Icma.az
close
up
RU
Qərb faciəni münasibətlərin korlanması üçün istifadə etməyə çalışır

Qərb faciəni münasibətlərin korlanması üçün istifadə etməyə çalışır

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Qərb mediasının və bəzi Qərb rəsmi dairələrinin bütün məsələləri öz məqsədləri üçün manipulyasiya etməsi artıq ənənə halını alıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, biz bilirik ki, bunun Qərbdə özünəməxsus ənənəsi formalaşıb: "Hadisə nə olursa-olsun onu Qərb mediası mənafeyinə uyğunlaşdıraraq dövlətlərarası münasibətlərə, hadisənin baş verdiyi tərəflər arasındakı münasibətlərə bir alət kimi tətbiq edir. Bu münasibətlərin korlanmasına cəhd edir.

Hazırda biz faciədən danışırıq. Azərbaycan təyyarəsinə qarşı tətbiq olunan kənar zərbədən sonra bir faciə yaşanıb. Ancaq bu faciənin məzmunu, mahiyyəti bir kənarda qalır, Qərb faciəni Rusiya-Azərbaycan münasibətlərinin korlanması üçün istifadə etməyə çalışır. Başqa vaxt Azərbaycana qarşı 44 günlük Vətən müharibəsində, 30 illik münaqişə dövründə edilən terrorların, vurulan zərbələrin heç birinə diqqət yetirmədiyi halda birdən-birə təyyarənin vurulması faktının araşdırılması ilə bağlı Azərbaycana yardım təklif edir. Bunun aydınlaşdırılmasında Azərbaycana kömək əlini uzatmağa hazır olduğunu bildirir. Burada yeganə məqsəd hadisəni manipulyasiya edərək Rusiya və Azərbaycan arasında münasibətlərə kölgə salmaqdan ibarətdir. Bu da artıq ifşa olunmuş siyasətdir. Azərbaycan cəmiyyəti də beynəlxalq, ictimai mühit də bunu dərk edir ki, Qərbin bu yanaşması səmimi deyil. Çalışır ki, məhz bu faciədən istifadə edərək hansısa problem yaratsın, ondan sonra da ən çox sevdiyi metoda əl atsın. Problemin həll olunması üçün hakimlik etsin, özünə səlahiyyət qazansın. Regiona müdaxilə üçün özünə yeni alətlər əldə etmiş olsun. Məsələnin mahiyyəti bundan ibarətdir. Ancaq Azərbaycanda hamı bunun fərqindədir. Azərbaycan heç vaxt icazə verməz ki, onun milli maraqları kimlərsə tərəfindən manipulyasiya edilsin".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Dekabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri