Icma.az
close
up
RU
Qələbəmizin 5 illiyinə həsr olunmuş Orkestr və xor əsərləri müsabiqəsi elan olunur

Qələbəmizin 5 illiyinə həsr olunmuş Orkestr və xor əsərləri müsabiqəsi elan olunur

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə “Vətən Müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunmuş, Orkestr və xor əsərləri janrında bəstəkarlıq üzrə” RESPUBLİKA MÜSABİQƏSİ elan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat verib.

Müsabiqənin keçirilməsində əsas məqsəd Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsindəki böyük Qələbəsini yüksək peşəkar səviyyədə əks etdirən, forma mükəmməlliyi, mətn mövzusunun dərinliyi ilə seçilən, vətənpərvərlik ideyalarına və ədəbi-bədii meyarlara cavab verən yeni əsərlərin aşkar edilməsidir.

Müsabiqənin şərtləri: Müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni orkestr və xor əsərləri təqdim edilməlidir: a) Orkestr üçün - təqdim ediləcək əsər (marş, uvertüra, konsert pyesi və s.) müxtəlif tərkibli orkestrlər (simfonik orkestr, xalq çalğı alətləri orkestri, hərbi nəfəs alətləri orkestri və onların qarışıq tərkibi) üçün nəzərdə tutularaq, 7 – 8 dəqiqəlik vaxt həcmində olmalıdır; b) Xor ilə orkestr üçün - təqdim ediləcək əsər (kantata, oratoriya, oda və s.) 4 səsli xor və müxtəlif tərkibli orkestrlər (simfonik orkestr, xalq çalğı alətləri orkestri, hərbi nəfəs alətləri orkestri və onların qarışıq tərkibi) üçün nəzərdə tutularaq, 10 - 15 dəqiqəlik vaxt həcmində olmalıdır. Müsabiqədə yalnız ali professional bəstəkarlıq təhsili olan şəxslər (yaş məhdudiyyəti qoyulmur) iştirak edə bilərlər. İştirakçılar əsərin partiturasını və CD yazısını (elektron səslənmədə) deviz yazılmış bağlı iri zərfdə Azərbaycan Bəstəkarlar İttifaqına təqdim etməlidirlər.

Təqdim olunmuş işin səhifələrində müəllifin adı və soyadı yazılmamalıdır. Müəllif haqqında məlumatlar (ad, soyad, təhsil, ünvan, telefon) yalnız həmin deviz yazılmış kiçik zərfdə əlavə edilməlidir. Müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar nəzərdə tutulur: I yer – 7000 manat II yer – 5000 manat III yer – 3000 manat təqdim olunmuş əsərlər 2025-ci il oktyabr ayının 1-nə qədər Azərbaycan Bəstəkarlar İttifaqında qəbul olunacaq.

Əsərlər Azərbaycan Bəstəkarlar İttifaqının müəyyən etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Ünvan: Xaqani küçəsi 55 Əlaqə telefonu: (012) 598 08 86

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Yanvar 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see282

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see246

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see194

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see175

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see172

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see170

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see164

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see162

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see159

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see157

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see137

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see136

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri