Əgər övladınızın yaddaşı pisdirsə? Valideynlərə VACİB TÖVSİYYƏLƏR
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son dövrlərdə uşaqların yaddaş problemi ilə bağlı sosial şəbəkələrdə fikirlər səsləndirilir.
BAKU.WS xəbər verir ki, bir çox valideyn övladlarının yaddaşının zəif olmasından şikayətlənirlər.
Bəs bu problemin aradan qaldırılması üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin psixoloqu Nigar Əhmədova müraciət etdik.
Mütəxəssis BAKU.WS-ə açıqlamasında bildirib ki, yaddaş problemi olan uşaqlara kömək etmək mümkündür. Onun sözlərinə görə, bu, səbir, düzgün yanaşma və davamlılıq tələb edir.
"Ən birinci psixoloji və gündəlik yanaşma lazımdır. Uşağı tələsdirməyin və danlamayın. Davamlı danlamaq psixoloji təzyiq yaradır və yaddaşı daha da zəiflədir. Qısa, aydın cümlələrlə izah edin. Uzun və qarışıq danışıq diqqəti dağıdır.
Təkrar edin, amma fərqli üsullarla. Eyni mövzunu oyun, şəkil və ya hekayə vasitəsilə izah etmək daha effektlidir. Uğurlarını vurğulayın. Məsələn, "Bax, bunu yadda saxladın!" deyərək uşağı təşviq edin", - deyə psixoloq bildirib.
Nigar Əhmədova deyir ki, uşaqların dərsini yadda saxlamaları üçün üsullardan istifadə etmək lazımdır:
"Kiçik hissələrə bölün, 20 dəqiqə dərs, 5 dəqiqə fasilə. Səsli oxutdurun: uşaq oxuduğunu eşidəndə daha yaxşı yadda saxlayır. Şəkillərlə əlaqələndirin: sözləri şəkillərlə əlaqələndirmək və ya şəkil çəkdirmək faydalıdır. Öyrəndiyini danışdırın: oxuduğu mövzunu valideynlərinə izah etsin. Bu, çox güclü üsuldur".
Nigar Əhmədova əlavə edib ki, uşaqlara mütləq yaddaşı gücləndirən qidalar vermək lazımdır.
"Ən birinci növbədə, uşaqların qidasına balıq (omega-3) əlavə edilməlidir. Bundan başqa, uşaqlara yumurta, qoz, badam, bal, süd, qatıq, meyvələr (xüsusilə banan, alma) və yaşıl tərəvəzlər çox verin".
Mütəxəssis əlavə edib ki, qazlı içkilər və çox şəkərli qidalar yaddaşa mənfi təsir edir:
"Onları azaltmaq lazımdır. Təbii ki, qida və əlavələrlə bağlı dəyişikliklər barədə uşağın pediatrı ilə məsləhətləşmək vacibdir".
Ziya SƏCCAD
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 02 Fevral 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















