Icma.az
close
up
RU
Gürcüstan Qərb münasibətləri buz dövrünə girdi ŞƏRH

Gürcüstan Qərb münasibətləri buz dövrünə girdi ŞƏRH

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Tbilisinin səsverməni xaricdə qadağan etməsinin pərdəarxası səbəbləri var

“Hazırlanan yeni Seçki Məcəlləsi çərçivəsində vətəndaşlar parlament seçkilərində yalnız Gürcüstan ərazisində səs verə biləcəklər”. Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, xaricdə yaşayan vətəndaşların səsvermə hüququ dəyişməsə də, səsvermə proseduru yenilənir və parlament seçkilərində səsvermə yalnız ölkə sərhədləri daxilində mümkün olacaq. Bu qayda yerli özünüidarə seçkilərinə tətbiq edilən sistemlə eyni olacaq. Papuaşvili vurğulayıb ki, qərar seçicilərə xaricdən təsir və siyasi təzyiq risklərini azaltmaq, iradənin sərbəst ifadəsini təmin etmək məqsədi daşıyır. O qeyd edib ki, yeni model İrlandiya, Malta, İsrail və Ermənistan kimi ölkələrin təcrübəsinə uyğundur: "Yeni Seçki Məcəlləsi seçki prosedurlarını sistemləşdirməyi, təkrarlanan normaları aradan qaldırmağı və məcəlləni daha aydın və funksional etməyi hədəfləyir".

Mövzuyla bağlı Sherg.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, politoloq Xəyal Bəşirov bildirib ki, Gürcüstanda son illər baş verən proseslər artıq hər kəsə məlumdur və burada əsas xətt hakimiyyət ilə xarici təsir mərkəzləri arasındakı qarşıdurmadır:

“Bu gərginlik təkcə son aylarda deyil, ötən prezident seçkiləri və parlament seçkiləri zamanı da açıq şəkildə müşahidə olundu. Seçki prosesləri ətrafında Qərb institutlarının siyasi bəyanatları, ABŞ və Aİ rəsmilərinin təzyiq xarakterli açıqlamaları, eləcə də müxalifətin Qərb strukturlarından aldığı açıq dəstək bu qarşıdurmanın miqyasını daha da artırıb”. 

Politoloqun fikrincə, gərginliyi gücləndirən əsas məqamlardan biri də parlamentin qəbul etdiyi iki mühüm qanundur - “Xarici agentlər haqqında qanun” və LGBTİ+ icması ilə bağlı məhdudiyyətlər gətirən qanun paketi: “Hər iki sənəd Qərb ölkələri, xüsusilə də Avropa İttifaqı tərəfindən "demokratik dəyərlərə zidd" kimi sərt şəkildə tənqid edilib. ABŞ bu qanunlara görə Gürcüstan rəsmilərinə qarşı sanksiya tətbiq etməyi gündəmə gətirdi. Avropa Parlamentində Gürcüstanın Aİ-yə namizəd statusunun dayandırılması ilə bağlı təkliflər səsləndirilib. Bu isə Tbilisi ilə Qərb arasındakı münasibətlərin faktiki olaraq “buz dövrünə” qədəm qoymasına səbəb oldu. Qərbin dəstəklədiyi müxalif qüvvələr daxildə geniş küçə aksiyaları təşkil edərək hökumətə təzyiq etməyə çalışdı. Bu qarşıdurma fonunda Gürcüstan hakimiyyəti “xarici müdaxilə riskinin real olduğunu” düşünərək öz təhlükəsizlik strategiyasını sərtləşdirib. Məhz bu kontekstdə yeni Seçki Məcəlləsində nəzərdə tutulan dəyişikliklər ortaya çıxıb”.

X. Bəşirov hesab edir ki, bu konteksdə səsvermənin yalnız Gürcüstan ərazisində keçirilməsi qərarı təsadüfi deyil. O qeyd edib ki, Gürcüstan sərhədlərindən kənarda, xüsusilə Avropa və ABŞ-da yaşayan yüz minlərlə gürcü seçicinin siyasi baxışları daha çox Qərbin təsiri altında formalaşır: “Son seçkilərdə xaricdə yaşayan seçicilərin böyük qismi müxalifətə səs vermişdi. Hakimiyyət isə bunu “xarici dairələrin siyasi prosesə təsir imkanlarının geniş olması” kimi dəyərləndirir. Yəni, yeni qayda ilə Gürcüstan “seçici iradəsinin kənardan yönləndirilməsi riskini məhdudlaşdırmağa” çalışır. Hakim partiya başa düşür ki, hazırkı beynəlxalq vəziyyətdə ölkənin daxili proseslərinə müdaxilə cəhdləri daha aktiv forma ala bilər. Buna görə də seçki qanunvericiliyində sərtləşdirmələr onların təhlükəsizlik konsepsiyasına uyğundur. O hesab edir ki, indiki mərhələdə bu addım Gürcüstan üçün geosiyasi və institusional müdafiə mexanizmi xarakteri daşıyır. Fikrimcə, qərar daimi deyil, daha çox mövcud vəziyyətin diktə etdiyi müvəqqəti təhlükəsizlik addımı kimi qəbul olunmalıdır. Əgər gələcəkdə Qərb–Gürcüstan münasibətləri normallaşar, xarici müdaxilə ilə bağlı risklər minimuma enərsə, bu dəyişiklik də aktuallığını itirə bilər” 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Noyabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri