Icma.az
close
up
RU
“Qəlb cəbhəsi” Bakıda...

“Qəlb cəbhəsi” Bakıda...

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi “Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri” layihəsi çərçivəsində nəşr edilən “Qəlb cəbhəsi” kitabının Bakı şəhərində təqdimatı olub.  

525.az xəbər verir ki, Azərbaycan Universitetinin, "Ulduz" jurnalının və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə tələbələr, yazarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.  

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda baş tutan tədbiri salamlama nitqi və layihə haqqında geniş məlumat verməklə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar açıb. O Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi "Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri" layihəsinin mahiyyəti haqqında geniş məlumat verib, layihə çərçivəsində çap olunmuş "Qəlb cəbhəsi" adlı kitabda 44 günlük Vətən müharibəsi iştirakçısı yazarların yaradıcılıq örnəklərinin yer aldığını bildirib. 

"Ulduz" jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair-publisist Qulu Ağsəs çıxış edərək, layihənin önəmindən bəhs edib, istər kitabda yer alan müəlliflərin yaradıcılıq nümunələrini oxumaq, istərsə də müharibə iştirakçısı olan yazarlarla canlı ünsiyyətin gənclər üçün böyük əhəmiyyət daşıdığını bildirib. 

Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri Gülnar Rzayeva bu cür tədbirlərin tələbələr üçün böyük əhəmiyyət daşıdığını, onların bu cür görüşlərdən yüksək təəssüratlarla ayrıldıqlarını bildirib.  

44 günlük Vətən müharibəsinin iştirakçısı, layihə çərçivəsində çap olunmuş kitabın həmmüəlliflərindən olan şair Kərəm Aydın çıxış edərək müharibə haqqında xatirələrini bölüşüb, şeirlər səsləndirib, gənclərin suallarını cavablandırıb.  

Daha sonra Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının dosenti Cəfərova Xəyalə, "Ulduz" jurnalının şöbə redaktoru, şair Taleh Mansur layihə haqqında fikirlərini bölüşüblər. 

"Qəlb cəbhəsi" kitabında yer almış şeir nümunələri Azərbaycan Universitetinin tələbləri tərəfindən səsləndirilib. 

Sonda "Qəlb cəbhəsi" kitabı gənclərə hədiyyə olunub, tədbirə təltiflər və kollektiv foto ilə yekun vurulub.

Şahanə Müşfiq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Mart 2026 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see292

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see284

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see283

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see268

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see265

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see260

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see259

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see239

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see230

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see221

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see212

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see209

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see209

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see208

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see208

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see206

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see203

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see198

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see194

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri