Qələm, yoxsa silah? Yazıçılar müharibə sınağında KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tarix boyu yazıçılar və sənət adamları cəmiyyətin vicdanı kimi çıxış ediblər. Müharibə və zorakılıq mövzusu isə bu vicdanın ən ağır sınaqlarından biri olub. Məsələn, Lev Tolstoy və Ernest Heminquey kimi ədiblər müharibəni fərqli prizmadan təsvir etsələr də, onun insan talelərinə təsirini dərin şəkildə ortaya qoyublar.
Bu gün də sual aktuallığını qoruyur: sənət adamı müharibəyə qarşı açıq mövqe sərgiləməlidirmi, yoxsa sənət siyasətdən kənarda qalmalıdır?
Mövzu ilə bağlı KONKRET.az yazıçılar arasında sorğu keçirib:
Qan Turalı
Sənətkar daima ədalətsiz müharibəyə qarşı olmalıdır. Ancaq müharibə ədalətlidirsə, onda sənətkar hamıdan qabaqda getməlidir. Sartrın ya da Sovet yazıçılarının İkinci Dünya müharibəsindəki mövqeyi buna aydın misaldır.
Günel Natiq
“Yazıçı müharibəyə qarşı olmalıdır” kimi məcburi bir qayda yoxdur. Məsələn, Ernest Heminquey insan hisslərinin ən dərin qatlarına ensə də, insan duyğularını anlamaq sənətinə malik olsa da, özü müharibədə iştirak etmişdi. Lev Tolstoy isə müharibənin ağrılarını göstərərək ona qarşı çıxırdı.
Bu məsələdə birtərəfli mövqe tutmaq çətindir. Məsələn, mən bir insan və qələm sahibi kimi müharibəyə qarşıyam, hətta kiçik bir canlıya belə zərər vermək mənə ağır gəlir. Amma digər tərəfdən işğal olunmuş torpaqlarımız, itirilmiş uşaqlıq xatirələrimiz var idi və onları geri qaytarmaq lazım idi. Məncə, yazıçının əsas vəzifəsi müharibəni ya tərifləmək, ya da tənqid etməkdən çox, onun həqiqətlərini göstərməkdir.
Qurban Yaquboğlu
Yazıçı istənilən mövzuya münasibət bildirə bilər: böyük insan toplumlarına zərər yetirən müharibə və irqi ayrı-seçkilikdən tutmuş kiçik və ya nisbətən kiçik icmalara, xalqlara əziyyət verən korrupsiyaya, işsizliyə, kütləvi riyakarlığa, vətəndaş qarşıdurmasına kimi – hər şeyə. Danışan, mövqe bildirən yazıçı, mənim bildiyimə, oxuduğuma görə yalnız bir meyardan çıxış etməyə borcludu – həmişə ədalətin tərəfində dayanmalıdı. O, susa da bilər. Susmaq bir çox kontekstlərdə ədalətsizlikdən yayınmaq kimi yozulmalıdı. “Yazıçı filan şeyə qarışa bilməz, qarışmamalıdı” deyə bağıra-bağıra özünü kənarda saxlamaq riyakarlığın bir növüdü. Ola bilsin, aşağı dozalı riyakarlığın…
Dəniz Pənahova
KONKRET.az
Baxış sayı:156
Bu xəbər 18 Mart 2026 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















