərbaycan xanımına məxsusdur; çay süfrəsində sakit səslə söhbətə başlayırıq.

"Qızım, Mehrab bu dünyaya o amalla göz açmışdı, bütün fikri, amalı torpaqlarımızın azad olunması ilə formalaşmışdı əzəldən. O amalla yaşadı, o amalla da getdi, son nəfəsinə qədər Vətən dedi” (gözləri dolur, qalxıb divar boyu düzülən şəkilləri düzəldir)

O sırada mən də şəkilləri bir-bir araşdırıram. Lap başdan Ali Baş Komandanla böyüdülmüş rəsm vurulub, əzəmət yağır şəkildən. Qürurla baxıram.

Bütün şəkillər bitəndən sonra divarboyu bir rəsmə yaxınlaşıram , şux geyimli, gözəl bir qadın var orta yaşlı Mehrabla qol-boyun şəkildə.

"Bu kimdir, bəs ana? "

Evin divarına böyük rəsmi vurulubsa, ailədəndir deyə düşünürəm.

Qəhər qarışıq məzəmmətlə üzümə baxır:

-Mənəm də…

Yenə soyuqdur… Yenə üşüyürəm, sobanın kənarına yaxınlaşıram qızınmaq ümidi ilə. Nənəmin bir sözü yadıma düşür "Fələyin kəndiri kəsilsin”

Qara saçlarını vaxtsız ağardan alagöz oğlanın dərdinə qurban, ana. Sizi vaxtsız qocaldan o oğlanların sayəsində oturmuşuq isti ocağımızda-alnı açıq,başı dik. O oğlanların canı, qanı bahasına qalib xalqıq, bu gün bütün dirçəlişimizi onlara, onları dünyaya gətirən valideynlərə borcluyuq.

Qəhrəman oğulun qəhrəman da atası var-Söhrab kişi. İllərin müəllimi, əsl azərbaycanlı. Əslində bu gün məni bura gətirən bir səbəb də atamızın yaxın günlərdə 70 yaşını tamamlaması idi. Oğlunun şəhadətə ucaldığı vaxta düşür doğum günü. O gündən də doğulduğu günü qeyd etməyi unudan bu nurani insanı yad etməkdir məqsədim.

Əllərindən öpürük, ata, şəxsiyyətinlə, əzəmətinlə, yetişdirdiyin qəhrəmanla hər zaman yaddaşımızda əziz qalacaqsan, hörmətin dağlardan böyükdür. Sən yüz yaşa ki, gələcək nəsillərə örnək atanın necə olduğunu göstərəsən, biz səninlə fəxr edirik. "Şəhid unudulanda ölür” deyir atamız. Unutmadıq,ata, unutmarıq, unutdurmarıq. Şuşa fatehi unudulmaz. Qəhrəmanlarımız həmişə xatirələrdə , yazılarda yaşayacaq.

Mehrabın döyüş fəaliyyəti haqqında- şücaətlərini qələmə alsam, bu yazının sonu olmaz, yəqin ki. Dönə-dönə yazılıb, lentə alınıb, kitablar nəşr olunub. Hər biri Mehrabın əziz xatirəsinə bir ehtiramdır. "Cəsur ürək”, "Şimal qartalı” adlı kitablar, yüzlərcə məqalələr nəşr olunub. Xüsusi Təyinatlı Qüvvələr – "Yaşma” qrupunun hazırlığı, döyüş taktikaları və bilmədiyimiz tərəfləri haqqında "Kod adı: Yaşma” adlı sənədli filminin qəhrəmanları Vətən müharibəsində Ermənistan ordusuna qarşı keçirilən ən çətin əməliyyatları planlaşdıran və icra edən Xüsusi Təyinatlı Qüvvələr mənsublarıdır. Bu mənsubların biri bizim Vətən müharibəsi qəhrəmanımız Mehrab idi. Filmin sonunda qəhrəmanımızın atası Söhrab Niftəliyevin ürək sözləri Şuşada— Mehrabın ən böyük arzusu olan torpaqda çəkilib.

Qəhrəmanın özündən sonra özü kimi qəhrəman xanımı və övladları yadigar qalıb. Vaxtilə vəfalı yoldaş, sadiq dost olan Vüsalə indi etibarlı övladdır Mehrabın valideynlərinə. Onun necə bir insan olmasını ananın qürur dolu kəlmələrindən anlamaq olur, fəxr dolu kəlmələr süzülür qəlbindən. Övladının əmanətlərindən arxayındır bu qəhrəman qadın sayəsində.

Mərd ürəyinə min əhsən, qadın, qəhrəmana yaraşan əsl xanım olmağınla qürur duyuruq.

Anamızın dilindən Mehrabın ailəsini, övladlarını-Respublika Çempionu qızı Ləmanı fəxr hissi ilə dinləyirik. Qəribə bir doğmalıqla sağollaşıb ayrılıram o evdən.

Beləcə, yol alıram geriyə-üzü küləklər şəhərinə sarı. Yolçu yolunda, qələm kağızında, düşüncələr yazılarda gərək…

Gülər Mübariz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 19 Noyabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see148

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see140

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see140

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see135

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see131

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see130

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see127

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see127

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see125

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see121

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see120

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see120

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see119

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see118

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see117

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see114

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see113

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see112

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see111

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri