Icma.az
close
up
RU
Qəhrəmanlıq səhifəsi: İğdırı erməni quldur dəstələrindən müdafiə edən azərbaycanlı

Qəhrəmanlıq səhifəsi: İğdırı erməni quldur dəstələrindən müdafiə edən azərbaycanlı

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 10 iyun, AZƏRTAC

Şərqi Anadoluda yüz ildən çox əvvəl İğdırın erməni quldur dəstələri tərəfindən işğalının qarşısını alan azərbaycanlının xatirəsi indi də yaşayır.

Silahdaşları ilə birgə səylərlə “Dro” kimi tanınan Drastamat Kanayanın başçılıq etdiyi ermənilərin silahlı dəstələrinin qanlı cinayətlərinə son qoyan Hacı Əkbər Tufan haqqında hekayələr Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd rayonlarının sakinləri tərəfindən ağızdan-ağıza dolaşır. Sonralar faşistlərlə əməkdaşlıq edən, Vermaxt bayrağı altında “Erməni legionu” yaradan və ömrünün son illərini Yaxın Şərqdən qaçaraq Bostonda keçirən də həmin “Dro” olub.

Faşistlərin əlaltısının nəşi 2000-ci ildə Aparanda (Ermənistan) yenidən dəfn edilib və bu cəllad milli qəhrəman rütbəsinə qaldırılıb. ABŞ Prezidenti Vudro Vilson general Ceyms Harbordu Anadoluya göndərəndə Amerika nümayəndə heyətini 1919-cu ilin oktyabrında Hacı Əkbər Tufan müşayiət edib.

Harbordun səfərindən sonra hazırlanan və Antanta ölkələrinin nümayəndələrinə verilən hesabatda deyilirdi: “Böyük Ermənistan” adlanan torpaqlarda heç bir erməni görmədim”.

Sənəd Lozanna Sülh Müqaviləsi iştirakçıları tərəfindən nəzərə alınıb, ona görə də İğdır Türkiyə sərhədləri daxilində qalıb.

Qəhrəmanın nəvəsi Əli Əkbər Tufan bu gün də məşhur babasının işini davam etdirir, Türkiyə-Azərbaycan İcmaları Federasiyasının (TADEF) baş əlaqələndiricisi qismində iki qardaş ölkə arasında əlaqələrin inkişafına tutarlı töhfələr verir. O, AZƏRTAC-a müsahibəsində bildirib ki, Osmanlı dövlətinin son illərində Şərqi Anadoluda erməni quldur dəstələrinin fəallaşması İğdır əhalisini fəal hərəkətə keçməyə məcbur etmişdi: “1917-ci ilin aprelində babam Hacı Əkbər Tufanın rəhbərliyi ilə İğdırda İcraiyyə Komitəsi yaradıldı, 1918-ci il mayın əvvəllərində isə İğdır Milli Hökumətinin yaradılması elan olundu. Bu hökumətin məqsədi Osmanlı qoşunlarının geri çəkilməsi fonunda dinc əhalini ermənilərin fitnələrindən qorumaq idi”.

Onun sözlərinə görə, 1918-ci ilin noyabrında paytaxtı İğdır olan Araz Türk Cümhuriyyəti yaradılıb və “Dro”nun dəstələri ilə mübarizədə uğurlu addımlar atılıb. Mələkli-Kirələr döyüşündə başqaları ilə yanaşı, erməni dəstələri də darmadağın edilib.

1920-ci ilin noyabrında Kazım Qarabəkirin komandanlığı ilə Osmanlı ordusu bölgəyə daxil olanda H.Ə.Tufanın çağırışı ilə irəliləyən qoşunların sıralarına 10 mindən çox könüllü qatıldı. O, daşnak dəstələrini Araz çayı yaxınlığındakı ərazilərdən qaçmağa məcbur etdi.

Hacı Əkbər Tufan türk xalqının milli azadlıq mübarizəsinə fəal töhfə verib, uzun ömür sürüb və 1970-ci ilin noyabrında İğdırda vəfat edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri