Icma.az
close
up
RU
“Qəlb cəbhəsi” kitabı təqdim olunub

“Qəlb cəbhəsi” kitabı təqdim olunub

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi “Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri” layihəsi çərçivəsində nəşr edilən “Qəlb cəbhəsi” kitabının Bakı şəhərində təqdimatı olub. Azərbaycan Universitetinin, "Ulduz" jurnalının və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə tələbələr, yazarlar, ictimaiyyət nümayəndələri iştirak edib.

Reyting.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda baş tutan tədbiri salamlama nitqi və layihə haqqında geniş məlumat verməklə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar açıb. O, "Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri" layihəsinin mahiyyəti haqqında geniş məlumat verib, layihə çərçivəsində işıq üzü görmüş "Qəlb cəbhəsi" adlı kitabda 44 günlük Vətən müharibəsinin iştirakçısı olan yazarların yaradıcılıq örnəklərinin yer aldığını bildirib.

"Ulduz" jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair-publisist Qulu Ağsəs çıxış edərək, layihənin önəmindən bəhs edib, istər kitabda yer alan müəlliflərin yaradıcılıq nümunələrini oxumaq, istərsə də müharibə iştirakçısı olan yazarlarla canlı ünsiyyətin gənclər üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri Gülnar Rzayeva bu cür tədbirlərin tələbələr üçün böyük əhəmiyyət daşıdığını, onların bu cür görüşlərdən yüksək təəssüratlarla ayrıldıqlarını bildirib.

44 günlük Vətən müharibəsinin iştirakçısı, layihə çərçivəsində çap olunmuş kitabın həmmüəlliflərindən olan şair Kərəm Aydın çıxış edərək müharibə haqqında xatirələrini bölüşüb, şeirlər səsləndirib, gənclərin suallarını cavablandırıb.

Daha sonra Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının dosenti Xəyalə Cəfərova, “Ulduz” jurnalının şöbə redaktoru, şair Taleh Mansur layihə haqqında fikirlərini bölüşüblər.

"Qəlb cəbhəsi" kitabında yer almış şeir nümunələri Azərbaycan Universitetinin tələbləri tərəfindən səsləndirilib.

Sonda "Qəlb cəbhəsi" kitabı gənclərə hədiyyə olunub, tədbirə təltiflər və kollektiv foto ilə yekun vurulub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Mart 2026 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri