Icma.az
close
up
RU
“Qarabağ”a qalib gəlsək, bunu Maradonaya həsr edəcəyik” Konte

“Qarabağ”a qalib gəlsək, bunu Maradonaya həsr edəcəyik” Konte

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ”a qalib gəlsək, bunu Maradonaya həsr edəcəyik” - Konte

“Napoli”nin baş məşqçisi Antonio Kon­te “Qarabağ”la sabah keçiriləcək UEFA Çempionlar Liqasının 5-ci turunun oyunu ilə bağlı mətbuat konfransı keçirib.

QOL.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, kmandasındakı zədəlilərin durumundan narahat olduğunu bildirib və tibb heyətini vəziyyətlə bağlı daha açıq danışmağa çağırıb.

Neapollular 4 turdan sonra cəmi 4 xal toplayıb və evdə keçiriləcək bu matç onlar üçün xüsusi önəm daşıyır. Üstəlik, sabah əfsanəvi Dieqo Maradonanın vəfatının beşinci ildönümüdür və Konte qələbəni dünya futbolunun ikonası olan argentinalıya həsr etmək istədiyini deyib.

“Əlbəttə, Maradonanın anım günüdür. Onun Neapol üçün nə demək olduğunu hamı bilir. Qalib gəlsək, bunu ona həsr etmək gözəl olar,” – deyə Konte bildirib.

Rəqib haqda danışan Konte “Qarabağ”ın Çempionlar Liqasının sürpriz komandası olduğunu vurğulayıb:

“Onların 7 xalı var və bunu “Benfika” kimi çətin meydanlarda qələbə qazanıblar. Son oyunda “Çelsi”dən xal alıb, demək olar ki, qələbəni əldən veriblər. Enerji ilə oynayan rəqibdir, biz də matça yüksək dinamika ilə başlamalıyıq”.

“Napoli”də Romelu Lukaku avqustdan, Kevin De Brüyne, Frank Angissa, Aleks Meret, Leonar­do Spinatsola və Billi Gilmor isə son həftələrdə sıradan çıxıb. “Atalanta” ilə oyunda Amir Rrahmani və Rasmus Höjlund da əvəzlənmişdi, lakin Konte onların (Lukaku istisna olmaqla) “Qarabağ” matçına hazır olacağını deyib.

“Təəssüf ki, məşqçi kimi bəzi şeyləri idarə edə bilirsən, bəzi şeyləri isə yox. Mövsümün əvvəlindən zərurətdən çıxış edərək vəziyyəti yola verməyə çalışırıq,” – deyə o bildirib.

Konte zədələrlə bağlı tibb heyətinin daha çox məlumat verməsinin vacibliyini də dilə gətirib:
“İstərdim ki, tibbi personal vəziyyəti daha çox izah etsin, çünki bu, onların sahəsidir. Bu, əzələ zədəsi deyil və bərpa müddətini mən dəqiq deyə bilmirəm”.

Zədə sıxıntıları səbəbindən Konte son turda 3 müdafiəçi ilə oynamağa məcbur qalıb: “Bu dəyişiklik məcburiyyətdən irəli gəldi. Oyunçuları ən doğru mövqelərdə yerləşdirmək üçün belə qərar verdik. Müdafiədə bir sistemlə, hücumda başqa sistemlə oynaya bilərik.”

Mediada Lukakunun “Roma” ilə növbəti A Seriya oyununda meydana çıxa biləcəyi iddia olunsa da, Konte bunu təsdiqləməyib: “O, hələ tam hazır deyil, hələ çox çalışmalıdır. Lukaku beynəlxalq səviyyədə tanınmış, komanda üçün çox önəmli bir oyunçudur. Hazır olanda həm meydanda, həm də paltardəyişmə otağında çox şey verəcək. Uzun müddət Belçikada müalicə almalı oldu”.

Sonda Konte komandanı motivasiya edərək belə deyib: “Bu vəziyyətdə hamımız dəbilqələrimizi taxmalıyıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://qol.az
archiveBu xəbər 24 Noyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri