Icma.az
close
up
RU
Qələmsiz yazılanlar Rəşad Məcidin status esseləri

Qələmsiz yazılanlar Rəşad Məcidin status esseləri

Icma.az bildirir, 525.az portalına istinadən.

Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb.

Sülh yolunda əzmkar fəaliyyətin halal bəhrəsi olan bu mükafat münasibətilə cənab Prezidenti ürəkdən təbrik edirik.

lll

Prezident İlham Əliyevin son günlər Qəbələdə xarici dövlət və hökumət başçıları ilə ardıcıl görüşlər keçirməsi sonsuz qürur doğurur. Bir müddətdir ki, belə görüşlərin təşkili baxımından Xankəndi və Şuşanın adı Bakı ilə az qala qoşa çəkilir. Azad Qarabağdakı hər iki şəhərimiz, paytaxtımızla bərabər, tez-tez mühüm beynəlxalq tədbirlərin keçirildiyi, dövlət və hökumət başçılarının vaxtaşırı toplaşdıqları siyasi və mədəni mərkəzlərə çevrilib.

Bu sırada Qəbələ də öz layiqli yerini tutub. Qəbələ əlverişli təbii-coğrafi şəraiti, münasib iqliminə görə də, Azərbaycanın siyasi-diplomatik tədbirlərə məkan olaraq seçilən önəmli şəhəri kimi də dünyada geniş tanınır.

Müasir Azərbaycan beynəlxalq aləmdə dinamik inkişaf edən nüfuzlu ölkə, dövlətimizin rəhbəri isə dünya siyasətinə təsir edən böyük lider, müdrik siyasi xadimdir.

Bəzən yuxu kimi gələn, möcüzəyə bənzəyən bu reallıqları görüb ancaq ürəkdən sevinmək, dərin fəxarət duyğusu keçirmək çox xoş bir hissdir!

lll

Qəlbi qürurla dolduran, köksü qabardan musiqimiz var. Bazar günü dinləmək, xəyala dalmaq, dərinliyinə varmaq üçün vaxt tapmaq olar.

Xoş dinləmələr!

Niyazi. "Rast" simfonik muğamı.

lll

İstedadlı adam kəlməsindən tanınar.

lll

ChatGPT peyda olandan bəzi "jurnalistlərin" məhsuldarlığı artıb...

lll

Dünyadakı proseslərin nəticəsi bizim arzu və istəklərimizə adekvat olmaya bilər.

lll

Peter Magyarın soyadı Azərbaycan dilində Macar yazılmalıdır.

Macar dilində "gy" səsi Azərbaycan dilində "c" kimi tələffüz olunur.

Peter Macar ən düzgün variantdır.

Əks təqdirdə gərək macara magyar,

Macarıstana Magyarıstan deyək.

lll

"Mədəniyyət" kanalının yeni "Dövri-avaz" layihəsi təqdirəlayiqdir. Klassik poeziyamızın, muğamımızın təbliği və izahı baxımından vacib layihədir. Arzu edərdik ki, mədəniyyətimizin səviyyəli təbliğinə həsr olunan belə maarifləndirici verilişlər həm də yaxşı baxış sayı qazansın. Verilişin orijinal forması və strukturu tamaşaçı marağının artacağına ümid yaradır. Yaradıcı kollektivi, bütün əməyi olanları təbrik edir, uğurlar arzulayırıq.

lll

Gözdən heç olmasa iki damla yaş çıxartmayan bədii əsərin nə faydası?

Ədəbiyyat, incəsənət yatmış hissləri tərpətmirsə, duyğuları oyatmırsa, heyrətləndirmirsə, tez unudulur.

lll

Ağıllı söz, təmkinli tövsiyə qulaqardına vurulanda hüquqi məsuliyyətin dövriyəyə girməsi təbiidir.

lll

Boğazdan yuxarı, qeyri-səmimi tərif deyən, sabah eyni tonda əksini də deyə bilər.

lll

"Sabah"ın çempion olması və ya kuboku qazanması, avrokuboklarda uğur əldə etməsi kiçik bir dairənin müvəqqəti sevincinə səbəb ola bilər, amma onların uğurlarının "Qarabağ" kimi geniş rəğbət və həyəcan yaratması mümkünsüzdür. "Qarabağ"ın Avropada uğurlarının yaratdığı sevinc təkcə futbolçuların əzmkar oyunuyla deyil, həm də komandanın adıyla bağlıydı. Torpaqlarımız işğal altında olanda, çıxılmazlıq, məyusluq dövründə "Qarabağ"ın uğurları həm də əzilən qürurumuzun dirçəlməsi, azacıq da olsa özünəgüvənin bərpası idi. Dünyanın məşhur klublarıyla cəngə çıxan "Qarabağ"ın adı ətrafında müzakirələr həm də siyasi, diplomatik divident idi. Zəfərimizdən sonrakı illərdə oyunçularda və azarkeşlərdə əvvəlki entuziazmın azalması təbiidir.

Sabah bu həyəcanı "Sabah" adlı bir komandanın yarada və yaşada biləcəyi inandırıcı görünmür.

"Araz", "Turan", "Zəngəzur", "Göyçə", "Kəpəz" adları daha çox emosiya yaradardı.

Məşqçisi, oyunçuları, bütün texniki heyəti ilə "Qarabağ" bir əfsanə idi.

lll

Deyir, Qolan təpələri əslində Kolanı təpələridir. Və israrla inandırmağa çalışır.

lll

İməkləyən Kerolayn...

lll

Liderlik keyfiyyəti həm də ekstremal situasiyada qərar verməkdən, intuitiv həssaslıq və özünü aparmaq qabiliyyətindən keçir.

lll

Həftə başlayan kimi bitir, ay sürətlə sona çatır, bir də görürsən il yarılandı.

Zaman ildırım kimi keçir...

İnformasiya bolluğu isə yaddaşı korşaldır. Çoxlu və mənasız informasiyalar izsiz və səssiz yoxa çıxır.

lll

Professor Əbülfəz Süleymanlı həssas mövzuya toxunub: "Səmimiyyətin zəiflik kimi qavranılması onun mahiyyətindən daha çox yerləşdiyi sosial kontekstin xüsusiyyətlərindən irəli gəlir. Əgər münasibətlər etimad üzərində qurulursa, səmimiyyət gücdür. Amma münasibətlər rəqabət, nəzarət, maddi maraq, praqmatik hesab və imic üzərində qurulursa, o zaman səmimiyyət riskə çevrilir.

Məhz burada müasir cəmiyyətin əsas dilemması ortaya çıxır: insan həm səmimi olmaq istəyir, həm də səmimiyyətin yaratdığı həssaslıqdan qorxur. Münasibətlərdə çıxar hesabı, sosial maskalar və emosional məsafə artdıqca, səmimiyyətin ictimai dəyəri də aşınmağa başlayır. Bu isə insanları bir-birinə yaxınlaşdırmaq əvəzinə uzaqlaşdırır.

Deməli, məsələ səmimiyyətin özündə yox, onu zəiflik kimi təqdim edən sosial mühitdədir. Müasir cəmiyyət səmimiyyəti qorumaq üçün yetərli sosial zəmin yaratmadıqca, bu keyfiyyət daha çox risk kimi qavranılacaq. Müasir insanın ən böyük daxili ziddiyyəti də məhz burada ortaya çıxır: güclü görünmək naminə səmimiyyət kimi insani xüsusiyyətlərdən uzaqlaşmaq".

lll

Cəmiyyətdə kriminal aləmin fetişləşdirilməsi, bu dünyanı təmsil edən ayrı-ayrı şəxslərin dəbdəbəli həyat tərzinin açıq-aşkar nümayiş etdirilməsi yeniyetmə və gənclərin düşüncəsində dərin izlər qoyur və az qala "uğur simvolu" kimi təqdim olunan o fərdlərə qarşı gizli rəğbət yaradır.

Özü də fərqi yoxdur - bu proses ya məqsədli şəkildə təşkil olunsun, ya da istəmədən baş versin, bütün hallarda öz fəsadlarını, mənfi nəticələrini göstərir. Necə ki hər birimiz bu tendensiyanın əlamətlərini yeniyetmə və gənclərin şiddətə meyilliliyində indi tez-tez görür, müşahidə edirik.

Sosial şəbəkələrdə, bir çox audiovizual materiallarda, Azərbaycanda retranslyasiya olunan əcnəbi telekanallarda yayımlanan seriallarda kriminal dünya təmsilçilərinin ehtişamlı həyatının nümayişi - təbliği həyat təcrübəsi olmayan, tənqidi düşünmə bacarığı yetərincə formalaşmayan yeniyetmələrin şüurunda yanlış idol fiqurlar, kumirlər, ən başlıcası da qüsurlu dəyərlər sistemi formalaşdırır.

Belə təqdimatlar hələ öz gələcəyini müəyyənləşdirməyən, qarşıda onu gözləyən həyat yollarından hansını seçəcəyini yəqinləşdirməyən yeni nəsildə cah-cəlallı, komfortlu həyat kimi illüziyaları gücləndirir və beləcə cazibədar görünən bu həyata təşnəlik doğru, dürüst yollarla uğur qazanmaq anlayışını arxa plana keçirir.

Fərdin, xüsusilə gənc nəslin nümayəndəsinin özünü həyatda uğurlu saydığı, nümunə bildiyi obrazlara bənzətməyə meyl göstərməsi əslində istər sosial-psixoloji, istərsə də mədəni-ictimai baxımdan təbii bir prosesdir. Problem orasındadır ki, o fərdin, o gəncin özünə kumir bildiyi örnək insan obrazlarının hər birini onun üzvü olduğu cəmiyyət formalaşdırıb. Bu mənada əgər bir yeniyetmə yaşadığı cəmiyyətin təqdim etdiyi örnək insan obrazı modellərindən hansınısa özünə ideal kimi seçirsə və bu seçim yumşaq desək, uğursuz seçimdirsə, bunun məsuliyyəti ilk növbədə həmin cəmiyyətin, o cəmiyyətin yaşa dolmuş, yetkin fərdləri kimi bizlərin üzərinə düşür. Ona görə də cəmiyyətin yetkin fərdləri olaraq unutmamalıyıq ki, kriminal həyatın cazibədar şəkildə təqdimatı ciddi sosial nəticələrə səbəb ola biləcək vacib və düşündürücü məsələdir. Bu məsələyə laqeyd münasibətin gələcək nəsillərin dəyərlər sistemində ciddi fəsadlar törədən boşluqlara yol aça biləcəyi, təəssüf ki, qaçılmazdır.

lll

Çox hərəkət çox problem yaradır. Göz götürmür, göz dəyir, paxıllar çoxalır.

lll

"Mənim qanadlarım olub bir zaman..."

Ovqatımın xoş vaxtlarında tez-tez xatırladığım bu misralar mərhum şair İsa İsmayılzadənindir.

Dəyərli yazarları yad etmək vəfa borcudur. Yazıçılar Birliyində şair İsa İsmayılzadənin 85 illik yubileyiylə bağlı tədbir keçirildi. Dostları, sənət adamları, doğmaları xatirələrini danışdılar, şairi yad etdilər, şeirlərini səsləndirdilər.

Çoxları bilmir ki, tez-tez eşitdiyimiz, Bayatı-Şiraz üstündə oxunan bu məşhur sözlərin müəllifi də İsa İsmayılzadədir:

Sən mənim köksümdə çarpan ürəksən,

Mən sənin köksündə-kiçik bir zərrə.

Mənə qanad verən odlu diləksən,

Adına, özünə Vətən deyirəm,

Çölünə, düzünə Vətən deyirəm!

Oğlu Arazın dediyi kimi, özü Şuşanın azad olmağını görməsə də, misraları Cıdır düzündə səsləndi, ruhu təskinlik tapdı.

lll

O şey ki həmişə olmayacaq, onu heç arzulama.

lll

Pula hərislik əxlaqı məhv edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://525.az
archiveBu xəbər 15 May 2026 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see552

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see266

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see261

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see258

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see253

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see249

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see244

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see242

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see241

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see222

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see221

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see215

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see206

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see202

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see201

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see197

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see190

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see183

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see181

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri