Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Azərbaycanın iqtisadi imkanları qlobal dialoq platformasında Kaspi nin TƏHLİLİ

Azərbaycanın iqtisadi imkanları qlobal dialoq platformasında Kaspi nin TƏHLİLİ

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ümumdünya İqtisadi Forumu (Davos Forumu) bu il də dünyanın yüzlərlə dövlət və hökumət başçılarını, aparıcı transmilli şirkətlərin rəhbərlərini bir araya topladı. Yanvarın 20-də start götürən forum bir sıra mühüm məsələlərin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri sayılır.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Beş gün davam edən forum zamanı iştirakçılar qlobal iqtisadiyyatda yeni artım mənbələri, biznes strategiyalarının əsas geoiqtisadi və texnoloji dəyişiklikləri nəzərə alınmaqla uyğunlaşdırılması, insan kapitalının inkişafına sərmayə qoyuluşu və cəmiyyətin inkişafına töhfə verən iş yerlərinin yaradılması kimi aktual məsəllər ətrafında müzakirələr aparıblar. Forum çərçivəsində yaşıl enerji, yaşıl iqtisadiyyat, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi kimi aktuallıq kəsb edən məqamlar da diqqət mərkəzində olub.

Ölkəmiz üçün mühüm platforma

Prezident İlham Əliyevin Davos Forumunda iştirakı Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, artıq uzun illərdir ölkəmizin forumda ən ali səviyyədə iştirakı ənənəvi hal alıb. Bu baxımdan, Azərbaycan Davos Forumunun ən fəal iştirakçılarından biri kimi vurğulanır. Bu platforma vasitəsi ilə Azərbaycan özünün iqtisadi imkanlarını, investisiya, biznes mühitini, həyata keçirdiyi qlobal miqyaslı layihələri bir daha dünyaya təqdim edir.

Xarici investisiyanın cəlbi

Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunduqdan sonra bu formatlarda ən ali səviyyədə iştirak xüsusilə aktuallıq kəsb edir. Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərdə böyük infrastruktur layihələri həyata keçirir, ağıllı şəhər, ağıllı kənd, yaşıl iqtisadiyyat konsepsiyasını reallaşdırır. Bununla belə, həmin ərazilərə xarici investisiyanın cəlbi, yeni iş yerlərinin yaradılması, sözügedən sahədə qabaqcıl texnoloji təcrübələrdən bəhrələnmək ən ümdə vəzifələrdəndir. Bu baxımdan, Davos Forumu Azərbaycana işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialını dünyaya təqdim etmək, qeyd olunan istiqamətlər üzrə aparıcı beynəlxalq şirkətlərlə qarşılıqlı səmərəli əməkdaşlıq qurmaq üçün da bir fürsət sayılır.

Enerji təhlükəsizliyinə edilən vurğu

Forumu ölkəmiz üçün əhəmiyyətli edən digər mühüm məqam hər il sözügedən platformada enerji təhlükəsizliyi məsələsinə xüsusi diqqətin ayrılmasıdır. Azərbaycan hazırda neft-qaz istehsalçısı olaraq Avropanın, bir sıra digər ölkələrin etibarlı enerji təchizatçısı, həmçinin enerji təhlükəsizliyi strategiyasının əsas mənbəyi rolunda çıxış edir. Bu sahədə qarşıdakı dövrdə alınacaq qərarlar təbii ki, Bakını da yaxından maraqlandırır. Sözügedən sahədə gələcək iqtisadi siyasət məhz bu müzakirələr və alınan qərarlardan doğan nəticələr əsasında müəyyənləşdirilir.

Keçirilən görüşlər, müzakirə edilən məsələlər

Qeyd etdiyimiz məqamlar Prezident İlham Əliyevin Davos Forumu zamanı keçirdiyi görüşlərin, apardığı müzakirələrin də əsasını təşkil edib. Dövlət başçısı forum çərçivəsində qarşı tərəfin müraciəti əsasında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur, Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs, Ukrayna Prezidenti Volodimir Zelenski, Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb. Bu görüşlərdə həm qarşılıqlı ikitərəfli münasibətlərin gələcək perspektivləri, həm də Azərbaycanın beynəlxalq problemlərin həlli ilə bağlı sərgilədiyi mövqe, siyasəti diqqət mərkəzində olub.

Dövlət başçısı Davos Forumu çərçivəsində tək siyasi liderlərlə yox, eləcə də dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə də görüşüb. Bu görüşlər də məhz qarşı tərəfin müraciətləri əsasında reallaşıb. Burada "Carlsberg Group" şirkətinin Müşahidə Şurasının sədri Henrik Poulsen və Baş icraçı direktoru Yakob Aarup-Andersen, "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim, "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen, "OliverWyman Group" şirkətinin Baş icraçı direktoru Nik Studerlə görüşləri qeyd edə bilərik. Aparılan müzakirələr zamanı Azərbaycan iqtisadiyyatının müxtəlif istiqamətləri üzrə əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub. Ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühiti qeyd edilib. Dövlət başçısının Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşündə isə Avropaya yaşıl enerjinin ixracı, bununla bağlı həm Gürcüstanla, həm də Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlıq layihələri və imkanları barədə müzakirələr aparılıb. Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında "Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi" də imzalanıb.

Göründüyü kimi, Davos Forumu dünyanın həm siyasi, həm də iqtisadi gündəliyinin formalaşmasında mühüm rol oynayır. Bu platformanın son müzakirələrinin beynəlxalq aləmdə yaşanan kataklizmlərlə, Donald Trampın yenidən Ağ Evə qayıtması ilə eyni vaxta təsadüf etməsi bu müzakirələrin əhəmiyyətini daha da artırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:284
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Yanvar 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri