Icma.az
close
up
RU
“Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabının təqdimatı keçirildi FOTOLAR

“Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabının təqdimatı keçirildi FOTOLAR

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabının təqdimatı keçirildi Şəhidlərimizə həsr olunan “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabı Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində nəşr olunub.

QHT.az xəbər verir ki, tədqiqatçı jurnalist, QHT sədri Əkrəm Bəydəmirlinin müəllifliyi ilə çap olunmuş kitab Xəzər rayonunda doğulmuş və yaxud bu bölgədə müvəqqəti yaşamış 40 şəhidimizin həyat hekayətini əhatə edib. Əsas missiya qəhrəmanlarımızı bədii-fəlsəfi yanaşma ilə geniş auditoriyaya tanıtmaqdır.

Təqdimat avqustun 16-da saat 14:00-da Xəzər Gənclər Evində baş tutub. Tədbiri şair, puplisist, əfsanəvi döyüşçü, şəhid Şahgündüz Cabbarovun atası Kamil Vəfadar (Habil Cabbarov) açaraq kitabın önəmindən danışdı. Daha sonra bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsi anıldı.Təqdimatda şəhid ailələri, Xəzər rayon icra hakimiyyətinin nümayəndəsi Məmməd Əliyev, dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri və digər şəxslər iştirak edirdilər. Kitabın mövzu ilə bağlı qısa video kadr nümayiş olundu.

Daha sonra tədbirin aparıcısı qonaqlara söz verdi. Professor Təvəkkül Səlimov, Xəzər rayon icra hakimiyyətinin nümayəndəsi Məmməd Əliyev, bir sıra kitabların müəllifi, BDU-nun müəllimi Nazim Vəlişov, sair, publisist Fəxrəddin Meydanlı, şəhid mayor Asiman Əliyevin bacısı İmmi Əliyeva, şəhid kapitan Elçin Mansurovun anası Məleykə xanım, "Zirvə" Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri, tanınmış yazar Şahin Qədirov, QHT təmsiçisi Arzu Əliyeva, şairə Svetlana Zeynalova və digər şəxslər çıxış edərək kitabla bağlı fikirlərini bildirdilər. Daha sonra şəhid övladları şeirlər səsləndirdilər. Şəhid Nahid Ağalarovun 6 yaşlı övladı Zəhra qızımız atasına həsr olunmuş mahnını ifa etdi. Bu ifa auditoriya tərəfindən coşquyla qarşılandı.

Tədbirin sonunda kitabın müəllifi, layihə rəhbəri Əkrəm Bəydəmirli çıxış edərək bütün qonaqlara, dəstək göstərən hər kəsə, xüsusilə, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü çatdırdı. Layihə rəhbəri onu da əlavə etdi: “II Qarabağ müharibəsində qazilərimizin, şəhidlərimizin şücaəti hesabına qazanılmış tarixi qələbə yüksək mənəviyyatın qazancı oldu. Qaliblərin xatirəsini əbədiləşdirmək, şəhidlərimizin həyat hekayətini yazmaq şükürdür. QHT-media təmsilçisi olaraq, 1 ilə yaxın müddətdə 40 şəhidin döyüş və həyat yoluna nəzər salaraq “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” adlı kitabı yazıb ərsəyə gətirmək qürurvericidir”.

Xatırladırıq ki, “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabı Azərbaycan Milli Elmlər Akademiyası rəyi ilə nəşr olunub. Tədbir xatirə fotosu çəkdirməklə yekunlaşdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Avqust 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see177

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri