Icma.az
close
up
RU
Qənirə Ataşovanın ittiham etdiyi həkim danışdı: “İstəyirlər aramızı vursunlar!”

Qənirə Ataşovanın ittiham etdiyi həkim danışdı: “İstəyirlər aramızı vursunlar!”

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Amerikada yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşovanın həkimlərlə olan qalmaqalı səngimək bilmir. O, daha bir həkimi hədəf alaraq, özünün “Facebook” hesabında növbəti paylaşım edib. Qənirə Ataşovanın növbəti tənqidi plastik cərrah Elnur Mehrəli ilə bağlıdır. Şəxsi hesabında yazdığı postla həkimlə bağlı bir sıra ittihamlar irəli sürən jurnalist sözügedən həkimin onunla bağlı təhqiredici fikirlər səsləndirdiyini və bunu “TikTok” platformasında yayımladığını iddia edib.

Yenisabah.az məsələ ilə bağlı qalmaqalda adı hallanan həkim, plastik cərrah Elnur Mehrəli ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında özü ilə bağlı olan ittihamlara aydınlıq gətirib:

“Bu işdə bizim adımızın hallandırılması belə böyük cinayət sayıla bilər. Çünki bu işdə heç bir iştirakımız yoxdur. Adımızdan şər və böhtan xarakterli paylaşım verilməklə neqativ hallar yaradan şəxslərlə bağlı araşdırma aparırıq".

Elnur Mehrəli Qənirə Ataşova ilə heç bir tanışlıq əlaqəsinin olmadığını bildirib:

“Qənirə Ataşovanı şəxsən tanımıram. Həmin xanımla heç bir tanışlıq əlaqəmiz yoxdur ki, ona qarşı hər hansı bir neqativ fikrimiz yaxud ədavətimiz də olsun. Adımızın hansısa siyahıda hallandırılmasını düzgün və uyğun bilmədiyimiz halda, Qənirə xanım o məlumatların heç birini dəqiqləşdirmədən, həkim adlandığı insanların siyahısında bizim də adımızı çəkir. Hansı ki, həkim olmadıqları halda onları həkimlik statusuna çatdırıb və bizi də onlarla bir cərgəyə qoyub. Biz başa düşə bilmirik ki, bu nəyin ədavəti və nəticəsidir.

Azərbaycan Dövlət Tibb Universitetinin, sonrakı etapda həkimləri təkminləşdirmə universitetinin, həmçinin, Türkiyə, Rusiya və Ukrayna universitetlərində təhsil almış və plastik cərrahiyyə diplomuna nail olmuş bir həkimi bu ixtisasa sahib olmayanlarla bir cərgəyə qoymaq hansı ədalətdən xəbər verir?”

Həkim onu da qeyd edib ki, jurnalistin onunla bağlı ittihamlarına heç bir cavab və reaksiya ilə qarşılıq verməyib:

“Bizim sözügedən paylaşımdan xəbərimiz yoxdur. Biz o tərbiyənin və əxlaqın yiyəsi deyilik ki, xanımı hansısa eybəcər formada təhqir edək. Qənirə Ataşova o siyahını neçə gündür ki, nümayiş etdirir. Buna baxmayaraq, şəxsi səhifələrimizin heç birində rəsmi olaraq Qənirə Ataşovaya heç bir irad bildirməmişik. Biz bunu texniki yanlışlıq kimi qəbul edib, bir xanım olaraq ona cavab verməyi özümüzə lüzum bilməmişik. O ki qaldı, üstündən xeyli müddət keçəndən sonra hər hansı təhqiramiz paylaşım edək. Bu paylaşım tamamilə saxtadır. Bizimlə düşmənçiliyi olan insanlar istəyirlər ki, Qənirə xanımla aramızı vursunlar. Məsələ ilə bağlı həm hüquq-mühafizə orqanları tərəfindən, həm də şəxsi təşəbbüsümüzlə araşdırma başlanılıb. Qənirə Ataşova səhifəmi tağ edərək, aqressiv münasibət bildirsə də, bu barədə heç bir cavab verməmişəm. Araşdırmanın nəticəsini gözləyirik. Bunu kim edibsə, hər kəsin qarşısında çıxıb üzr istəsin və açıqlasın ki, bu çirkin əməli nəyə görə edib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Noyabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri