Icma.az
close
up
RU
Qərar verildi Naxçıvanda ikili idarəetməyə son

Qərar verildi Naxçıvanda ikili idarəetməyə son

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Xüsusi nümayəndəlik muxtar respublikanın konstitusiyasına daxil edilir

Naxçıvan Konstitusiyasına dəyişikliklər barədə qanun təsdiq olunmaq üçün Milli Məclisə təqdim ediləcək.

Naxçıvan Ali Məclisinin yeddinci çağırış yaz sessiyasının son iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu (ikinci səsvermə) müzakirə olunub. Ali Məclisin yaz sessiyasının 20 fevral tarixdə keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Qanunun geniş müzakirə edilərək birinci səsverməyə çıxarıldığını və qəbul edildiyini bildirən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan Konstitusiyasına əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər 3 aydan sonra yenidən səsverməyə qoyulmalıdır. Birinci səsvermə fevral ayının 20-də keçirilmişdi. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilib.

"Konstitusiyaya dəyişikliklər haqqında" Qanun Ali Məclisin sədri tərəfindən imzalandıqdan sonra təsdiq olunmaq üçün Milli Məclisə təqdim ediləcək.

Qeyd edək ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib. Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur.

Qanunvericiliyə görə, muxtar respublikaya Ali Məclisin sədri rəhbərlik etməlidir, lakin səlahiyyətli nümayəndəlik institutunun da təsis edilməsindən sonra ortaya çıxan bir sıra suallar hələ də aktuallığını qoruyur. Yəni indi Ali Məclis sədrinin müavini nazir təyinatlarını həyata keçirirsə, səlahiyyətli nümayəndə o halda ümumi koordinasiyaya cavabdehdir.

Qeyd edək ki, Vasif Talıbovun işdən çıxarılmasından sonra Prezident Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyətini ləğv edib.

Bu gün Naxçıvanda “ikihakimiyyətlilik” var. Formal olaraq hakimiyyət muxtar respublikanın idarəetmə orqanlarındadır. Amma orada Bakıdan təyin olunan səlahiyyətli nümayəndə də var. Bu gün səlahiyyət bölgüsü haqda hər hansı bir izahat da yoxdur.

Qeyd edək ki, iki il əvvəl dekabrın 22-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında fərman imzalayıb. Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Bəzi ekspertlərə görə, Ali Məclis strukturu saxlanıbsa, mümkündür ki, onun üzərindən idarəetmə davam edə bilər.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında ediləcək  dəyişikliklər Naxçıvanda Ali Məclisin səlahiyyətinə hansı formada təsir edə bilər? Muxtar Respublikada Prezidentin xüsusi nümayəndəliyi də fəaliyyət göstərir. Yeni dəyişikliklər xüsusi nümayəndəliyin də ana qanunda təsbit olunmasını özündə ehtiva edəcəkmi və səlahiyyət bölgüsü bundan sonra tam aydınlaşacaqmı?

Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu təsdiqləndikdən və Milli Məclisə təqdim olunduqdan sonra hansı dəyişikliklərin, yeniliklərin olduğu barədə məlumat verə bilər: “Bu gün  vəziyyət ondan ibarətdir ki, sözügedən sənəd Milli Məclisə daxil olmayıb, həmçinin mediada yayılmayıb, ictimailəşdirilməyib. Ona görə də qanunda hansı dəyişikliklərin nəzərdə tutulması barədə dəqiq fikir bildirmək yanlış olardı. Nəzəri cəhətdən belə düşünmək olar ki, Naxçıvan Muxtar Respublikasının idarəetməsində son bir neçə ildə reallaşdırılan yeniliklər, islahatlar, dəyişikliklərin muxtar respublikanın konstitusiyasında əksini tapması zərurəti meydana gəlib. Ona görə də məhz qeyd olunan məsələlərlə bağlı dəyişikliklər ediləcəyindən danışmaq olar. Ali Məclisin, hökumətin səlahiyyətləri bəllidir və hazırkı konstitusiyada əks olunur. Prezidentin xüsusi nümayəndəliyinin də hesab edirəm ki, əsas qanunda səlahiyyətlərinin nədən ibarət olduğu müvafiq şəkildə qeyd olunmalıdır. Dəyişikliklərdə Ali Məclisin səlahiyyətlərinin azaldılıb-azaldılmayacağı haqda da layihəni oxumadan dəqiq nə isə söyləmək düzgün olmaz”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 May 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri