Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Qələm fədailərindən biri...

Qələm fədailərindən biri...

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


İttifaq Mirzəbəyli
Mətbuatımızın 150 illik yubileyi ərəfəsində keçirilən maraqlı bir tədbirdə iştirak etdik. Həyatının təxminən otuz ilini yazılı mətbuata bağlayan, hazırda təqaüddə olan Əməkdar jurnalist İttifaq Mirzəbəylinin “Xalq qəzeti”nin kitabxanası” seriyasından olan üç kitabının – “And və əməl”, "Baş redaktorlarımız haqqında yazılanlar” və “Unudulmazlar redaksiyası” adlı nəşrlərinin təqdimatı keçirildi. Mayın 13-də Azərbayan Mətbuat Şurasında təşkil olunan mərasimə mətbuatımızın dəyərli imza sahibləri toplaşmışdı.
Təbii ki, mətbuatımızın inkişafında bu qəzetin xidməti danılmazdır. Ona görə yubiley ili çərçivəsində belə kitabların ərsəyə gəlməsi sözün həqiqi mənasında böyük uğurlu işdir...
...Jurnalistin sözünün kəsəri o zaman olar ki, yazdıqları reallığa söykənsin. “And və əməl” kitabında müəllifin “Xalq qəzeti”ndə son illərdə çap olunan ictimai-siyasi mövzuda yazdığı məqalələr toplusu əks olunub. Milli dövlətçilik uğrunda mübarizədə ölkə başçısının qalibiyyət zəfərini işıqlandıran İttifaq Mirzəbəylinin kitabdakı yazıları həm də, qələmi ilə döyüşən bir qəzetçinin milli əqidə uğrunda çabaları, məntiqi təfəkkürünün məhsuludur. “Baş redaktorlarımız haqqında yazılanlar” kitabında isə qəzetin məsuliyyətini daşıyan azman sənətkarların həyat yolu işıqlandırılıb. “Unudulmazlar redaksiyası” adlı kitabında da sənət dostları xatırlanıb, qələm fədailərinin ömür yoluna nəzər salınıb...
Bu görüşə söz meydanında xüsusi çəkisi olan, böyük nüfuz qazanmış və dünyasını dəyişmiş jurnalsitlərin ailə üzvlərinin dəvət olunması, mərhum qələm sahiblərinin ehtiramla yada salınması, yubiley ərəfəsində onların fədakarlığından geniş söhbət açılması keçmişə baxış, zamanında sözə verilən dəyər, milli yaddaşın təzələnməsidir. Bu layihələrin müəllifi “Xalq qəzeti”nin rəhbərliyidir. Həm bu təşəbbüsün irəli sürülməsi, həm də bütün varlığıyla xalqına bağlı olan, ustad qələmdaşların, örnək jurnalistlərin, mərhum həmkarlarının doğmalarını bir masa ətrafında toplayaraq əsl sədaqət və dosta sadiqlik nümayiş etdrən İttifaq Mirzəbəylinin bu layihələri reallaşdırılması yubiley ilinə verilən ən böyük töhvədir.

Səhifələri vərəqlədikcə gözümün önündə qəhrəmanların surətləri canlandı. “Səhər” qəzetinin baş redaktoru Məzahir Süleymanzadənin səsi yadıma düşdü. Bir qrumda çalışdığımız Qəzənfər Qəribovun vaxtsız köçən ölüm xəbərindən sarsıldığımız həmin günü.., Şakir Yaqubovla son söhbətimi... daha nələri, kimləri xatırlamadım?.. Jurnalistikamızın dəyərli siması olan eloğlumuz Ələsgər Cabbarlı imzası, dünyasını dəyişən, lakin yaratdığı söz abidələri ilə özlərinə sağlığında heykəl qoyan, öz xeyirxah əməlləri ilə yaddaşlarımızda əbədiləşən sənətkarlarının nurlu simaları gözümün qarşısına gəldi.
Sevindirici haldır ki, 150 illik yubiley ərəfəsində İttifaq Mirzəbəyli “Xalq qəzeti”nin xronikasını yaradıb və mətbuatın tarixini araşdrıan tədqiqatçılar üçün bu üç kitab, çox dəyərli mənbə olacaq. Təqdimat mərasimində çıxış edən baş redaktor Əflatun Amaşov isə “Kommunist” qəzetinin yaranmasından bəri çıxan bütün saylarını rəqəmsallaşdırmaq istədiyini bildirdi.
Müstəqilliyin ilk illərində tanıdğım, qısa bir zaman kəsiyində Azərbaycan radiosunun “Xəbərlər Baş Redaksiyası”nda birlikdə çalışdığım, daha sonra isə jurnalistikanın ciddi bir janrında saçını ağardan İttifaq Mirzəbəylinin sənət dünyasında yolu haralardan keçibsə, hər yerdə hamıya dəyər kimi baxıb. Çünki şəxsi keyfiyyətləri ilə özü bir milli dəyərdir.
Elə bu üç kitabının təqdimatına toplaşan tələbə yoldaşları da İttifaq Mirzəbəylinin yaxşı bir dost olduğundan ürəklə söhbət açdılar.
...Yazın, yaradın İttifaq müəllim. Özünüz demiş “İlahi, sizi qələmdən yetim qoymasın”. Siz keçmişə dəyər verdikcə, gələcəyə çox mirasları ötürürsünüz. Biz bilirik ki, milli yaddaşın bərpası üçün İttifaq Mirzəbəyli kimi imza sahiblərinə, sözünü əməlləri ilə sübut edən qələm fədailərinə xalqın hələ xeyli ehtiyacı var.
Şəlalə MƏHYƏDDİNQIZI,
Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Radiosunun əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 May 2025 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri