Icma.az
close
up
RU
QƏLBLƏRDƏ YAŞAMAQ SƏADƏTİ QAZANMIŞ ZİYALI

QƏLBLƏRDƏ YAŞAMAQ SƏADƏTİ QAZANMIŞ ZİYALI

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əziz dostum və tələbə yodaşım, Əməkdar müəllim Səxavət Tağlar (Tağıyev) mayın 1-də zəngin mənəviyyatlı ömrünün yeni yaşına qədəm qoyur.

Onun haqqında fikir söyləyib, təbrikə keçməzdən əvvəl Xankəndi ətirli tələbə yoldaşım haqqında qısa məlumat vermək istəyirəm.

   Qısa arayış: Səxavət Tağlar (Tağıyev) Feyruz oğlu Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident təqaüdçüsü, AYB- nin Aran Bölməsi üzrə məsul katib, yazıçı-publisistdir. Bu günlərdə isə Azərbaycan Respublikasının Mətbuat Şurasının sədri, "525- ci qəzet"-ci qəzetin baş pedaktoru, hörmətli həmkarımız Rəşad Məcidin müvafiq əmri ilə "525-ci qəzet" in bölgə müxbiri təyinatı alıb.

 Kitabları: "Qarabağ düşüncələri", “Gecikmiş məktub", "Bir nəslin dörd fəsli", "Şərqin Bülbülü", "Ana fəryadı", "Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi”

 Mükafatları: "Turan birliyi" medalı, "Vətənpərvərlik işinə görə” medalı, "Qızıl Qələm" media mükafatı, Beynəlxalq Rəsul Rza mükafatı, "Yunus Emre" ədəbiyyat mükafatı

   Bunlar öz yerində.  Ayrı-ayrı vaxt və zamanlarda böyük tarixi şəxsiyyətlər, ədəbiyyat insanları Səxavət Tağlar şəxsi və yaradıcılığı barədə diqqətalayiq fikirlər söyləyiblər.

Xalq yazıçısı Anar: “Səxavət Tağların yaradıcılığında Qarabağ mövzusu qırmızı xətt kimi görünür” (Yubiley yaşına ünvanladığı məktubda)

Xalq şairi Nəriman Həsənzadə: “Səxavət Tağlar “Bir nəslin dörd fəsli” kitabında xalq ədibləri – Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı və Anar yaradıcılığına onların adına layiq fikir ucalığından ayna tutmağı bacarıb” (“Bir nəslin dörd fəsli” kitabına yazdığı ön sözdə)

Filologiya elmləri doktoru, tanınmış ədəbiyyat tənqidçisi Vaqif Yusifli:

“Səxavət Tağlar nədən yazırsa yazsın, yazılarında bir məhəbbət ruhu var” (“Gecikmiş məktub” kitabı haqqında düşüncələrində)

...Səxavət haqqında düşüncələrim bir anlıq məni Ankaradan Xankəndi şəhərinə aparır...

     Tələbə olmaq ərəfəsində biz Xankəndi şəhərində istirahət parkında görüşdük. O görüş əbədi dostluq və yoldaşlıq təməli oldu.

...Səxavət ictimai fəal, gözü açıq bir tələbə idi. Davranışı, ədəb-ərkanı ilə fərqlənirdi. İnstitutun və ümumən, o vaxtkı DQMV-nın tədbirlərində fəal iştirak edirdi. Beynəlmiləlçilik pərdəsi altında gedən millətçilik oyunlarını görür və həmişə də mübarizə aparırdı. Bir dəfə Azərbaycan bölməsində müasir Azərbaycan dilinin tədrisi metodikasından Ararat Qriqoriyan adlı erməni dərs deməyə gələndə Səxavət sinif nümayəndəsi, əlaçı tələbə kimi təəccübünü gizlətmədən etiraz etmişdi. Elə buna görə də Azərbaycan dilindən bütün smestrlər boyu əla qiymət alan tələbə, həmin fənnin tədrisi metodikasından və özü də qatı millətçi erməni müəllimindən qeyri-kafi qiymət aldı. Yadımdadır, rektorluqda məsələ müzakirə olunarkən Səxavət rektor Xalatryanın Ararat Qriqoriyandan üzr istəmək təklifini rədd edərək, otağı tərk etmişdi.

    Səxavət tələbə və müəllimlər arasında nüfuz-hörmət sahibi idi. İnstitutda hər kəsin dilini bilirdi. Tələbələr öz problemlərini Səxavətə deməkdə çəkinmirdilər. Mövqeyinə, əqidəsinə, gözüaçıqlığına görə onun adı, sədası DQMV rəhbərliyinə qədər gedib çatmışdı. O vaxtlar Azərbaycann KP MK-nın birinci katibi Heydər Əliyev Xankəndi şəhərinə gələndə bizim sevincimizin həddi-hüdüdu olmurdu. Bakı-Xankəndi dəmiryol xəttinin açılışında Səxavət gənclər adından söz demək, fikir söyləmək üçün təşkilat komitəsindən razılıq almışdı. Ancaq buna da imkan verilmədi. İllər keçdi o ürəyində saxladığı fikirləri, Ulu Öndərə olan sonsuz məhəbbətini “ Azərbaycan müəllimi” qəzetində (9-15 may 2023) “ İlk sərnişin Heydər Əliyev oldu” məqaləsində və “Qarabağ düşüncələri” kitabında əks etdirdi.

...İllər ötdükcə zaman, yollar bizi ayırdı. Səxavət sevib-seçdiyi peşədə işlədi. Eşitdiyimə görə uzun illər təssərüfar rəhbəri işləmiş, tanınmış el ağsaqqalı Feyruz kişi xəstəliyi ilə bağlı işdən çıxanda Səxavət müəllimi kolxoz sədri işləməyə dəvət ediblər. O artıq məktəb rəhbəri kimi öz kollektivini formalaşdırıb, təhsil uğurlarına görə respublika səviyyəsində tanınan bir məktəb rəhbəri idi. Mənim yolum isə daxili işlər orqanlarından keçdi, Polis Akademiyasında ikinci ali təhsil aldım. Peşə yollarımız bizi ayırsa da, Səxavətlə məni yaradıcılıq telləri yenə də birləşdirdi. Daxili İşlər Nazirliyinin” Mübariz keşikdə”qəzetinin redaktoru olanda tez-tez görüşərdik. Söhbətlərimiz Qarabağdan, Xankəndidən, Şuşamızdan olardı. Əslində bizim dostluq ailəvi idi. Bir-birimizin evində olub, çörək kəsirdik. Mərhum yurnalist qardaşım İlham Cəmiloğu da Səxavət Tağların şəxsinə ayna tutan bir gözəl yazı yazıb. Yadımda qalan hissəsini sizinlə bölüşürəm:

 “Mən dəyərli oxucularımıza Səxavət müəllimi ənənəvi tərcümeyi-halla deyil, bir az qeyri-adi formada təqdim etmək istərdim:

 Səxavət Tağlar İmişlidə anadan olub, amma o QARABAĞLIDIR!

 Səxavət Tağlar üçün İmişli doğma ata-baba yurdudur, amma XANKƏNDİ VƏTƏNDİR..!

Səxavət Tağların ən ali sevgisinin bülənd olduğu yer ŞUŞADIR…

Bu da təsadüfi deyildir. Çünki, Səxavət müəllim Qarabağ qoxulu, Qarabağ sevgili bir insandır. Ürəyində Qarabağı yaşadan, Qarabağı gəzdirən əsl azərbaycanlıdır. Qarabağ mövzusu, şəhid və qazilərimiz onun istər pedaqoji fəaliyyətində, istər yaradıcılığında, istərsə də məclislərdə, görüşlərdə etdiyi söhbətlərdə əsas mövzudur…

…Ankaradan Səxavət müəllim haqqında düşüncələrimi yekunlaşdırıram, fəqət ondan çox yaza bilərdim. Sadəcə, bizləri izləyən əzizlərimizi yormaq istəmədim.

Əziz qardaşım və dostum, Səxavət müəllim! Yeni yaşın mübarək olsun! Hər an Uca Allahın əmanətində ol! Qarşıdan gələn illərində hər şey qəlbincə olsun. Xoşbəxtik ki, bizi bir-birimizə bəxş edən Xankəndi azaddır. Xoşbəxtik ki, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin – Zəfərlər müəllifinin müasiriyik. Biz xöşbəxtik ki, tələbəlik illərində bizlərə daim isti qucaq açan Ağdam və Şuşa azaddır.

Hörmətlə,

Hikmət Xudiyev (Cəmilzadə)

Əməkdar Jurnalist, daxili xidmət polkovniki, tarix üzrə fəlsəfə doktoru.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://mia.az
archiveBu xəbər 29 Aprel 2025 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri