Icma.az
close
up
RU
Dastanlaşmış qəhrəmanlıq

Dastanlaşmış qəhrəmanlıq

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qaçaq Nəbi – 170

Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib. Vətən, torpaq, azadlıq uğrunda mübarizə aparanlar seçilmiş insanlardır. Onlardan biri də xalqın içindən çıxmış qəhrəman – Qaçaq Nəbi olub.

Anadan olmasının 170 ili qeyd edilən Qaçaq Nəbi zamana qarşı sanki at oynadanlardan idi. O, həqiqi elcanlı adam kimi, ailəsini özündən, vətənini isə ailəsindən uca tutub. Ürəyində tüğyan edən millət sevgisi həyatının mənasına çevrilib. Təsadüfi deyil ki, kinolara mövzu, şeirlərə misra, musiqilərə not olub onun örnəyi.

Qaçaq Nəbi 1854-cü ildə Şərqi Zəngəzurda, indiki Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. İgidliyi ilə eldə, mahalda çox tanınıb. Nəbinin atası Alı kişi ailəsinin dolanacaq çətinliklərini nəzərə alaraq onu kənddəki bir varlıya muzdur verir. Yerli mülkədar kəndlilərin torpaqlarını tutmaq istəyəndə muzdur Nəbi buna dözməyib, haqsızlığa qarşı müqavimət göstərir. Bundan sonra qaçaq düşür. Özü kimi narazı kəndlilərdən dəstə düzəldir. Onun dəstəsi Naxçıvan və Zəngəzur qəzalarında qaçaqlıq edir, el-obanı zülmkarlardan qoruyurdu. Mülkədarların var-dövlətini alaraq kəndlilərə paylayırdı. Çar hökuməti 20 il Qaçaq Nəbini və dəstəsini məhv etməyə çalışmış, lakin məqsədinə nail ola bilməmişdi. Sonda – 1896-cı il martın 12-də satılmış iki xain qəflətən Nəbiyə hücum edərək onu öldürüblər. Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbi cəmi 42 il ömür sürüb.

Nəbi azadlıq aşiqi, haqq-ədalət tərəfdarı idi. Düzdür, o, Azərbaycanın azadlığa qovuşmasını görə bilməsə də, bir vətəndaş olaraq milli düşüncə formalaşdıra bilməsi ilə tarixə düşüb. O, Azərbaycanı müstəmləkə altında görmək istəmirdi. 22 yaşlı bir gəncin ruhunda yanan azadlıq eşqi onu dağlara, mahallara salmışdı. Özü kimi say-seçmə oğullarla bərabər məqsədinə çatmağa çalışırdı.

İgidin atı da sanki onun bir döyüşçüsü idi. El arasında indi də avazla oxunan bu mahnını kim bilmir ki...

Bozat, məni bu davadan qurtarsan,
Qızıldan, gümüşdən səni nallaram.
Qoy mənə desinlər, ay Qaçaq Nəbi,
Həcəri özündən ay qoçaq Nəbi!

Bəli, “divanı yerindən oynadan” Nəbinin ailəsi, xanımı Həcər də azadlıq amal uğrunda onunla bərabər çiyin-çiyinə şücaət, qəhrəmanlıq göstərirdi. “Aslanın erkəyi dişisi olmaz” – bu el məsəli Həcər xanımın taleyinə yazılmış bir seçim idi. O, Nəbinin dostu, silahdaşı idi. Həcər xanım qazamatda olan zaman dediyi şeir nəğməyə, dastana dönüb, dillər əzbərinə çevrilib:

Mən gələndə şamamalar gül idi,
Dörd yanımı atlı düşmən bürüdü,
Yazıq canım qazamatda çürüdü,
Mənim bu günümdə gələsən, Nəbi,
Zalımlar əlindən alasan, Nəbi!

Qaçaq Nəbinin haqqında yaranan el dastanı, Süleyman Rüstəmin “Qaçaq Nəbi” pyesi, Cəlal Bərgüşadın “Bozatın belində” romanı, çoxsaylı şeirlər əldən-ələ, dildən-dilə gəzir. Onun hqqında məlumatlar Tifls, Bakı və Naxçıvan dövlət arxivlərindən, “Kavkaz” qazetinin səhifələrindən əldə edilib və tarixi həqiqətlər faktiki sübut-dəlillərlə öyrənilib. Əbdül Mahmudovla Həsənağa Turabovun quruluşunda çəkilmiş “Atları yəhərləyin” və ya “Qanlı zəmi” filminin əsas motivlərini ssenarist Əhmədağa Muğanlı Süleyman Rüstəmin pyesindən götürüb. Burada xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbinin, onun dəstəsinin göstərdiyi igidliklərdən məhəbbətlə söhbət açılır. Əhliman Axundov, Bəhlul Behcət kimi yazıçı və şairlər əsərlərində Qaçaq Nəbini sevə-sevə tərənnüm ediblər.

Bəli, Nəbi bizim qəhrəmandır. O, azadlıq hərəkatının mübarizlərindəndir. Kasıbın dostu, haqqın gücü idi Nəbi. Onun azadlıq alovunu söndürmək mümkün deyildi. Çar canişinləri bunu gözəl anlayırdı. Və əlbəttə, ancaq xainliklə Nəbiyə qalib gəlmək olardı ki, elə də oldu. Namərd xəyanəti – “arxadan vurulan zərbə” Nəbinin vətən eşqiylə döyünən ürəyinə bıçaq kimi saplandı... Amma bu, Azərbaycan xalqının azadlıq eşqini söndürə, iradəsini sındıra bilmədi. Zaman Nəbinin “Aynalı” tüfənginin gücü ilə olmasa da, azadlığı bizə bəxş etdi. Cismən deyil, ruhən Nəbinin ürəyini, beynini özündə yaşadan oğullar sayəsində.

Qaçaq Nəbinin qəhrəmanlığı Azərbaycanın şöhrət tarixinə bir mirasdır. Bu mirasdan bəhrələnən yurdumun qəhrəman oğulları müstəqillik qazanıblar, 30 il işğalda qalan Qarabağı, Şərqi Zəngəzuru qanları, canları bahasına azad ediblər.

Ruhun şad olsun, xalq qəhrəmanım!

Könül Absəttar qızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:316
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Dekabr 2024 01:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see340

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see328

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see319

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see318

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see312

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see257

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see253

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see251

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see242

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see240

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see236

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see234

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see231

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see227

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see226

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see223

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see220

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see212

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see186

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri