Icma.az
close
up
RU
“Qələbə qazanmaq üçün olsa idi, daha zəif rəqib seçərdik Santuş

“Qələbə qazanmaq üçün olsa idi, daha zəif rəqib seçərdik Santuş

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı təşkil olunub.

QOL.az-ın məlumatına görə, mütəxəssis konfransda Azərbaycan millisinin Haiti və Belarusla yoldaşlıq görüşləri üçün heyətini açıqlayıb.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

F.Santuş yığmaya ilk dəfə 1-ci liqadan futbolçu dəvət edib. Baş məşqçi "Qəbələ"nin üzvü Şahin Şahniyarovu seçməsinin səbəbini belə izah edib: "Onda çoxlu keyfiyyətlər gördüm. Mən və mənim koməkçilərim tez-tez aşağı liqalardakı oyunları izləyirik. Orada bir çox oyunçular diqqətimizi cəlb edir. U-17 Liqasını və əvəzedicilər Liqasını da izləmişəm. Bu, Azərbaycan millisidir. Birdən-birə aşağı liqadan çox futbolçu cəlb edə bilmərik. Təcrübəli futbolçular da gənclərə kömək etməlidirlər. Yaşından asılı olmayaraq, milli komandanın qapıları hər bir azərbaycanlı futbolçunun üzünə açıqdır. Özlərini göstərəndə milliyə dəvət alacaqlar".

O, yoldaşlıq görüşləri üçün niyə məhz Haiti və Belarusun rəqib kimi seçildiyinə dair suala belə cavab verib: "Bu, normal bir şeydir. Bəzi təkliflər gəlir. Bəzi komandalarla razılıq əldə olunur, bəziləri ilə yox. Mən AFFA rəhbərliynə təklif etdim ki, Bakıda iki yoldaşlıq oyunu keçirək. AFFA da buna uyğun danışıqlar apardı. Bir şeyi də unutmayaq ki, hazırkı toplanış rəsmi oyunların vaxtları ilə üst-üstə düşür. Bir çox komandalar oyun keçirəcəklər. Rəsmi matçları olmayan çox az komanda var ".

F.Santuş "Neftçi"nin futbolçusu Emin Mahmudovun və "Qarabağ"ın oyunçusu Abbas Hüseynovun zədəli olduqları üçün yığmaya çağırılmadıqlarını deyib: "Yalnız Emin Mahmudovu yox, Abbas Hüseynovu da vurğulaya bilərəm. Onları dəvət etmək istəyirdim, lakin zədə səbəbindən həkimlər icazə vermədiyi üçün alınmadı. Bəzi futbolçular isə formada olmadıqları üçün çağırılmayıblar".

Mütəxəssis Misli Premyer Liqasında legioner limitinin ləğv olunmasına da münasibət bildirib: "Gözləmək lazımdır ki, bunun nə qədər faydalı olacağını görə bilək. Təkcə legioner limiti ləğv olunmayıb. Komanda sayı da artırılıb. Nəticəni qarşıdakı aylarda görəcəyik".

F.Santuş futblçuların oyun günlərində oruc tutmaqlarına icazə verib-verməyəcəyi haqda sualı da cavablandırıb: "Əlbəttə. Mən buna hörmətlə yanaşıram. Məşq saatlarını da mövcud vəziyyətə görə seçəcəyik. Öz qanunlarımdan biri də odur ki, insanların inanclarına hörmətlə yanaşım". 

Baş məşqçi Haiti millisinin üstün keyfiyətlərinin olduğunu da vurğulayıb: "Haiti millisi FİFA reytinqində bizdən 30 pillə irəlidədir. Çox yaxşı, keyfiyyətli komandadır, zəif rəqib deyil. Qələbə qazanmaq üçün rəqib seçsəydik, daha zəif kollektivlə üz-üzə gələrdik. Azarkeşlərimizə qalibiyyət bəxş etmək istəyirik. Amma indi rəqib seçəndə bunu düşünmürük. Biz indi gələcəyin milli komandasını formalaşdırırıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 Mart 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri