Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Qələmsiz yazılanlar Rəşad Məcidin status esseləri

Qələmsiz yazılanlar Rəşad Məcidin status esseləri

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

Başını aşağı salıb təvazökarlıqla, əzmlə, peşəkarlıqla sevdiyi işə ömür sərf edib uğur qazanmağın ən bariz nümunəsi: Qurban Qurbanov!

lll

Kininizi körükləməyə sərf etdiyiniz enerjini pozitiv istiqamətlərə yönəltsəydiniz, indi özünüz də başqa olardınız, ətrafınız da.

lll

İmkan edəndə televiziyalarımıza baxmaq lazımdır; dəyərli verilişlər çoxdur.

lll

Yerinə düşən sözü tapmağın səadəti!

lll

Sənətə, sənət adamlarına ehtiram göstərən insanlar həm də özlərinə hörmət qazanırlar.

lll

Öyrəşdiyi qaynar həyatdan sakitliyə çəkilib yaşamağı hər adam bacarmır. Diqqət mərkəzində olmaq arzusu zamanla xasiyyətə çevrilən vərdişdir, xəstəlikdir - özünəgüvəni azaldır, depressiya yaradır. Sonu da ki məlum.

lll

İnsanın əsl xarakteri gərgin və əsəbi olanda üzə çıxır. Sakit vaxtlarda nəyisə gizləmək olur. Ekstremal məqamlarda iç öz mahiyyətini açıb-tökür. Xisləti uzun zaman gizləmək mümkün deyil.

lll

Yazmaq rahatlaşdırır, sakitləşdirir.

Ürəyini kiməsə boşaltmaq, içindəkiləri kiminləsə bölüşməkdən etibarlısı, yazmaqdır. Terapiyadır.

lll

Sosial şəbəkələr üstün məziyyətləriylə bərabər, mühiti zəhərləyən tərbiyəsiz, əxlaqsız, vicdansız, düşüncəsiz adamlara da meydan yaratdı. Heç bir məsuliyyət hiss etməyən belə adamların sosial mediada yaydığı çirkab, ürəkbulandıran ab-hava nəfəs almağa imkan vermir.

lll

Harınlıq - cəmiyyətin və sadə insanların yaşayış tərzinə yuxarıdan aşağı baxmaq, meydan oxumaq, empati hissindən məhrum olmaq, öz həyat tərzini gözə soxmaqla insanları aşağılamaqdır. Bu isə mənəvi, dini, etik prinsiplərə görə haçansa və necəsə cəzalandırılır.

lll

Bilən-bilməyən ağlına nə gəldi danışır. Bu da sosial medianın yaratdığı xaotik gerçəklikdir.

lll

Deyir, 21-ci əsrin adamının 1 həftədə aldığı informasiyanı, gördüyü insanları 19-cu əsrin rus kəndlisi 70 ildə alırdı, görürdü. Bu hesabla bu gün Kitab sərgisində 19-cu əsrin rus kəndlisinin 70 illik həyatını yaşadıq.

Üstəgəl, sərginin fəxri qonağıyla fəxri ölkə - Qətərin tünd qəhvəsindən dadmaq, Tiflisdəki M.F.Axundzadə muzeyinin direktoru nurani Leyla xanımla, əfsanəvi Tərlan Musayevayla və digər dəyərli insanlarla görüşləri də nəzərə alsaq, rus kəndlisi heç nə yaşamayıb!..

Hələ davamında ağsaqqal dostlarla səmimi məclisi, həmkarımızın övladının toyunda dəyərli insanlarla ünsiyyəti də əlavə etsək, 19-cu əsrin adamından heç nə qalmaz...

lll

Kitab sərgisində UNEC-in Beynəlxalq Münasibətlər fakültəsinin iki tələbəsiylə rastlaşdıq. Qızlar ingilis dilində kitablar almışdılar. Bir az gileyləndilər; ispan və italyan dillərində kitablar tapmayıblar, ingiliscə arzuladıqları kitablar az olub. Qısa söhbətdə onların öyrənmək şövqünə, savadlarına, özgüvənlərinə heyran oldum.

"Hər azərbaycanlı azı 4 dil bilməlidir. Biz bilirik, özümüzü daha da təkmilləşdirməyə çalışırıq".

Bu tələbələrin dünyanın istənilən ölkəsinin gəncləriylə müzakirə aparacaq səviyyədə hazırlıqlı olduqlarını hiss etdim.

Sevindim. Qürur duydum.

Qalib Azərbaycana və Zəfərimizə layiq gənclər yetişir.

lll

İpək Məcid yeganə oxucudur ki, Kitab sərgisində həm Anar müəllimlə şəkil çəkdirib, həm Kəramətlə...

lll

Müəllim obrazı mənim üçün həmişə ehtiram və hörmət mənbəyi olub.

lll

Paxıllıq pis xəstəlikdir. Paxıllığı gizləyə bilməmək, büruzə vermək, başqasının uğurundan əndişələnib pörtmək isə lap əcaib görünür.

lll

Erkin Qədirlinin sözü yadımda qaldı: "Kitab oxuyan adam gözündən tanınır".

lll

"Qanunvericiliyin tələbi"

Xahişdən boyun qaçırmağın peşəkar və möhkəm bəhanəsi...

lll

Unudulan doğum günləri...

lll

Sosial şəbəkədəki istedadlı və ağıllı adamlar çox zaman dinmirlər, abırlarına qıslırlar, hansısa vacib mövzuya münasibət bildirmirlər. Buna görə də qaragüruhun və bədniyyətlərin səsi gur çıxır; sərsəm fikirlərini doğru, yanlış düşüncələrini haqlı sayırlar.

Ağıllı fikirlər nə qədər çox səslənsə, bədniyyətlər küncə sıxışacaqlar, əmin olun.

Doğrunun tərəfini saxlamaqdan, həqiqəti söyləməkdən, yanlışı qınamaqdan çəkinməyin!

lll

Suyun da dadlısı var...

lll

Xoş ovqatlı şəkillərə baxanda həmin anın aurası və xatirəsi canlanır. Yaxşı şəkillər terapiyadır.

lll

Hamı həyatında dəyişiklik arzulayır.

lll

Tədbirlər tənhalıq və lazımsızlıq duyğusunu arxa plana atır.

lll

Xərifləməkdənsə, ayaqdan qocalmaq yeydir...

Şairin sualındakı kimi:

"Dünyada hərə bir cür qocalmağa başlayır;

Başdanmı qocalan çox, ayaqdanmı?

Kim bilir.

Hansı pisdi -

yerişi, yoxsa ağlı itirmək?

Axsaqdanmı soruşaq, axmaqdanmı?

Kim bilir".

lll

Dünyada vəfa, etibar, minnətdarlıq duyğusu qədər insanı təsirləndirən keyfiyyətlər azdır.

Şuşa sakini, tar həvəslisi, yeniyetmə Məcid Məmmədov gecə saat 3-də Şuşadan yola düşüb Bakıya, Xalq artisti Ramiz Quliyevin vida mərasiminə gəlib. Deyir, bu, mənim vəfa borcum, minnətdarlığımdır.

İki il öncə Ramiz müəllim Şuşada "Qarabağ" otelinin qarşısında Məcidin tar çalmağını görmüşdü, ona ustad məsləhətlərini vermişdi, barmaqlarını pərdələrdə necə tutmağınacan söyləmişdi. Sonra da Məcidə çatdırmaqçün mizrab, tar simləri, musiqi kitabları yollamışdı. Məcidin anası da Ramiz müəllimə Şuşa kəkotusu göndərmişdi. Bu barədə Xalq artistinə həsr olunan "Ötən günlər" verilişində də danışmışdım.

İndi Muğam Mərkəzində Xalq artisti Ramiz Quliyevlə vida mərasimində Məcidi görmək məni təsirləndirdi. Yüksək insani keyfiyyətlərin dünyanın sabahını qoruyacaq əsas amil olduğuna dəlicəsinə inanan insan kimi çox duyğulandım.

Ruhu şad olsun, Ramiz müəllimin!

Gözəl keyfiyyətlərimiz daim yaşasın!

lll

Tıxacdan öncə şəhərdən çıxmaq igidlikdir.

lll

XI Bakı Beynəlxalq Kitab Sərgisində "Alfacin" nəşriyyatının stendinin qarşısından keçərkən naşir Mübariz Həsənov məni söhbətə tutdu. Rəhbərlik etdiyi nəşriyyatın Göygöl şəhərində fəaliyyət göstərdiyindən, rayon rəhbərliyinin kitaba, ədəbiyyata marağından və şərait yaratmasından, nəşr etdiyi kitablardan danışdı, sonra Orxan Arazın "Helenendorfun sonuncu şahidi" kitabını mənə bağışladı. Maraqlı sürpriz oldu. Həm bölgədə fəaliyyət göstərən belə bir nəşriyyatımızın olmasından, həm Orxan Arazın bu mövzuda kitabının çapından məmnuniyyət duydum.

Orxan Araz tanınmış nasir, jurnalist, tədqiqatçıdır. Uzun illərdir Almaniya və Türkiyədə yaşayır. Azərbaycan sevdalısıdır, dostumuzdur. "525-ci qəzet"də çoxlu yazıları çap olunub, dəyərli kitabların müəllifidir.

Tədbirlərdən baş açılan kimi vaxt edib bu yığcam kitabı oxumağa başladım və elə birnəfəsə bitirdim.

Orxanın Azərbaycana sevgisini bilirəm. Ona görə də bu kitabında da gəzdiyi kəndlərimiz, bölgələrimiz, orada yaşayan insanlarımız barədə məhəbbətlə söz açmasını təbii qarşıladım.

Amma bu kitabda əlbəttə ki, Helenendorfun sonuncu şahidi adlandırdığı Sami adlı qəhrəmanla təsadüfi görüşü, sonra macərayla onu yenidən axtarıb tapması və sonuncu şahidin təsirli söhbətlərini həyəcanla, coşquyla qələmə alması məni valeh etdi.

Orxanla əlaqə saxladım, kitabına görə təbrik etdim. Düzü, heç soruşmadım bu Sami obrazı uydurmadır, təxəyyüldür, yoxsa gerçək insandır. Kitabın yazılmasından illər keçib, yəqin ki, əsərin yaşlı qəhrəmanı gerçək, real insan imişsə də, dünyasını dəyişmiş olar.

Amma onun danışdığı xatirələr, əhvalatlar çox təsirlidir və Helenendorfun tarixinə, vaxtilə orda yaşayan almanların taleyinə, məişətinə, mədəniyyətinə, həyat tərzlərinə nisgil və hüzn dolu səyahətdir.

Mən arzu edərdim ki, Orxan Araz əsərin əsas məğzini təşkil edən bu qəmli hekayəni ayrıca əsər kimi işləsin, almancaya çevirib orada da nəşr etdirsin. Bu həm də Azərbaycan-Almaniya dostluğuna, vaxtilə Helenendorfda yaşayan almanların hüznlü taleyinə bir daha diqqət cəlb edər.

Əziz dostumuz Orxan Arazı bu kitaba görə təbrik edir, yaradıcılıq şövqünün azalmamasını arzulayıram. Göygöllü naşirimizə də təşəkkürümü bildirir, belə sürpriz nəşrlərlə bizi təəccübləndirməyə davam etməsini diləyirəm.

lll

Fürsətcil adamlar təhlükəlidir...

lll

"Mücrü" nəşriyyatı "Yol" adlı sanballı və lazımlı bir kitab nəşr edib. Kitabın xeyli iddialı təqdimatı var və haqq üçün deyim ki, bu iddia xeyli əsaslıdır: "Həyatı və özünü dərk etməyə çalışan hər kəs üçün bir düşüncə səyahəti...

Xoşbəxtlik nədir? Həyatın mənasını necə tapa bilərik?

Kitab aktual suallar qoyur, dilemmalara toxunur, zehnimizdəki gizli mexanizmlərə diqqət çəkir, beyin fırtınası keçirməyə çağırır".

Kitabın müəllifi Simran Qədimi tanıyıram, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, romanlar, publisistik yazılar müəllifidir. Fiziki məhdudiyyətlərə səbirlə sinə gərib həyatını mütaliəyə və yazmağa həsr edən əzmkar bir gəncdir. Ləng fiziki gücünün əksi olan iti beyni, sərrast müşahidə qabiliyyəti və ağıllı təhlilləri heyranlıq doğurur. Kitabı oxuduqca müəllifin zəngin mütaliə və müşahidə dairəsi ilə tanış olur, gəldiyi qənaətlərin, çıxardığı nəticələrin dəqiqliyinə təəccüblənirsən. Həm də istər-istəməz düşünürsən: bir otaqdan çıxmadan, kitabların gücüylə belə aydın düşüncəyə, ağıllı qənaətlərə sahib olmaq axı necə mümkündür?

Kitabı "7 dayanacağ"a bölən müəllif şəxsiyyətin formalaşmasından tutmuş, ecazkar layihə mərkəzi adlandırdığı elmi yeniliklərə, informasiya burulğanından süni zəkaya, robotlaracan psixoloji dalğalanmaların havasında minillik suallara cavab axtarışına çıxır. Hər "dayanacaq"da da təəccübləndirməyə, rəğbət qazanmağa davam edir.

"Buddizmə görə, xoşbəxtlik əzabın olmamasıdır. İstəklərimizi azaltsaq, ruhi-mənəvi dincliyə - nirvanaya çatarıq. Konfutsiçiliyə görə, xoşbəxtlik insanpərvərlikdir. Daosizmə görə, həyatın təbii axarı ilə barışmaqdır. Stoiklərə görə, xoşbəxtlik xeyir əməllərdir".

Bəs bu minillik qənaətlərdən sonra, çağdaş dövrün ab-havasında bu suallara kitabda necə cavab verilir?

Müəllifin qənaətləri ilə tanış olmaq üçün kitabı oxumaq lazımdır. Oxusanız, peşman olmayacaqsınız.

Bəlkə kitablara marağın azaldığı indiki zəmanədə Simran öz düşüncələrini həm də qısa-qısa sosial şəbəkədə, öz profilində paylaşsa, daha çox diqqət çəkə bilər.

Naşir Müşfiq Xana ayrıca təşəkkür edirəm. Bu kitabı nəşr etməklə savab iş görüb. Təbliğini və reklamını da qurmaq lazımdır.

Bədbin deyiləm, ən xaotik, qarmaqarışıq, ağız deyəni qulaq eşitmədiyi tiktokvari zəmanədə də ağıllı fikirlərin, dərin düşüncələrin sakit beyinlərdə reaksiya doğuracağına çox inanıram. Simrana isə güc, enerji və sonsuz şövq arzulayıram.

lll

Vəzifə bəzilərinin düşüklük və səyliyini pərdələyirmiş.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:362
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Oktyabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri