Icma.az
close
up
RU
Qəhrəmanlıq dastanı yazan Ülvi

Qəhrəmanlıq dastanı yazan Ülvi

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ülvi Alışov 29 sentyabrda şəhidlik zirvəsinə ucalıb
İkinci Qarabağ savaşında 30 il düşmən əsarətində qalan Vətən torpaqların azadlığı naminə Ülvi İlham oğlu Alışov ağır döyüş meydanında şəhidlik zirvəsinə ucalanda 20 yaşında idi. Onun bu qısa ömür yolu xalqın qəhrəmanlıq simvoluna dönüb tarixə düşdü. Ülvi Cəlilabad rayonunun Həziabad kəndində dünyaya göz açıb. İndi bütün Azərbaycan onu özünə əziz bilir, hər yerdə, hər zaman adı qürurla, iftixarla çəkilir. Həmçinin ölümündən sonra dövlət tərəfindən layiq görüldüyü "Füzulinin azad olunmasına görə" , "Vətən uğrunda", "Döyüşdə fərqlənəməyə görə" medalları Ülvinin Vətəninə, torpağına necə bağlı olduğunu bir daha göstərir.
Uşaq yaşlarından yaxşılardan görə-görə boy atan, canına, qanına mərdlik, cəngavərlik ruhu hopan, vətənpərvər gənc ordu sıralarına böyük həvəslə yollanıb. Cəbhə bölgələrin birinə düşüb, amalı Vətən torpaqlarını göz-bəbəyi kimi qorumaq, nifrət bəslədiyi erməni faşistlərinə mübarizliklə qalib gəlmək olub. Məqsədə çatmaq üçün müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirib, təşkil olunan hərbi təlimlərdə fəal olub, çətin sınaqlardan uğurla çıxıb. Necə deyərlər, qəlbində bitib-tükənməyən Vətən sevgisi, yağıya nifrət hissi daim öyrənməyə can atıb. Həmçinin keçdiyi təlimlərdən ən yaxşı döyüş hazırlığı adına layiq olmaqla çavuş rütbəsinə yüksəlib. Beləcə, Ülvinin vicdanı, qeyrəti, cəsurluğu, çevikliyi onu əsgərlərin, zabitlərin yanında başıuca edib. Həmişə də deyib ki, Vətən torpaqlarını nəyin bahasına olursa-olsun murdar niyyətli düşmənlərin tapdağından azad etmək hər bir oğlun müqəddəs borcudur. Bu yolda canını, qanını belə fəda etməyə hazır olmalıyıq. Tapdalanmış namusumuzu, döyüşüb şəhid olan igidlərin qanını biz almalıyıq...
Nəhayət ki, Azərbaycan Ordusunun çavuşu olan Ülvi Alışoun arzuladığı vaxt gəlib. 2020-ci il sentyabrın 27-də əynində cəngavər libası, əlində silah yağı döyüşçülərı ilə ölüm-dirim mübarizəsinə atılıb. Qəhrəman döyüşçü dığalara ilk sarsıdıcı zərbəni Füzulidə vurub. Ağır müharibə meydanında Ülvi öndə olmaqla tutduğu mövqedən bir addım da olsun geri çəkilmədən vuruşub. Dəqiq atəş zərbələri nəticəsində erməni işğalçıları xeyli canlı qüvvə və hərbi texnika itkisi ilə üzləşib.
Döyüşə girdiyi gündən Ülvi göstərdiyi şücaətlərlə yadda qalıb. Sentyabrın 29-da sözün əsl mənasında tarix yazıb. Lakin amansız ölüm onu da haqlayıb. Qəfil atılan düşmən gülləsi Ülvinin böyük arzularına son qoyub. Vətən sevgisi ilə çırpınan ürəyi həmişəlik dayanıb. Müdafiəsinə qalxdığı torpaq uğrunda şəhid olub.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri