Icma.az
close
up
RU
“Qəlb cəbhəsi” kitabı Sumqayıtda təqdim olunub

“Qəlb cəbhəsi” kitabı Sumqayıtda təqdim olunub

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıt Dövlət Universitetində (SDU) Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri” layihəsi çərçivəsində nəşr edilən “Qəlb cəbhəsi” kitabının təqdimatı olub. 

525.az xəbər verir ki, iştirakçılar tərəfindən 1970-ci ildə Sumqayıt şəhərində anadan olan, 1992-ci ildə könüllü olaraq I Qarabağ müharibəsinə yollanan, Ağdərədə aşkar olunan kütləvi məzarlıqda nəşi müəyyən olunaraq fevralın 20-də Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilən Mehriban Qarayevanın və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov açıb.
Vətən müharibəsi iştirakçılarını SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və kollektiv adından salamlayan prorektor tələbələrin hərbi-vətənpərvərlik tərbiyəsində müstəsna rol oynayan tədbirin əhəmiyyətini qeyd edib: “Müəlliflər sırasında universitetimizin məzunlarının olması bizi qürurlandırır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin qazandığı Zəfərin təntənəsini yaşayan xalqımızın tarixində 44 günlük müharibə əbədi yaşayacaq”.

Yaradıcı insanların bu tarixin gəncliyimizə stimul verdiyini qeyd edən Elmar Xəlilov bütöv Azərbaycana aparan yolda bugünkü tələbələrin ən böyük silahının qazandıqları biliklər olacağına əminliyini bildirib.

SDU-nun İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Baş mütəxəssisi Şükür Əliyevin moderatorluğu ilə davam edən tədbirdə çıxış edən DGTYB başqanı İntiqam Yaşar Vətən müharibəsi iştirakçısı olan şair və yazıçıların əsərlərindən ibarət kitabın SDU tələbələrinin zövq və ruhuna cavab verəcəyinə inandığını qeyd edib.

Sonra 44 günlük Vətən müharibəsinin iştirakçısı şairləri Vüsal Hətəmov, Emin Piri, Elvin İntiqamoğlu çıxış edərək cəbhə xatirələrindən danışıb və o xatirələrin poetik tərənnümü olan cəbhə şeirlərini söyləyiblər.

Universitetin qaziləri, Riyaziyyat fakültəsinin tələbəsi, peşəkar hərbçi kimi 44 günlük müharibədə müxtəlif rayonlarımızın azad edilməsində iştirak edərək Şuşa qələbəsinədək gedən Rahid Xəlilov, Təbiət elmləri fakültəsinin tələbəsi Hüsü Sarıyev çıxış ediblər.

Filologiya fakültəsinin tələbələri Kənan Həsən Kürün "Cəbhədən məktub", Aydan Kərəm Aydının "Peşiman olmuşlar", Zakir Nurlan Qasımovun yazdığı şeiri, Xədicə isə "Qərənfil" şeirini səsləndiriblər.

Daha sonra tədbir tələbələrin qonaqlarla apardığı ədəbi diskussiyalarla davam edib. 

Tədbirdə diskussiyalarda fərqlənən tələbələr DGTYB-nin “Təşəkkürnamə”ləri ilə təltif olunublar. Görüş imza mərasimi ilə başa çatıb.

Şahanə Müşfiq

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:290
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Fevral 2026 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri