Qələbəni Maradonaya həsr etmək gözəl olardı Konte Qarabağ la oyun haqda
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
"Napoli" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, İtaliya çempionunun baş məşqçisi Antonio Konte matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 56 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinə qarşı diqqətli olmağın vacibliyini bildirib:
“Biz qarşılaşmaya lazımi enerji ilə gəlirik. Çünki şənbə günü "Atalanta" ilə oyunda qələbə qazandıq. Qiymətləndirmələr apardıqdan sonra heyətlə bağlı qərar verəcəm. Nəzarət edə bildiyim dəyərləndirmələr var. Bir də nəzarət edə bilmədiklərim, məsələn, zədələr. Amma döyüşməyə hazırıq. Sabah Maradonanın vəfatının ildönümüdür. Onun Neapol üçün nə ifadə etdiyini hamımız bilirik. Qələbəni ona həsr etmək gözəl olardı. “Qarabağ”ın 7 xalı var. Onlar “Çelsi”ni də məğlub etmək üzrə idilər. Komandada keyfiyyətli çoxlu legionerlər var. "Qarabağ"a qarşı diqqətli olmalıyıq. Hər bir baxımdan böyük oyun sərgiləmək lazım olacaq”.
Qeyd edək ki, "Napoli" - "Qarabağ" qarşılaaşması sabah Bakı vaxtı ilə 00:00-da start götürəcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 24 Noyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















