Icma.az
close
up
RU
Qələbənin, zəfərin və dirçəlişin simvoluna çevrilən gün

Qələbənin, zəfərin və dirçəlişin simvoluna çevrilən gün

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Hər xalqın tarixində elə günlər var ki, onlar əsrlər boyu unudulmur, nəsillərin yaddaşında əbədi iz buraxır. Azərbaycan xalqı üçün 2020-ci ilin 17 oktyabr günü məhz belə bir tarixdir — Füzuli şəhərinin işğaldan azad olunduğu gün. Bu gün təkcə bir şəhərin azad edilməsi deyildi; bu, illərlə ürəklərdə daşıdığımız həsrətin sona çatması, 30 ilə yaxın torpaq həsrətinin göz yaşlarına qələbə ilə sevincinin qarışması idi.Həmçinin Füzuli şəhəri tarix və Mədəniyyət Beşiyi də sayılır.
Füzuli şəhəri Azərbaycan tarixində və mədəniyyətində xüsusi yer tutur. Qarabağın cənub-şərqində yerləşən bu qədim diyar zəngin irsi, doğma təbiəti və insanlarının vətənə bağlılığı ilə seçilir. Füzuli ərazisi hələ qədim zamanlardan sivilizasiyanın izlərini daşıyır. Burada tapılmış arxeoloji tapıntılar bu torpağın dərin köklərə malik olduğunu sübut edir.Şəhər XX əsrdə daha da inkişaf edərək bölgənin iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilmişdi.
Lakin 1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində Füzuli yerlə-yeksan edildi. Şəhər viran qaldı, yaşayış yerləri dağıdıldı, qəbiristanlıqlar, məktəblər, mədəniyyət ocaqları təhqir olundu.Bu, təkcə fiziki bir işğal deyildi — bu, bir millətin ruhuna edilən hücum idi.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək uğrunda aparılan şanlı bir mübarizə idi. Bu mübarizənin dönüm nöqtələrindən biri məhz Füzulinin azadlığı oldu. 17 oktyabrda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi.Bu xəbər bütün ölkə boyunca bayram kimi qarşılandı. Bu, təkcə hərbi qələbə deyildi — bu, xalqın əzminin, səbir və birliyinin bəhrəsi idi. Füzuli uğrunda gedən döyüşlər çətin və qanlı olsa da, Azərbaycan əsgəri “Vətən uğrunda” deyib irəli atıldı. Qurbanlar verildi, şəhidlər oldu, amma nəticə Zəfər idi.Buna görə də Füzuli Günü – unudulmaz təqvim tarixi sayılır .
Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr artıq bir simvola çevrilib. Bu gün “Füzuli şəhəri günü” kimi qeyd olunur və gələcək nəsillər üçün həm bir qürur günü, həm də tarixi yaddaşın dirçəldiyi bir tarixdir. Məktəblərdə, ali təhsil müəssisələrində, dövlət tədbirlərində bu gün haqqında danışılır, şəhidlərin ruhu yad edilir, qazilərə ehtiram göstərilir.Füzuli Günü, eyni zamanda, Azərbaycanın haqq işinin dünyaya çatdırıldığı, beynəlxalq aləmdə ədalətin bərpa olunduğu gündür.
İşğaldan azad olunmuş ərazilər içində ilk olaraq bərpa işlərinə başlanan bölgələrdən biri də Füzuli oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdış” proqramı çərçivəsində burada hava limanı, yeni yollar, sosial obyektlər, məktəblər və xəstəxanalar inşa olunur. 2021-ci ildə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, bu torpaqların gələcək potensialını göstərən mühüm simvola çevrildi. Füzulidə tikilən ağıllı kəndlər, müasir infrastruktur və yaşıl enerji layihələri, bu şəhərin gələcəkdə Azərbaycanın iqtisadi və ekoloji cəhətdən dayanıqlı bölgələrindən birinə çevriləcəyindən xəbər verir.
Ən əsası isə Füzuli sakinləri artıq öz evlərinə qayıdırlar. Onlar doğma torpaqlarında yenidən həyatı qurur, uşaq gülüşləri ilə dolu həyətlər salırlar. Qayıdış — təkcə fiziki deyil, mənəvi bir dönüşdür. O torpaqlara ayaq basan hər bir insan, orada şəhid qanı ilə yazılmış tarixin izlərini hiss edir.Nəticə etibarilə Füzuli – qürur mənbəyimizdir.
Füzuli şəhəri artıq təkcə bir coğrafi məkan deyil. O, xalqın gücünün, birliyinin və haqq yolunda mübarizəsinin canlı təcəssümüdür. Oktyabr ayı, xüsusilə də 17 oktyabr tarixi bizə bir daha xatırladır ki, torpaq uğrunda can verənlərin ruhu qarşısında baş əymək, onların vəsiyyət etdiyi torpaqlara sahib çıxmaq hər birimizin borcudur.
Bu gün biz Füzuliyə başqa gözlə baxırıq — dağıdılmış şəhər yox, yenidən doğulan, güclənən və gələcəyə inamla baxan bir şəhər kimi. Və bu qürur, bu sevinc hər il Füzuli şəhəri günündə ürəklərdə təzələnir.
Ləman Xudaşlı,
Bakı Qızlar Universiteti tələbəsi
Nəsimi rayon gənci
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see268

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see244

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see235

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see233

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see226

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see208

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see201

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see197

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see189

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see186

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see185

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see181

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see177

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see172

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see166

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see165

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see158

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see158

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see156

Avropa münaqişələrə hazır deyil

02 Oktyabr 2026 23:35see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri