Icma.az
close
up
RU
Qərb Gürcüstan xətti qırılır ŞƏRH

Qərb Gürcüstan xətti qırılır ŞƏRH

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Avropanın təzyiqləri Kreml üçün yeni fürsətlər yaradır

Ekspertə görə, Gürcüstan-Aİ qarşıdurması uzun sürə bilməz, bu hal regionun gələcəyi üçün də yaxşı deyil

Gürcüstanla Avropa İttifaqı (Aİ) arasında gərginlik müşahidə olunur. Gərginlik təkcə diplomatik ritorika səviyyəsində qalmır, siyasi, iqtisadi və institusional müstəvilərdə də özünü göstərir. Mövcud vəziyyət bir tərəfdən Aİ-nin genişlənmə siyasətində yaşanan daxili ziddiyyətləri, digər tərəfdən isə Gürcüstanın dövlət suverenliyi və daxili siyasi seçimini qorumaq istiqamətində getdikcə daha prinsipial mövqe sərgilədiyini aydın şəkildə nümayiş etdirir. Görünən odur ki, Gürcüstan-Aİ münasibətləri qarşılıqlı gözləntilər dövründən fərqli, yeni mərhələyə qədəm qoyub. Bir neçə gün qabaq Gürcüstan Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Tbilisi hökumətinə münasibətini tənqid edib. Baş nazirin sözlərinə görə, Aİ-nin nümayiş etdirdiyi ikili standartlar utancvericidir. Hökumət başçısının sözlərinə görə, Aİ artıq Gürcüstandan açıq şəkildə Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edir: "Bu, bizim əvvəllər danışdığımız bütün məsələlərin tam təsdiqidir. Avropa bürokratiyası artıq açıq şəkildə sanksiyalara qoşulmağı tələb edir, əvvəl buna maksimum ehtiyatla yanaşırdılar, sonra Avropa Parlamentinin qətnaməsində bunu bəyan etdilər, indi isə icraedici qurum (Avropa Komissiyası) da sanksiyalara qoşulmağı tələb edir". Kobaxidze əlavə edib ki, Aİ heç vaxt Moldova, Ermənistan və ya başqa bir ölkəyə yeni tələbi qoymayıb. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib ki, onlar Gürcüstan hökumətini deyil, gürcü xalqını dəstəkləyirlər. Onun sözlərinə görə, Gürcüstan hökuməti ölkəni Aİ-yə doğru olmayan yanlış istiqamətdə aparır. 

Siyasi şərhçi Əli Oruclu Sherg.az-a deyib ki, gürcü əsilli rusiyalı milyarder B.İvanişivilinin qurucusu olduğu "Gürcü Arzusu-Demoktatik Gürcüstan" Partiyasının hakimiyyətə gəlməsinin ilk illərində Qərblə münasibətlər normal olsa da, sonrakı dönəmlər pisləşməyə doğru getməkdədir. Analitik vurğulayıb ki, xüsusən də Gürcüstanda keçirilən son parlament və bələdiyyə seçkiləri bu ziddiyyətləri daha da kəskinləşdirdi: "Aİ parlament və bələdiyyə seçkilərinin hakimiyyət tərəfindən total saxtalaşdırıldığını iddia etdi. Gürcü müxalifəti "Gürcü Arzusu" Partiyasını Rusiyapərəst adlandırır və Kremli Qərbdən uzaqlaşmaqda ittiham edir. Qərbin Gürcüstan hakimiyyətinə qarşı sərt davranışları və ritorikası Tbilisini də adekvat üslubda cavab verməyə vadar edir. Proseslərin bu cür axarı Aİ və Gürcüstan üçün arzuolunan deyil. Eyni zamanda münasibətlərin gərginləşməsi qarşılıqlı maraqlara uyğun deyil və Kreml üçün fürsətlər yaradır. Qərb təzyiq etdikcə Gürcüstan Rusiyaya yaxınlaşmaq yolunu tutmağa məcbur qalır. Baxmayaraq ki, hakim "Gürcü Arzusu" Moskva ilə münasibətləri bərpa etməyə ehtiyatla yanaşır. Əsas şərt kimi də Gürcüstanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması irəli sürülür". 

Ekspertə görə, Gürcüstan-Aİ qarşıdurması uzun sürə bilməz: "Bu hal regionun gələcəyi üçün də yaxşı deyil. Düşünürəm ki, Gürcüstan hakimiyyəti sərtləşməkdən kompromislərə meyilli olduğunu nümayiş etdirməlidir. Ancaq bunun həm daxili siyasətdə, həm xarici siyasətdə əksi baş verməkdədir. Hakimiyyət dəyərlərdən uzaqlaşdıqca özünü də real daxili və xarici təzyiq altına qoyur. Ona görə də maksimum dərəcədə qarşılıqlı ittiham və qəzəblərdən qaçınılmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Dekabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri