Icma.az
close
up
RU
Qənirə Ataşovanın ittiham etdiyi həkim danışdı: “İstəyirlər aramızı vursunlar!”

Qənirə Ataşovanın ittiham etdiyi həkim danışdı: “İstəyirlər aramızı vursunlar!”

Icma.az bildirir, Publika.az portalına istinadən.

Amerikada yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşovanın həkimlərlə olan qalmaqalı səngimək bilmir. O, daha bir həkimi hədəf alaraq, özünün “Facebook” hesabında növbəti paylaşım edib. Qənirə Ataşovanın növbəti tənqidi plastik cərrah Elnur Mehrəli ilə bağlıdır. Şəxsi hesabında yazdığı postla həkimlə bağlı bir sıra ittihamlar irəli sürən jurnalist sözügedən həkimin onunla bağlı təhqiredici fikirlər səsləndirdiyini və bunu “TikTok” platformasında yayımladığını iddia edib.

Publika.az xəbər verir ki, məsələ ilə bağlıYenisabah.az qalmaqalda adı hallanan həkim, plastik cərrah Elnur Mehrəli ilə əlaqə saxlayıb. O, özü ilə bağlı olan ittihamlara aydınlıq gətirib:

“Bu işdə bizim adımızın hallandırılması belə böyük cinayət sayıla bilər. Çünki bu işdə heç bir iştirakımız yoxdur. Adımızdan şər və böhtan xarakterli paylaşım verilməklə neqativ hallar yaradan şəxslərlə bağlı araşdırma aparırıq".

Elnur Mehrəli Qənirə Ataşova ilə heç bir tanışlıq əlaqəsinin olmadığını bildirib:

“Qənirə Ataşovanı şəxsən tanımıram. Həmin xanımla heç bir tanışlıq əlaqəmiz yoxdur ki, ona qarşı hər hansı bir neqativ fikrimiz yaxud ədavətimiz də olsun. Adımızın hansısa siyahıda hallandırılmasını düzgün və uyğun bilmədiyimiz halda, Qənirə xanım o məlumatların heç birini dəqiqləşdirmədən, həkim adlandığı insanların siyahısında bizim də adımızı çəkir. Hansı ki, həkim olmadıqları halda onları həkimlik statusuna çatdırıb və bizi də onlarla bir cərgəyə qoyub. Biz başa düşə bilmirik ki, bu nəyin ədavəti və nəticəsidir.

Azərbaycan Dövlət Tibb Universitetinin, sonrakı etapda həkimləri təkminləşdirmə universitetinin, həmçinin, Türkiyə, Rusiya və Ukrayna universitetlərində təhsil almış və plastik cərrahiyyə diplomuna nail olmuş bir həkimi bu ixtisasa sahib olmayanlarla bir cərgəyə qoymaq hansı ədalətdən xəbər verir?”

Həkim onu da qeyd edib ki, jurnalistin onunla bağlı ittihamlarına heç bir cavab və reaksiya ilə qarşılıq verməyib:

“Bizim sözügedən paylaşımdan xəbərimiz yoxdur. Biz o tərbiyənin və əxlaqın yiyəsi deyilik ki, xanımı hansısa eybəcər formada təhqir edək. Qənirə Ataşova o siyahını neçə gündür ki, nümayiş etdirir. Buna baxmayaraq, şəxsi səhifələrimizin heç birində rəsmi olaraq Qənirə Ataşovaya heç bir irad bildirməmişik. Biz bunu texniki yanlışlıq kimi qəbul edib bir xanım olaraq ona cavab verməyi özümüzə lüzum bilməmişik. O ki qaldı, üstündən xeyli müddət keçəndən sonra hər hansı təhqiramiz paylaşım edək. Bu paylaşım tamamilə saxtadır. Bizimlə düşmənçiliyi olan insanlar istəyirlər ki, Qənirə xanımla aramızı vursunlar. Məsələ ilə bağlı həm hüquq-mühafizə orqanları tərəfindən, həm də şəxsi təşəbbüsümüzlə araşdırma başlanılıb. Qənirə Ataşova səhifəmi tağ edərək, aqressiv münasibət bildirsə də, bu barədə heç bir cavab verməmişəm. Araşdırmanın nəticəsini gözləyirik. Bunu kim edibsə, hər kəsin qarşısında çıxıb üzr istəsin və açıqlasın ki, bu çirkin əməli nəyə görə edib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://publika.az
archiveBu xəbər 29 Noyabr 2024 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see405

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see337

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see300

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see294

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see271

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see234

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see232

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see224

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see152

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see140

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see124

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri