Icma.az
close
up
RU
Qəhvə bir fincan içkidən doğulan sivilizasiya

Qəhvə bir fincan içkidən doğulan sivilizasiya

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1615-ci ildə Avropaya gətirilən qəhvə təkcə yeni dad deyil, həm də bütün bir dünyanın dəyişməsinin başlanğıcı idi. Əvvəlcə ekzotik Şərq məhsulu kimi görünən bu içki bir əsr ərzində Avropanın ictimai həyatını, düşüncə tərzini və gündəlik ritmini dəyişdi.

Qəhvəxanalar yeni dövrün simvoluna çevrildi. Burada yalnız içki içilmirdi – ideyalar müzakirə olunur, qəzetlər oxunur, siyasətçilər və ziyalılar debat aparırdılar. Bu məkanlar Maarifçilik dövrünün kiçik akademiyalarına bənzəyirdi. Demək olar ki, müasir Avropanın intellektual həyatının mühüm sütunlarından biri məhz qəhvəxanalar oldu.

Qəhvə kapitalizmin inkişafında da rol oynadı. Əvvəllər gecə işləmək təbiətə zidd görünürdü. Qəhvə isə gecəni “məğlub etdi”, insanlara oyaq qalmaq, yorğunluğun qarşısını almaq imkanı verdi. Bununla da sənaye inqilabının, böyük şəhərlərin və yeni iş ritmlərinin qapısı açıldı.

Lakin bu içkinin gətirdiyi dəyişikliklər yalnız faydalı deyildi. Maykl Pollanın dediyi kimi, qəhvə insana enerji bəxş etmir, sadəcə yorğunluğu gizlədir. İnsan bədəni təbii olaraq dincəlmək istədikdə qəhvə o siqnalları boğur və nəticədə yeni mədəniyyət formalaşır: daimi işləmək, yuxusuzluq, sürət.

Bugün isə qəhvə sadəcə içki yox, qlobal fenomenə çevrilib. Braziliyadan Efiopiyaya, İtaliyadan Yaponiyaya qədər hər ölkənin öz qəhvə ritualı var. Çay sakitlik və ənənə ilə assosiasiya olunursa, qəhvə sürət, məhsuldarlıq və müasir dünyanın yorğunluq üzərində qurduğu nizamın simvolu sayılır.

Tarixin paradoksu ondadır ki, bir fincan içki milyonlarla insanın həyat tərzini dəyişdi, bütöv bir iqtisadiyyatı formalaşdırdı və bəşəriyyətin “gecə ilə gündüz arasındakı sərhədləri” yenidən çəkməsinə səbəb oldu.

Səbuhi MƏMMƏDOV,

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Avqust 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri