Qəhvə təzyiqi qaldırır? Açıqlama
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bəzi insanlarda qəhvə qısa müddətli təzyiq artımına səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə terapevt Alexander Kozlov lenta.ru-ya danışıb.
Onun sözlərinə görə, qəhvənin tərkibində olan kofein damarların müvəqqəti daralmasına səbəb olur və nəticədə arterial təzyiq yüksələ bilər.
Həkim qeyd edib ki, bu təsir hər kəsdə müşahidə olunmur. Daha çox qəhvəni nadir hallarda içən və kofeinə qarşı tolerantlığı olmayan insanlarda belə hallar baş verir.
Bundan əlavə, nəzarətsiz hipertoniya xəstəliyindən əziyyət çəkən şəxslərdə də qəhvə qəbulundan sonra təzyiq arta bilər. Mütəxəssis bildirib ki, əgər təzyiq daim yüksəkdirsə və müalicə hələ seçilməyibsə, hətta kiçik stimullaşdırıcı təsir belə vəziyyətin pisləşməsinə səbəb ola bilər.
Kozlovun sözlərinə görə, belə hallarda müalicə dövründə qəhvədən imtina etmək daha məqsədəuyğundur. Lakin təzyiq yaxşı nəzarət altındadırsa, gündə 1-2 fincan qəhvə içmək adətən problem yaratmır.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 07 Aprel 2026 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















